Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə

Tarix:21-09-2021, 06:33 Baxış Sayı:106 Kateqoriya:gundem / musahibe

Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə

Red: Salam, Elmir bəy, müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Əvvəlcə, zəhmət olmasa, özünüz haqqında məlumat verərsiniz. ( təhsil, iş təcrübələriniz və s.)
E.M.: Salam, təklifiniz üçün mən də Sizə öz təşəkkürümü bildirirəm. Mən Murquzov Elmir İlqar oğlu 2013-2016-cı illərdə Fövqəladə Hallar Nazirliyində, 2016-2017-ci illərdə Nərimanov Rayon Məhkəməsində, 2017-2018-ci illərdə A.İ.M Vəkil Bürosunda, 2018-2019-cu illərdə Sumqayıt Apellyasiya Məhkəməsində, 2019-2021-ci illər ərzində isə Bakı Apellyasiya Məhkəməsində çalışmışam. Hazırda vəkillik fəaliyyəti ilə məşğul oluram və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm.
Red: Hüququn hansı sahələri ilə daha yaxından maraqlanırsınız?
E.M.: Mən daha çox Mülki, Cinayət, Əmək və Ailə hüququ ilə bağlı işlərə çıxıram. Bu cür işlərlə bağlı müraciətlər daha çox icraatıma daxil olur.
Red: Sizin təcrübənizdə tərəflər arasında nikahın pozulması prosesi zamanı ortaya çıxan ən aktual problemlər hansılardır? Sizcə problemin həlli üçün nə kimi addımlar atılmalıdır?
E.M.: Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Fikrimcə erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə və boşanmalara səbəb olur. Məhkəmədə işlədiyim dövlərdə gördüyüm işlərdə də, daxil olan müraciətlərdə də görünür ki, tərəflər bəzən heç bir ciddi səbəb olmadan aralarında xırda münaqişə baş verən zaman boşanmaq qərarına gəlirlər. Nikahın pozulmasından sonra isə tərəflər arasında uşağın hansı valideynin yanında qalması, aliment tələbi və əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisələri çox olur. Hesab edirəm ki, bu cür problemlərin yaranmaması üçün nikah müqaviləsinin bağlanması əsas şərtdir. Təəssüf ki, bizim cəmiyyətdə çox az hallarda nikah müqaviləsinin bağlanması hallarına rast gəlirik. Qeyd edim ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Həmin müqavilə ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunan rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.
Red: Hazırda aktual mövzulardan biri də uşağın valideynlərindən birinin icazəsi olmadan xarici ölkəyə aparılmasıdır, bu mövzu haqqında nə düşünürsünüz?

E.M.: Bəli Samirə xanım, çox doğru düşünürsünüz. Ən çox müraciət olunan mövzulardan biri də valideynlərdən birinin icazəsi olmadan uşağın xaricə aparılması ilə bağlıdır. Əvvəla onu qeyd etmək istəyirəm ki, bu məsələ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəlləyə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Valideynlər arasında nikah pozulduqdan sonra əksər vaxtlarda şahidi oluruq ki, onlar arasında münasibətlər tam pozulur. Bunun isə əziyyətini uşaqlar çəkir. Yəni uşağın müalicəsinə və ya təhsilinə görə onu xaricə aparmaq istəyən valideynə digər valideyn öz aralarında olan münasibətin korlanması səbəbindən notarial qaydada razılıq ərizəsi vermir. Bu zaman da digər valideynin qarşısında yeganə yol məhkəməyə müraciət etmək olur.
Red: Sizcə, hüquqi yazı hüquqşünasın fəaliyyətində hansı mövqeni tutur?
E.M.: Hər bir hüquqşünas hər zaman öz yazı bacarığını inkişaf etdirməlidir. Hesab edirəm ki, hüquqşunas sadə, məntiqi və əsaslandırılmış üslubla yazmalıdır. Hüquqi yazı bacarığı fikrimcə hüquqşünas üçün olduqca əhəmiyyətlidir.
Red: Karyeranızla bağlı ən böyük uğurunuz nədir?

E.M.: 05 mart 2021-ci il tarixdə keçirilən Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində 280 nəfər vəkilliyə namizəd arasında ən yüksək nəticə göstərmişəm. Təcrübəli hüquqşunaslar arasında bu cür nəticə göstərmək fikrimcə çox uğurlu nəticə idi. Vəkillik fəaliyyətim zamanı da təmsil etdiyim şəxslərin işlərində qazandığım hər bir uğur onlar qədər mənim üçün də çox sevindirici və yadda qalan hadisə olur. Vəkil peşəsinin ən gözəl yanı da elə budur ki, müraciət edən vətəndaşın işində uğur qazandıqda onun sevinci sənin sevincin və uğurun olur.

http://www.injuria.az/

SON XƏBƏRLƏR
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
Əliyev “Azərbaycanı hədələyənlər var” deyəndə kimləri nəzərdə tutur? – Rusiya, yoxsa İran?
"Kimin vaxtı, zamanı gəlib çatacaqsa, ay insanlar, siz də alacaqsınız"
Hacı Ramazan Mirəzyev dövlət büdcəsindən oğurladığı milyonları keçmiş merlə bölüşdürürmüş… - İLGİNC FAKTLAR
“Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA
Seyidin şəfaverən nəvəsi və ya “Şeyx Nəsrullahlara” inam... - Bu elan qəzəb doğurdu
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”
 "O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov
Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”
7 rəngdə sement istehsal edən 109 yaşlı zavod kimə SATILIB? - DETALLAR
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Banklar dollar almır! - Ucuzlaşacaq, yoxsa...?
"Uşaq pulu verilməsi üçün ölkəmizin kifayət qədər resursu var" - deputat
“Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da…” - QALMAQAL
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTO
Şirvan sakinlərindən silah və nakotik aşkarlandı
Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? - HƏQİQƏTƏN DƏ...
"Axı hər evdə bir və ya iki xəstə olur, deməli, hər ailə qəsdən dövlətdən narazı salınır" - deputat
Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO
"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz" - NAZİRƏ CAVAB
Türkiyə uşaq evindən Azərbaycana gətirilən uşaqların taleyi gedib İraq və Suriyaya çıxır
Elnur Əşrəfoğlunun daxili qanaxması dayanıb - "Yeni Klinika"
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!
Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının sədri seçilib
Soydaşımız baş redaktorun ölümünə səbəb oldu
“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma