Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI

Tarix:13-09-2021, 20:31 Baxış Sayı:11 Kateqoriya:gundem / cemiyyet

Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI

Son illər ölkə gündəminin əsas müzakirə mövzusu məmur həbsləri oldu.

Ölkədə aparılan dərinləşmiş islahatlar çərçivəsində bütün sahələr üzrə aparılan yoxlamalar bir müddət əvvələ qədər ictimai şüurda formalaşan “məmur toxunulmzadır” fikrini gündəmdən çıxardı.Həbs olunan məmurların əksəriyyəti məhz korrupsiya, rüşvət, dövlət əmlakını mənimsəmə faktlarına görə hüquq-mühafizə orqanları tərəfindən qandallandı.

Cebhe.info hazırda məhkum həyatı yaşayan sabiq məmurların siyahısını təqdim edir.

*Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hazırda həbsdə olan məmurlardandır. Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

*Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov da hazırda həbsdədir. O, 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verən cinayət hadisəsinə görə həbs edilib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib.

*Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov da həbsdə olan məmurlardandır. Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsi ittihamı ilə həbs olunub.

*Xarici İşlər Nazirliyinin isə 3 sabiq əməkdaşı hazırda həbsdədir. Belə ki, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev dövlət vəsaitlərinin ələ keçirildikləri, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət aldıqları və s. hüquqazidd əməllər törətdikləri üçün həbs edilib.

*Son iki ilə isə daha çox icra başçılarının həbsi ilə yadda qaldı. Belə ki, bu müddət ərzində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov həbs olundu.
Qeyd edək ki, icra başçıları ilə yanaşı onların müavinləri də istintaqa cəlb olunub. Onlar dövlət vəsaitini mənimsəmə, rüşvət və korrupsiya faktlarına görə məhkumluq həyatı yaşayır.

*Xatırladaq ki, həbs olunan icra başçılarından Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bir neçə gün əvvəl həbsdə dünyasını dəyişdi.

*Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev də hazırda həbsdədir. O, yol verdiyi korrupsiya əməllərinə görə saxlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

*Mədəniyyət Nazirliyində nazirin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da həbsdə olan sabiq məmurlardandır.

Qeyd edək ki, Rafiq Bayramovun mədəniyyət müəssisələrinin tikintisi, təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin müntəzəm olaraq nağdlaşdırılıb mənsəməsi, Zakir Sultanovun isə tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini özünə götürməsinə görə həbs olunub.

*Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərindən bir neçəsi həbsdədir. Belə ki, aparılan əməliyyat zamanı DSX-nin rəis müavini general Əfqan Nağıyev və onun tabeliyində olan Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Muradov, mayor Müzəffər Namazov və digərləri vəzifə səlahiyyətlərindən istifadə etdikləri üçün saxlanılıb. Sonradan Əfqan Nağıyevin günahsızlığı sübut olunaraq azadlığa buraxılsa da, digərlər hazırda məhkumluq həyatını davam etdirir.

*Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hazırda həbsdədir. Onlar 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına görə həbs edilib.

*Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin də hazırda bir neçə sabiq əməkdaşı həbsdədir. “MTN işi” çərçivəsində həbs olunan Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevə 12 il, Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevə isə 10 il 6 ay cəza alıb. Hər iki generalın məhbəs həyatı hazırda davam edir.

“MTN işi”nə görə həbs edilən və hazırda məhkumluğu davam edən MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

*Həbs olunan məmurların siyahısında nisbətən aşağı vəzifə daşıyanlar da var. Belə ki, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlu hazırda həbsdədir. O, Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

*Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərinə görə həbs olunub və hazırda məhbəs həyatı yaşayır.

*Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədova da Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb və hazırda həbsdədir.

*“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Məmmədov Zaur Vaqif oğlu da həbsdədir. Zaur Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilir.

Hazırda Zaur Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa çağrılsa da, o, üzrlü səbəb olmadan istintaqdan yayındığından barəsində axtarış elan edilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Məmmədov 31 avqust 2020-ci il tarixdə tutularaq istintaqa təqdim edilib, ona qeyd edilən maddə ilə ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib, hazırda həbsdədir.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda