"Kənd camaatı kənardan dayanıb baxırdılar, hər səhnəyə hönkür-hönkür ağlayırdılar"

Tarix:8-09-2021, 18:35 Baxış Sayı:65 Kateqoriya:gundem / cemiyyet

"Kənd camaatı kənardan dayanıb baxırdılar, hər səhnəyə hönkür-hönkür ağlayırdılar"

“Avqust ayında mənə zəng gəldi ki, Dilarə xanım, bir bədii film çəkilir və çox istərdik ki, sizi ana obrazına dəvət edək. Təbii ki, söhbət ləzgi filmi olan “Soyuq günəş”-dən gedir. Rejissor Elşən Zeynallını daha öncə teatrımızdan tanıyırdım. Elşənə inanıb getdim, ssenarini oxudum və gördüm ki, Avsiyat obrazını mənə həvalə etmək istəyirlər. Məni çox film və seriallara dəvət edirlər, rejissor ürəyimcə olmayanda, ssenari və obraza inanmayanda dəvəti geri çevirirəm. Bu obraz ürəyimcə idi. Mən bir neçə serialda ana obrazlarında çəkilmişəm, amma Avsiyat tam fərqli ana obrazı idi. O elə bir ana idi ki, övladlarından ötrü düşmən qapısına belə getməyə razı idi”

Bunu Moderator.az-a “Soyuq günəş” filmində Avsiyat obrazını canlandıran Gənc Tamaşaçılar Teatrının aktrisası Dilarə Fərəcullayeva deyib. O daha sonra əlavə edib.

“Mən özüm də iki övlad anasıyam. Avsiyat qayğıkeş anadır, məni də həyatda tanıyanlar bilir ki, övladlarımı canımdan artıq sevirəm, onlardan ötrü canımı belə verməyə hazıram. Ona görə də ana obrazını canlandırmaq mənim üçün çətin deyildi. Filmdə gərək tərəf müqabilindən də eyni doğmalığı, eyni hissləri duyasan. Belə olan halda qarşılıqlı olur hər şey. Oğlum Yarmədi oynayan Mirsənan Kazımov da çox mehriban oğlandır, onu öz balam kimi sevdim. Çəkiliş meydançasında da elə bilirdim ki, Sənanın başına gələnlər mənim oğlumun başına gəlib. Elə hiss edirdim. O hissləri yaşadım ki, mən bu övladımı atasız böyütmüşəm, indi o qız istəyir, sevdiyi qızı da ona vermirlər. Bu hissləri yaşamadan oynamaq çətin olardı. Çəkilişlər Qusarda aparılırdı. Bilirsiniz ki, bu filmin ssenarisi həqiqətən də Qusarda olmuş hadisələrdən götürülmüşdü. Kənd camaatı kənardan dayanıb baxırdılar, hər səhnəyə hönkür-hönkür ağlayırdılar. Mən özüm də çox təsirlənmişdim, göz yaşları içində hamımız bu filmə çəkildik. Həqiqətən də gözəl iş ərsəyə gəldi. Filmə bir neçə dəfə baxmışam, yenə də oturub təkbaşına baxıram və gənclərin başına gələn bu hadisəyə üzülməyə bilmirəm” deyə aktrisa bildirib.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda