"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev

Tarix:14-09-2021, 00:04 Baxış Sayı:49 Kateqoriya:gundem / cemiyyet

"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin Yenisabah.az-a müsahibəsi:

- Tanınmışların ölüm xəbərləri insanlara niyə bu qədər maraqlandırır?

- KİV-də həmişə tanınmış şəxslərin səhhəti və ölümü ilə bağlı mövzulara maraq böyük olub. İndi də bu belədir. Avropa ilə müqayisə etmək istəməzdim. Məsələn, fransız kino aktyoru Belmondo bu yaxınlarda vəfat etdi. Onun ölümü ilə bağlı günlərlə müzakirələr oldu. Ondan öncə incəsənət insanlarının ölümləri ilə bağlı aylarla, günlərlə müzakirələr gedib. Bu xarici mətbuatda da belədir. Marağın özü başadüşüləndir. Həmin xəbərlərin oxunma sayına baxsaq, aydın şəkildə bunu görə bilərik.

- Bəs mediamız saxta ölüm xəbərlərini yaymaqda niyə bu qədər həvəslidir?

- Sadəcə bir çox sahələrdə olduğu kimi, bu məsələyə də həddən artıq kobud, qeyri-peşəkar yanaşırlar. Əvvəla, jurnalistlər bilməlidirlər ki, istənilən faktı dəqiqləşdirmədən, yoxlamadan yaymaq olmaz. Bu ümumi qaydadır, bunu hər kəs bilməlidir. Xüsusən xəbər hər hansı bir şəxsin səhhətinə və yaxud onun həyatdan köçməsinə aiddirsə, bu heç olmasa 2 dəfə yoxlanılmalıdır. Azərbaycan mediasında, təəssüf ki, bir-birini qabaqlamaq üçün bu qayda “yaddan çıxır”. Anlamıram, adamların ağlı çatmır, yoxsa başqa səbəb var. Sanki oyun oynayırlar.

Hətta bəzən olmayan yerdən bir də görürsən ki, filankəsin öldümü xəbərini yayaraq sual işarəsini də qoyurlar. Bunlar hamısı qeyri-peşəkarlıqdan, baş pozuqluğundandır.

Guya Mətbuat Şurası yaratmışdıq ki, o mediada belə məsələlərə həssaslıq göstərsin, müzakirələr etsin. Təəssüf ki, o da tamam başqa istiqamətə getdi. Yadıma gəlmir ki, bu tip məsələlər nə vaxtsa müzakirəyə çıxarılsın, kimlərəsə bununla bağlı iradlar bildirilsin, hansısa qaydalar müəyyələşdirilsin və sonra ictimailəşdirilsin.

Bu kimi problemlərə səbəb profesionallığın yoxluğu və özünü tənzimləmə mexanizmin işləməməsi, yəni media qurumlarının nəzarətsizliyidir. Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır.

- Yalan xəbərlər həmin şəxsə necə təsir göstərə bilər?

- Burada söhbət sadəcə yalan informasiyadan getmir. Bir çox insanlara əzab gətirən, problem yaradan və bəzilərinin həyatı üçün əhəmiyyətli olan bir məsələdən gedir. Məsələn, yazırlar ki, filankəs rəhmətə getdi. Bu insanın nə qədər yaxın adamı, qohumu var. Düşünün ki, saxta xəbər o insanlar üçün hansı həyəcanı yaradır, onlara hansı problemləri yaşadır. Sağ qalan insanın özünə də çox böyük mənəvi əzab verir.

Bu bir göstəricidir. Hər gün mediada neçə-neçə belə qeyri-peşəkar, qeyri-dəqiq məlumatlar gedir. Sadəcə çox həssas bir məsələ olduğu üçün nəzərə çarpır. Mediamızda informasiya mənbələri ilə iş, şəxsi həyata və insanların hisslərinə hörmətlə bağlı məsələlərdə problemlər üst-üstə yığılır. Bu problemlərlə məşğul olmalı, məhz bunun üçün böyük səs-küylə yaradılmış jurnalist təşkilatları isə tam başqa işlərlə məşğuldurlar.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda