"Azərbaycan Prezidenti müharibəyə uğurla hazırlaşırdı" - Erməni general

Tarix:8-09-2021, 00:28 Baxış Sayı:51 Kateqoriya:gundem / cemiyyet

"Azərbaycan Prezidenti müharibəyə uğurla hazırlaşırdı" - Erməni general

Ermənistan ordusunun keçmiş rəhbəri, general-leytenant Norat Ter-Qriqoryanç ölkəsinin düşdüyü ağır durumdan söz açıb. Hazırda Rusiyada yaşayan general erməni mediasına verdiyi müsahibədə Azərbaycan rəhbərliyinin 44 günlük müharibəyə qədər uğurlu gedişlər etdiyini bildirib.
Ermənistanın ağır məğlubiyyətindən söz açan Norat Ter-Qriqoryanç deyib ki, bir vaxtlar ölkə rəhbərliyi Azərbaycanın Qarabağla bağlı verdiyi bəyanatlara gülürdü, rəsmi Bakının xəyal qurduğunu deyirdi. Amma onlar üçün acı sonluq yaşandı. Azvision.az müsahibədən bəzi hissələri təqdim edir:

"Azərbaycan rəhbərliyi öz bəyanatları ilə ağıllı davranırdı. Prezident İlham Əliyevin açıqlamaları dünya ictimaiyyətini genişmiqyaslı hərbi əməliyyatların bərpasına hazırlayırdı. Bəli, təəccüblənməyin, o, Qarabağ müharibəsinə eyni uğurla, eyni mexanizmlərlə hazırlaşırdı. Azərbaycan diplomatiyasını qiymətləndirməmək olmaz ".

Erməni general deyib ki, Qarabağın azadlığı yolunda əvvəlcə diplomatik gedişlərdən istifadə edərək beynəlxalq aləmin qəbul edə biləcəyi bir durum üçün zəmin hazırladıq, sonra isə konkret hərəkətə keçdik.

" Yalnız Rusiya həmişə erməni xalqına dəstək olub. Son illərdə Ermənistan hakimiyyəti strateji tərəfdaşına qarşı ikili oyun sərgiləsə də, Rusiya hər zaman zirvədə olduğunu göstərdi. Bəli, bu ikili standartları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ortaya atıldığı fikri ilə razıyam. Amma bunun səbəbləri var”, - general deyib.

O yeni təyin olunan müdafiə naziri haqqında da danışıb. General qeyd edib ki, Arşak Karapetyanı şəxsən tanımır, amma verdiyi əmrlər ölkə sərhədlərinin bundan sonra qorunacağına ümid yaradır.

"Baxaq görək onun sözləri əməli ilə necə üst-üstə düşəcək. Bunu zaman göstərəcək. Sərhəd məsələləri həll olunmayana qədər sülh müqaviləsindən danışa bilmərik. Dərhal sərhəd məsələləri ilə məşğul olmalıyıq və sonra sülhdən danışmalıyıq".

Norat Ter-Qriqoryanç jurnalistin eks-nazir David Tonoyanın mövcud vəziyyətə, utancverici məğlubiyyətə görə məsuliyyət daşıması ilə bağlı sualına da cavab verib.

“David Tonoyan xain və əclafın biri, bəlkə də birincisidir. Müharibədən bir ay əvvəl mümkün problemləri neytrallaşdırmağa kömək etmək üçün ölkəyə gələndə məni qəbul etmədi. Tonoyan bu addımı ilə bütün erməni xalqına qarşı cinayət törətdi. Çünki mən yardımçı ola bilərdim. Amma o razılaşmadı. Nəticədə bir ay sonra nə baş verdiyini hamınız bilirsiniz. Tonoyan məsələnin əhəmiyyətini başa düşmədi, mən həm ordunun, həm də Ermənistanın xeyrinə bir çox məsələlərdə əməkdaşlıq edə bilərdim. Ya da ona planlarını həyata keçirməsinə icazə verməyəcəyimdən qorxaraq bunu istəmədi".

Qeyd edək ki, Norat Ter-Qriqoryants 1992-1995-ci illərdə baş qərargah rəisi, 1993-cü ildə isə müdafiə naziri olub.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda