İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...

Tarix:14-09-2021, 22:27 Baxış Sayı:94 Kateqoriya:gundem / cemiyyet

İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...

"İran dövlətçiliyinin 3000 illik qədim tarixi var və Azərbaycan İranın dövlətçilik tarixinin bir hissəsi olmuşdur" yalanına aydınlıq gətirək. Haqqında danışılan 3000 illik tarix bütövlükdə nə bugünki İran dövlətinin, nə də farsların tarixi deyil. Antik müəlliflər indiki İran əraizisinə Persiya deyə müraciət ediblər və bu müraciət tarixi ənənəyə çevrilərək günümüzə qədər davam etmişdir. Digər tərəfdən Persiya coğrafi ərazi kimi indiki İran ərazisini yox, e.ə 550-330-cu illərdə mövcud olan Əhəməni imperiyasının ərazisini əhatə etmişdir. Həmin ərazi isə indiki İran İslam Respublikasının ərazisindən bir neçə dəfə böyük bir ərazidə (Azərbaycan, İran, Mərkəzi Asiyanın bir hissəsi, Şərqi Anadolu) yerləşirdi. Persiya adını Əhəməni imperiyasına yunanlar vermişdir. Belə ki, e.ə V-VI əsrlərdə müəyyən fasilələrlə baş verən Yunan-Əhəməni müharibələrindən sonra yunanlar bu dövləti Persiya adlandırmış və bu adlandırma tarixi ənənəyə çevrilərək günümüzə qədər davam etmişdir. Hətta 1828-ci il fevralın 10-da Rusiya ilə Qacarlar dövləti arasında imzalanan bədnam Türkmənçay sazişində də tərəflər Rusiya-Qacar yox, Rusiya-Persiya kimi yazılmışdır. Halbuki, sazişdə Persiya kimi yazılan dövlət özünü "Məmaliki Məhruseyi Qacar", yəni Qacarların qorunan mülki adlandırırdı. Qacarlardan əvvəl bu coğrafiyada mövcud olan heç bir dövlət (Səlcuqlar, Elxanilər, Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Qızılbaşlar) İran adı daşımamışdır. Qısası, XI əsrdə Mərkəzi Asiyadan bu coğrafiyaya gəlib Azərbaycan mərkəzli dövlət quran oğuz türkləri Səlcuqlular və ya onlardan sonrakı xanədanlıqlar İran dövlətçiliyinin heç fərqində belə olmamışlar. Onlar özlərini Mərkəzi Asiyadan Anadoluya, Dərbənddən Fars körfəzinə qədər uzanan coğrafiyanın bir hissəsi kimi görürdülər. Çünki həmin dövrdə İran nə coğrafi ərazi, nə də dövlət kimi heç bir anlam daşımırdı. İran adına gəldikdə isə, bu ad mifik bir termindir və XIII əsrə qədər nəinki dövlət, heç coğrafi ərazi də olmamışdır. İran adı İran-Turan savaşlarında iranilərin (farsların) yurdu kimi qeyd olunur. Bu barədə Ə.Firdovsi öz şahnaməsində məlumat verir. İran XIII əsrə qədər coğrafi vahid, XIX əsrin sonlarına qədər isə dövlət məfhumu olmayıb. Lakin qərb tarixşünaslığında həmin coğrafiya günümüzə qədər antik yunan tarixçilərinin adlandırması ilə Persiya (İran yox) kimi xatırlanıb. Qərb mənbələrində Persiya adlandırılarkən, ərəb və fars qaynaqlarında həmin ərazi XIII əsrə qədər əcəm ölkəsi kimi xatırlanır. Əcəm ərəb dilində ərəb olmayan, xarici mənasında farslara və türklərə deyilmişdir. Bu mənada tarixdə Əcəm İraqı və Ərəb İraqı kimi coğrafi terminlər meydana çıxmışdır. İran adına isə mənbələrdə ilk dəfə zərdüştlüyün müqəddəs kitabı Avestada rast gəlinir. Avestanın ən qədim əlyazmasının XIII əsrdə yazıldığı məlumdur. Beləliklə, XIII əsrdən başlayaraq İran adı coğrafi ərazi kimi tarixi qaynaqlarda görünməyə başlayır. Orta əsr tarixçilərindən F.Rəşidəddin və Y.Həməvinin əsərlərində İran əsasən Fars vilayətinin ərazisini əhatə etmişdir. Halbuki, Azərbaycan coğrafi ərazi kimi hələ eramızın əvvəllərindən tarixi qaynaqlarda dəfələrlə xatırlanır və bu mənada İran adından çox qədimdir. Məsələn, IX əsr İran tarixçisi İbn Xordadbeh yazır ki, Sasani I Ərdəşirin (224-241) şah titulu verdiyi hökmdarlardan biri də Azərbazqanşah (Azərbaycanşah) adlanırdı. Müəllif eyni zamanda Sasani imperiyasının dörddə bir hissəsini təşkil edən şimal sepəhbudunun (canişinlik) Azərbazqansepəhbud adlandırıldığını yazır. V-VI əsrlərdə tikilən Dərbənd səddinin divarlarında pəhləvicə Azərbaycan ərazisinin Dərbənddən Həmədana qədər olduğu yazılmışdır. Bu, tarixdə Azərbaycan haqqında ilk məlumat verən mənbə hesab olunur. VII əsrdə ərəblər bu coğrafiyaya gələndən sonra ərəbdilli qaynaqlarda Azərbaycan haqqında onlarla məlumat əks olunmuşdur. Azərbaycanın tarixi sərhədləri, şəhərləri və əhalisi haqqında ən geniş məlumatlar da VII-X əsrlərdə ərəb müəlliflərinin əsərlərində verilmişdir. X əsr ərəb coğrafiyaşünası İbn Hövqəl buradakı yerli hakimlərin Azərbaycan hökmdarına xərac verdiyini yazır. Bu məsələlər barədə çox yazıldığı üçün üzərində geniş dayanmağa ehtiyac duymuram.
Ərəb Xilafətinin zəiflədiyi dövrdə (IX əsrdə) Azərbaycanda Sacilər və Salarilər kimi feodal dövlətlər meydana çıxdı. Həmin dövlətlər Dərbənddən Həmədana, Xəzər dənizindən Anadoluya qədər vahid Azərbaycan coğrafiyasını əhatə edən ilk dövlətlərimiz idi. Dövlət sacilər və salarilər kimi türk xanədanlıqları tərəfindən idarə olunan Azərbaycan dövlətləri idi. İran adı isə həmin dövrün mənbələrində xatırlanmır.
Sacilərdən sonra XI əsrdən başlayaraq bu coğrafiyada (Azərbaycan, İran, Mərkəzi Asiya, Anadolu, İraq) əvvəlcə Səlcuqlular, daha sonra onların varisləri Atabəylər, daha sonra Elxanilər, Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Qızılbaşlar, Əfşarlar və Qacarlar kimi türk xanədanlıqları Azərbaycan mərkəzli (Təbriz) dövlətlər yaratsalar da, Avropa tarixçiliyində bu dövlətlər tarixi ənənəyə uyğun olaraq Persiya adlandırılmışdır. Necə ki, tarixi qaynaqlarda Osmanlı imperiyası Rum ölkəsi, hökmdarları isə Rum sultanları kimi xatırlanmışdır. Şərq mənbələrində isə yuxarıda adı çəkilən dövlətlər haqlı olaraq Qızılbaş dövləti, Türkman eli, Məmaliki Qacar, Bayandur və sair adlarla qeyd olunub. XVIII əsrin sonunda Nadir şahın ölümündən sonra dağılmış coğrafiyanı yenidən birləşdirmək üçün mübarizəyə başlayan isə qacarlar oldu. Onlar İran dövlətçiliyi üçün yox, sələfləri olan Qızılbaşların qurduğu Azərbaycan mərkəzli dövlətin yenidən bərpası üçün mübarizə aparırdılar. I və II Rus-Qacar (1804-1813 və 1826-1828) müharibələrində də onlar Azərbaycanı rus işğalından xilas etmək naminə döyüşmüş, lakin məğlub olduqlarına görə Azərbaycanın şimalını Rus imperiyasına güzəştə getmişdilər.
İran adının dövlət adını alması prosesi isə XIX əsrin ikinci yarısından başlayır. Nəsrədddin şah Qacarın hakimiyyət illərindən (1848-1896) başlayaraq ingilislərin ölkədə cəsusluq fəaliyyəti fars kimlikli İran dövləti yaratmaqdan ibarət idi. Belə ki, II Rus-Qacar müharibəsində məğlub olub kapitulyasiyaya gedən Qacarlar dövləti Rusiyaya böyük məbləğdə təzminat ödəməli idi. Həmin təzminatı Qacarlar dövlətinin yerinə ödəyən Britaniya dövləti fürsətdən istifadə edib, hökumətin bütün sahələrində özlərinə yaxın adamları vəzifələndirib geniş casusluq fəaliyyətinə başladılar. Məqsəd İranda qacar hakimiyyətini devirib fars mənşəli sülaləni iqtidara gətirmək və türk etnosundan yaxa qurtarmaq idi. Bunun üçün ilk öncə "fars kimlikli İran dövləti" anlayışı meydana çıxarılmalı idi. Nəticədə "Ari irqi" və "Hind-Avropa dil ailəsi" kimi cəfəng nəzəriyyələr meydana çıxdı. Əhəmənilərdən başlayaraq Parfiya, Sasani və onlardan sonrakı bütün xanədanlıqların qurduğu dövlətlər İran dövlətçiliyi kimi tarixə calaq olundu. Bunun üçün Britaniya tarixçi və coğrafiyaşünasları İrana dəfələrlə ekspedisiyalar təşkil etdi. Qeyd edək ki, ingilislərin bu istiqamətdə ilk ekspedisiyaları hələ Səfəvilər dövrüdən, XVII əsrdən başlamışdı. İngilislərin Ost-Hind şirkətinin nəzdində İranı tədqiq edən Şərqşünaslıq cəmiyyəti yaradıdı və həmin cəmiyyətə Britaniyanın görkəmli səyyah, tarixçi, etnoqrafları dəvət edildi. İngilislər öz məqsədlərinə 1925-ci ildə nail oldular və qacarlar xanədanını devirib fars pəhləvi sülaləsini hakimiyyətə gətirdilər. Pəhləvilərin hakimiyyətə gəlməsi ilə fars kimlikli İran dövləti nəzəriyyəsi daha da genişləndi. Rza şah Pəhləvi 1934-cü ildə dövlətin İran adlandırılması üçün xarici dövlətlərə müraciət etdi. Beynəlxalq aləmdə İran adlı dövlət 1935-ci ildən etibarən mövcuddur.
Göründüyü kimi, indiki İran İslam Respublikasının 3000 illik tarixi və Azərbaycanın onun bir parçası olması fikri iddiadan uzağa getməyən uyurmadır. Bu iddianın heç bir tarixi əsası yoxdur. Ən azı ona görə ki, Azərbaycan həm coğrafi ərazi kimi, həm də dövlət kimi İran adından yüzillər əvvəl mövcud olub. İndiki İran İslam Respublikasının da daxil olduğu coğrafiyada yaranan dövlətlər heç zaman nə özləri tərəfindən, nə də əcnəbi ölkələr tərəfindən İran dövləti adlandırılmayıb. Əksinə, onların əksəriyyəti Azərbaycan dövləti kimi tarixi qaynaqlarda qeyd olunub. Bu bardə ən mötəbər tarixi mənbələr məlumat verib. IX əsrdən etibarən Sacilərdən başlayaraq adı gedən coğrafiyada qurulan dövlətlərin mərkəzi Azərbaycan (Təbriz) olub. Ən qədim dövrlərdən başlayaraq Avropa tarixçilərinin Persiya adlandırdığı coğrafi ərazinin isə bugünki İrana heç bir bağlılığı yoxdur.
Məqalənin müəllifi:Elbrus Vahidov.

SON XƏBƏRLƏR
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
Əliyev “Azərbaycanı hədələyənlər var” deyəndə kimləri nəzərdə tutur? – Rusiya, yoxsa İran?
"Kimin vaxtı, zamanı gəlib çatacaqsa, ay insanlar, siz də alacaqsınız"
Hacı Ramazan Mirəzyev dövlət büdcəsindən oğurladığı milyonları keçmiş merlə bölüşdürürmüş… - İLGİNC FAKTLAR
“Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA
Seyidin şəfaverən nəvəsi və ya “Şeyx Nəsrullahlara” inam... - Bu elan qəzəb doğurdu
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”
 "O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov
Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”
7 rəngdə sement istehsal edən 109 yaşlı zavod kimə SATILIB? - DETALLAR
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Banklar dollar almır! - Ucuzlaşacaq, yoxsa...?
"Uşaq pulu verilməsi üçün ölkəmizin kifayət qədər resursu var" - deputat
“Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da…” - QALMAQAL
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTO
Şirvan sakinlərindən silah və nakotik aşkarlandı
Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? - HƏQİQƏTƏN DƏ...
"Axı hər evdə bir və ya iki xəstə olur, deməli, hər ailə qəsdən dövlətdən narazı salınır" - deputat
Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO
"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz" - NAZİRƏ CAVAB
Türkiyə uşaq evindən Azərbaycana gətirilən uşaqların taleyi gedib İraq və Suriyaya çıxır
Elnur Əşrəfoğlunun daxili qanaxması dayanıb - "Yeni Klinika"
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!
Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının sədri seçilib
Soydaşımız baş redaktorun ölümünə səbəb oldu
“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma