Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB

Tarix:13-09-2021, 21:13 Baxış Sayı:55 Kateqoriya:gundem / cemiyyet

Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB

Rusiyanın Çelyabinsk şəhərində anadan olan “Məzlum Rus” ləqəbli PKK terrorçusu 2000-ci illərin əvvəllərində Federal Təhlükəsizlik Xidməti tərəfindən agent kimi cəlb edilib və bir müddət Gürcüstanla Ermənistanda fəaliyyət göstərib. Daha sonra Qarabağda (işğal illərində,-red.) təlim keçib. Bu haqda “Türkiye” qəzeti İraqın şimalındakı Sincar yezidi kürd bölgəsindəki mənbələrdən və İraq təhlükəsizlik orqanlarından əldə etdiyi məlumatlara istinadən yazır.

İraq ordusunun keçmiş zabiti, Sincar bölgəsindən olan Fayad Əziz PKK-nın bölgə lideri kimi Said Hassanın göstərildiyini, amma əslində bütün səlahiyyətin “Məzlum Rus” adlı PKK yaraqlısında olduğunu bildirib. “Məzlum Rus”un əsl kimliyi, ad-soyadı göstərilmir.

İraq təhlükəsizlik qaynaqları isə deyiblər ki, “Məzlum Rus” Türkiyə, Suriya və İraqda bir çox terror hücumlarında iştirak edib və Rusiya kəşfiyyatı tərəfindən dəstəklənib. Digər tərəfdən “Məzlum Rus”-un Sincar sakini olduğu haqda saxta sənəd hazırlanıb, onun Sincar bölgəsində yezidi kürdlərin hərbi qruplaşması olan YBŞ (“Sincar Müqavimət Birliyi”) təmsilçisi qismində İraqın müdafiə naziri, kəşfiyyat rəhbərliyi və baş nazir Mustafa Kazımi ilə görüşlərinin təşkil etməyə cəhd göstərilir.

Qəzet iddia edir ki, FTX tərəfindən ələ alınan “Mazlum Rus” ilk təlimini Ermənistanın Vardenis (Basarkeçər,-red.) bölgəsində keçib və daha sonra Qarabağda, o zaman işğal altında olan Kəlbəcərdəki terror düşərgələrində təlimlərə davam edib. “Məzlum Rus” PKK-da əsasən Ermənistan və Rusiya vətəndaşlarından ibarət olan “Ağrı qartalları” qrupunun liderlərindən biridir, habelə Suriyanın şimalında yerli ermənilərdən və PKK-çılardan ibarət “Nubar Ozanyan Briqadası”nı quranlardan olub. Rusiya vətəndaşı olan bu PKK yaraqlısı Türkiyənin Hakkari, Şırnak, Van, Bingöl, Ağrı bölgələrində, İraqın şimalında bir çox terror hücumlarında fəal rol oynayıb. 2015-ci ildə isə Türkiyənin cənub-şərqində tabeçiliyindəki 60-a qədər erməni, rus və serb PKK yaraqlısı ilə birlikdə barrikadalar quranlardan, yollarda xəndək qazıb mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edənlərdən biri olub.

Türkiyə Milli İstihbarat Təşkilatının yaxından təqib etdiyi “Məzlum Rus”a qarşı 2018-ci ildə Sincar bölgəsində hava əməliyyatı həyata keçirilib. Lakin Türkiyə aviasiyasının endirdiyi zərbə zamanı 18 terrorçu məhv edilsə də “Məzlum Rus” ağır yaralı halda sağ çıxıb, oradan Sincarın Əl-Sakiniyə kəndinə aparılıb və PKK-nın xəstəxana kimi istifadə etdiyi köhnə məktəb binasına yerləşdirilib. MİT-in əldə etdiyi kəşfiyyat məlumatları əsasında bu obyektə də dəqiq zərbə endirilib, amma “Məzlum Rus” oradan da sağ çıxıb.

Qeyd edək ki, həmin hava zərbələrindən sonra bir sıra mənbələr “Məzlum Rus”un öldürüldüyünü yazıblar. Mənbələr habelə onu “Ermənistan əsilli yezidi kürdü” və “YBŞ komandanı” kimi təqdim edib.

Qeyd edək ki, Ermənistan ötən ilin payızında 44 günlük müharibə zamanı İraqın və Suriyanın şimalından PKK yaraqlılarını Qarabağa cəlb etmişdi. Bunu sonradan PKK mənsubları özləri də təsdiqləmişdilər.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda