Ərzaq bazarında HALAL MAXİNASİYASI... - Dövlət müdaxilə etməlidir...

Tarix:8-09-2021, 18:23 Baxış Sayı:54 Kateqoriya:gundem / cemiyyet

Ərzaq bazarında HALAL MAXİNASİYASI... - Dövlət müdaxilə etməlidir...

Sentyabrın 7-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Baş katibi Yusif Həsən Xələvi ilə görüşüb.

AQTA bildirib ki, Qoşqar Təhməzli Baş katib Yusif Həsən Xələvini səmimi salamlayaraq, son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bitki sağlamlığının təmin olunması ilə bağlı görülən işlər haqqında qonaqları məlumatlandırıb.

Agentlik sədri qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin daim genişləndiyini bildirib. Baş katib Yusif Həsən Xələvi səmimi görüşə görə təşəkkürünü bildirərək, təchizat zənciri üzrə halal standartların tətbiqi və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası tərəfindən bu sahənin rəqəmsallaşdırılması üzrə həyata keçirilən işlər barədə məlumat verib.

Yusif Həsən Xələvi İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Azərbaycanı regionda halal və təbii məhsulların mərkəzi kimi gördüyünü və Azərbaycanda cari ilin sonu bu istiqamətdə beynəlxalq forumun təşkil olunacağını diqqətə çatdırıb.

Ümumiyyətlə, Azərbaycanda halal məhsullar varmı? Ölkəmizdə halal sertifikatı nəyə əsasən verilir?

Bununla bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda illərdir ki, halal adı ilə inanclı insanların aldadılması baş verir:

“Təəssüf ki, ölkəmizdə uzun illərdir böyük pullar qarşılığında halal sertifikatı verilir. Nəhayət ki, 5 il əvvəl dövlət orqanları halal standartı hazırladı. Birlik məsələ qaldırmışdı ki, halal sertifikatların verilməsində əlavə xərclər və rüşvət verilməsi tam sıfıra endirilsin. Çünki halallıq olan yerdə rüşvət ola bilməz. Bizim qaldırdığımız məsələ ilə bağlı Standarlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və digər qurumlar bir araya gələrək, halal sertifikatının verilməsinə nail olduq.

Bütün rüşvət amillərindən kənar və yalnız ekspertlərin kiçik haqları ödənilən halal sertifikatı verilməsi üçün nəticə əldə etdik. Beləliklə, Azərbaycanda “Azesert Halal” MMC yaradıldı. Lakin bunlara baxmayaraq, ayrı-ayrı adamlar yenə də dayanmadan saxta halal sertifikatı verməyə davam etdi. Başqa ölkələrin təsiri altında Azərbaycana gəlib halal sertifikat verərək pul qazanan adamlar yox olmadı. Təəssüf ki, bu məsələ bu gün də davam edir”.

Birliyin sədri halal nişanı adı ilə vətəndaşları aldadan firmaları ifşa edib:

“Bu yaxınlarda birliyə şikayət daxil oldu ki, “Retro Holdinq” MMC tərəfindən istehsal edilən “Sevimli” adlı kolbasaların üzərinə halal nişanı vurulub. Araşdırmalar nəticəsində öyrəndik ki, heç bir qurum tərəfindən o müəssisəyə halal sertifikatı verilməsə də, yalandan bu adla məhsul istehsal edirlər.

Azərbaycanda fəaliyyət göstərən xarici firmaların, xüsusilə “KFC”-nin də halal sertifikat nişanı var. Hətta Ukrayna və Çexiya kimi ölkələrdən gətirilən malların üzərində da halal nişanı olur. Bunların hamısı çox gülüncdür. Belə hallarla istehlakçılar aldadılır və hüquqları pozulur. Hətta xristian və Cənubi Amerika ölkələrində belə, halal nişanlı məhsulların istehsal olunduğunu görmüşəm. Dünyada bu məsələ hələ də həll olunmamış qalıb”.

Eyyub Hüseynov halal sertifikatı ilə bağlı təkliflər irəli sürüb:

“Halal sertifikatı sadəcə onlayn izləmə sistemi olan müəssisəyə verilsin. Beləliklə də, insanlar dünyanın istənilən yerindən telefonu ilə daxil olaraq malların necə halal standartlara uyğun olduğunu görə bilər. Hazırda Azərbaycanda az da olsa, halal mal seritikatı ilə işləyən müəssisələr var. Düşünürəm ki, bu sahədə ciddi monitorinq keçirilməlidir və AQTA bu məsələni öz üzərinə götürməlidir. İnsanların inancı ilə oynamaq olmaz. Halal sertifikatı alan qurumlardan rüşvət yığışdırılmalıdır. Halal sertifikatı o müəssisələrə verilməlidir ki, onlar halal standartlara əməl etməklə yanaşı, bankda da kreditləri olmasın. Bu müəssisələrin maliyyə mənbələri ya İslam İnkişaf Bankı olsun, ya da özlərinin şəxsi əmlakı olsun. Biz bank krediti ilə fəaliyyət göstərən müəssisələrə halal sertifikatının verilməsinin tərafdarı deyilik”.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda