"Elçinin atasıgilə gələndə orada söz-söhbət gəzirdi ki, onu Rövşən Əkbərov öldürüb" - Baş redaktor

Tarix:8-09-2021, 02:21 Baxış Sayı:77 Kateqoriya:gundem / cemiyyet

"Elçinin atasıgilə gələndə orada söz-söhbət gəzirdi ki, onu Rövşən Əkbərov öldürüb" - Baş redaktor

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

KONKRET.az xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində vaxtilə Müdafiə Nazirliyinin tərkibində Mülki Müdafiə üzrə Qərargah rəisinin müavini işləmiş, ehtiyatda olan polkovnik Elxan Cəbiyev dindirilib.

O deyib ki, 2001-ci ilin may ayının sonlarında Ukraynanın Kiyev şəhərində keçirilən tədbirdə iştirak edib:

“Həmin tədbirdə Rövşən Əkbərovla tanış oldum. Kiyevdən qayıtmazdan əvvəlki gün, mayın 31-də o, məndən bir bağlamanı Bakıya aparmağımı xahiş etdi. Səfirliyə gedib bağlamanı götürdüm. Səhəri gün isə Bakıya gətirdim, içərisində nə olduğunu bilmirdim”.

Daha sonra “Olaylar” qəzetinin baş redaktoru, qətlə yetirilən Elçin Əliyevin yaxın dostu olmuş Yunis Oğuz ifadə verib.

O bildirib ki, hadisənin səhərisi günü E.Əliyevin qətlə yetirildiyini eşidib: “Elçinin atasıgilə gələndə orada söz-söhbət gəzirdi ki, onu Rövşən Əkbərov öldürüb. Elçinin meyitini gətirməyə gedən Nazim İbrahimov da mənim yaxın dostum olub. Həm o, həm də Ukaynada olan qardaşım Musaxan Əliyev söylədi ki, Elçini Rövşən qətlə yetirib. Qardaşım hadisə vaxtı orda olmayıb, bu barədə eşidib”.

R.Əkbərov Y.Oğuzun ifadəsinə etiraz edib. O söyləyib ki, hadisə vaxtı orada olan Məzahir Şıxəliyev olaydan 3 gün sonra öldürən adamın kimliyini müəyyən etmək üçün şəkil istəyib: “Bu halda hadisə günü onun Yunis Oğuza məlumat verməsi ziddiyətlidir”.

Məhkəmədə qətlə yetirilən E.Əliyevin qohumu Elman Ağayev də dindirilib. O vurğulayıb ki, hadisədən bir neçə saat əvvəl E.Əliyevlə telefonla danışıb: “O, Rövşən Əkbərov adlı generalın Ukraynada qonaq olduğunu, onunla görüşdüklərini, həmin gün də yenidən görüşəcəklərini söylədi. Səhəri gün zəng gəldi ki, Elçini qətlə yetiriblər. Nazim İbrahimov Elçinin meyitini gətirdikdən sonra mənə Rövşən Əkbərovla görüşdüyünü bildirdi. Rövşən Əkbərov Nazim İbrahimova Elçini öldürdüyünü etiraf edib”.

Generalın vəkilləri şahidin 2003-cü ildəki ifadəsi ilə hazırki ifadəsi arasında kəskin ziddiyətlər olduğunu deyiblər. Belə ki, E.Ağayev əvvəlki ifadəsində N.İbrahimovun hadisədən sonra 1 il gizləndiyini bildirib.

Şahid 17 il əvvəl ifadə verdiyini, hər şeyi detallı xatırlamadığını deyib: “Amma biz bilirik ki, Rövşən Əkbərov əvvəlcə Məzahirin sabiq daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü olduğunu biləndən sonra vurub. Daha sonra maşından küt alət götürüb Elçini öldürüb. Qüdrət də onun yanında olub”.

Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda