“Biz heç kimin əxlaqına, mənəviyyatına sataşmırıq ki, şou-biznes əhli bizdən incisin...”

Tarix:9-09-2021, 18:04 Baxış Sayı:39 Kateqoriya:gundem / cemiyyet

“Biz heç kimin əxlaqına, mənəviyyatına sataşmırıq ki, şou-biznes əhli bizdən incisin...”

“Bir evdən 3 nəfər teatrda işləyirdik. Hal-hazırda mənim bir bacım Gəncə Dövlət Kukla Teatrında aktrisa, digər isə rəssam çalışır. Balaca bacım məndən əvvəl teatrda işləməyə başlayıb. Mən o illərdə hələ universitetdə oxuyurdum. Bir neçə il mən də həmin teatrda çalışmışam. Bu teatr daha çətindir, həm kukla oynatmaq, həm kuklanın səsini çıxarmaq mənim bir o qədər də yaxşı bacardığım iş deyildi. Bunun üçün çox istedadlı, bacarıqlı olmaq lazımdır. Ona görə Gəncə Dövlət Dram Teatrına, bir müddət sonra isə paytaxta üz tutdum. İndi də hələ ki, teatrsız qalmışıq, inşallah pandemiya bitər və çox sevdiyimiz sənətə qayıdarıq”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, “Toppuş bacı” ləqəbli Tünzalə Əliyeva deyib. O daha sonra səhhətindən danışıb.

“Hal-hazırda səhhətimlə bağlı kimya terapiyaları qəbul edirəm, bir müddətdən sonra aparatdan keçib nəticəni biləcəyik. Hələ ki, heç nə deyə bilmirəm. Fevralda səhhətimdə mənfiyə doğru heç nə yox idi, may ayında yenidən başladı. Müalicələrə, müayinələrə gedəndə ailəm, yoldaşım, qaynanam uşağıma baxır. Bu baxımdan xoşbəxtəm. Ən böyük dəstəkçim ailəmdir, onlara qurban olaram. Yeni mövsümdən yenə də ARB kanalında “Baldız” serialında çəkiləcəyəm. Dilarə Əliyevanın “Söhbət var” verilişində də aktrisa kimi iştirak edirəm. Biz həmkarım Cavid Telmanla bu verilişdə şou-biznesin yeni sakinlərinin obrazını yaradırıq, verilişə gələn müğənnilərə suallar ünvanlayırıq. Bəziləri mənə sual verir ki, müğənnilər sizdən incimir? Biz heç kimin əxlaqına, mənəviyyatına sataşmırıq ki, şou-biznes əhli bizdən incisin. Nə varsa onu deyirik də, çərçivələri aşmırıq. Bu artıq bir obrazdır. Sağ olsun səhhətimə görə televiziya rəhbərliyi də mənə güzəşt edir”, - deyə aktrisa bildirib.

Aktrisa tez-tez ölüm xəbərlərinin yayılmasına da münasibət bildirib.

“Bilmirəm niyə sağlığımda ölüm xəbərimi yayıb, sevdiklərimi incidirlər? Ölümdən qorxmuram, insan yaranıb ölmək üçün. Mənim ölüm xəbərim onlara nə verir ki? Onsuz da xəstələnəndən bu yana dəfələrlə ölümlə üz-üzə qalmışam, ölüb-dirilmişəm. Bir də bu xəbərlər insanı “öldürür”. Artıq ölüm xəbərlərimin yayılmasına alışmışam. Ümumiyyətlə, sosial şəbəkələrdən uzaq qaçmağa çalışıram. İnstaqram səhifəmi həyat yoldaşım idarə edir. O qədər də tənqid və təhqir edilən sənətçilərdən deyiləm. Özümü elə aparmıram ki, kimsə məni təhqir etsin”, - deyə sənətçi bildirib.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda