"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!

Tarix:10-09-2021, 23:52 Baxış Sayı:75 Kateqoriya:gundem / cemiyyet

"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!

Bir neçə il əvvəl Vergilər Nazirliyi 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırmışdı.

Hurriyyet.az xatırladır ki, həmin vaxt Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC-yə məxsus ticarət obyektlərində aksiz markası olmayan siqaretlər və təyinatdan kənar mallar aşkarılanmışdı. Həmin vaxt MMC rəhbərliyi iddia edirdi ki, onlar “qəzet satışı” ilə məşğul olduğundan və KİV-lər Əlavə Dəyər Vergisindən azad edildiyindən, Vergilər Nazirliyinin iddiası əsassızdır…

Həmin vaxt bu məhkəmə çəkişməsinin necə bitməsindən asılı olmayaraq, qeyd edək ki, "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC-nin çap mediasının adından istifadə edərək böyük biznes şəbəkəsi qurması, buna rəğmən, qəzetləri satmağa heç bir maraq göstərməməsi redaksiyalarda heç vaxt gündəmdən düşməyən müzakirə mövzusudur. Söhbət ondan gedir ki, bu qurum ölkədə qəzetlərin tirajının sürətlə ölməsində ən böyük səbəbkarlardan biridir. Hansı ki, redaksiyaların satış problemi məhz metroda qəzet köşklərinin fəaliyyətinin dayandırılması və əvəzində "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC-nin fəaliyyətə başlaması ilə daha da ağırlaşdı. Bununla belə, MMC rəhbərliyi qəzetlərin cüzi gəlirinə də göz dikib.

Əldə etdiyimiz məlumata görə, Vergilər Departamenti tərəfindən siqaret, içki və digər məsullar satmasına baxmayaraq ƏDV ödəməyən "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC 40 min manat həcmində cərimələnib. Bu baxımdan, qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır.

Belə ki, "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC-dən qəzet redaksiyalarına bildirilib ki, artıq qəzet redakskiyaları satış gəlirinin 40 faizini deyil, 50 faizini verməlidirlər. Maraqlıdır ki, Bakıda qəzet satışı sahəsini monopoliyaya alan sözügedən MMC, onları çantaj edərək, redaksiyalarla müqaviləni məhz bu cür absurd təkliflər əsasında yeniləmək istəyir.

Hurriyyet.az

P.S. Mövu ilə bağlı geniş məlumat verəcəyik.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda