Azərbaycanda “Delta” necə tapıldı? - “Ancaq bir istitutda aparat var və…”

Tarix:24-07-2021, 15:01 Baxış Sayı:21 Kateqoriya:gundem / cemiyyet

Azərbaycanda “Delta” necə tapıldı? - “Ancaq bir istitutda aparat var və…”

Artıq 2 ilə yaxındır bütün dünyanı təhdid edən koronavirusla mübarizə davam edir.

Virusdan qorunmağın ən təsirli yolu peyvəndlənmə hesab edilir.

Lakin görülən bütün tədbirlərə baxmayaraq, virusun yayılması və yeni ştammların yaranmasının qarşısını almaq mümkün deyil.

Hazırda virusun iki yeni ştammı daha yoluxucu və ölümcüldür. Dünyada sürətlə yayılmağa davam edən "Delta" (B.1.617 ) və "Alpha" (B.1.1.7 ) ştammları (onlara daha əvvəl Hindistan və Britaniya variantları da deyilib) Azərbaycanda da aşkarlanıb.

Virusun “Delta” variantı ilk dəfə 2020-ci ilin payızında Hindistanda aşkar olunub. Bu variant Rusiya və Britaniya da daxil olmaqla, bir sıra ölkərdə artıq dominant varianta çevrilib. Britaniya Səhiyyə Sisteminin məlumatına görə, “Delta” “Alpha”-dan 60 faiz daha çox yoluxucudur.

Məlumat üçün qeyd edək ki, COVID-19-un yüngül forması adi mövsümü qripi xatırladır: quru öskürək, qızdırma, ümumi zəiflik, bəzən də əzələ və baş ağrıları kimi simptomlarla xarakterizə edilir. “Delta” ştammın əsas əlamətləri də baş, boğaz ağrısı, burun axıntısı, bəzən də öskürəkdir. Alimlər bu ştammda eşitmənin itirilməsi əlaməti ilə qarşılaşdıqlarını da bildirirlər. Ötən ilin payızında Britaniyanın cənub-şərqində aşkarlanan “Alpha” variantı artıq qış aylarından başlayaraq ölkə boyu dominant növə çevrilərək karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə səbəb olub. Virusun hər iki ştammının simptomları bir-birinə çox oxşardır. “Delta” ştammının daha ölümcül olduğu faktını çıxsaq, demək olar ki, hər iki ştammın simptomları eynidir.

Maraqlıdır,bu qədər oxşar xüsusiyyətləri olduğu halda ştammlar bir-birindən necə ayrılır?

Bunun üçün təkcə xarakterik əlamətlərlə kifayətlənirlər, yoxsa xüsusi laboratoriya şəraitində yaxmalardan bunu bilmək olur?

Yəni məhz “Delta”, yaxud “Alpha” ştammı olduğunu əminliklə söyləmək üçün nə lazımdır?

Cebhe.info-ya açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, ştammlar bir-birindən laboratoriya şəraitində fərqləndirilir:

“Virusun genetik analizi aparılır və həmin analizin nəticəsinə, virusun genon quruluşuna görə hansı ştamm olduğu müəyyənləşdirilir. Genlərin ardıcıllığına görə dəqiqləşdirilir ki, bu, hansı ştammdır. Sadəcə olaraq bizdə “Delta” ştammı indi müəyyənləşdirilib. Lakin bu, o demək deyil ki, bu ştamm bizdə dünən, ya da bu gün çıxıb. Bəs “Delta” ştammı necə müəyyənləşdirilib? Əvvəl testi pozitiv çıxanları indi genetik analiz ediblər. Bizdə genetik testlərin aparılması üçün aparatların sayı məhduddur. Azərbaycanda səhv etmirəmsə, bir Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda həmin aparatlar var. Sadəcə olaraq indi testlər aparılmağa başlayıb. Yəni, bu, o demək deyil ki, bu ştamm Azərbaycanda təzə çıxıb, sadəcə indi müəyyənləşdirilib ki, həqiqətən də bizdə “Delta” ştammı var. Təbii ki, bu da qaçılmaz idi. Çünki qonşu ölkələrdə bu ştammlar var və bizdə də qonşu ölkələrlə gediş-gəliş olur”.

SON XƏBƏRLƏR
"Xəritəyə də baxanda görürük ki, Xocalıya ən yaxın yol Ağdamdan keçir" - deputat
Ötən ay atasından, bu ay isə özündən şikayət olunan deputat kimdir? - DOSYE
Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR? - AKTUAL
“Rusiya və Qərb Ermənistanda toqquşacaq, bunun ərəfəsindəyik” - GƏLİŞMƏ
Azərbaycanda benzin BAHALAŞDI - Kasıbsansa, maşın sürmə...
"Taliban"a böyük şəhərləri ələ keçirmək hava və su kimi lazımdır - TƏHLİL
Toyda partiya sədrlərinin "COVID pasportu"nu yoxlayan olub? - Bir cibində nəmər, birində pasport...
Vergi dərəcələrinin aşağı salınması ilk növbədə kirayəçilərin xeyrinədir - ekspert
Rusiya bu dəfə “KARTOFLA VURDU” – Bunu “Pomidor zərbəsi”dən az ağrı ilə yaşamaq olarmı?
Monitorinq Mərkəzi Qarabağda nələr görür? - ƏGƏR GÖRÜRSƏ...
Qəbiristanlıq kül oldu - Şəhidin məzarı və türk bayrağı YANMADI (VİDEO)
"Ali təhsil mənəvi dəyər yaradan bir sərvətdir" - Ədalət Muradov
Bodrumdakı yanğını görməməzlikdən gəlib, fotosunu paylaşdı
"Qazi olmaqla deyil ki..." - Videosu yayılan baş həkimdən AÇIQLAMA
Rus sülhməramlıları erməni keşişlərini Amarasa gətirdi
Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA
Eldəniz Səlimovu hansı cəza gözləyir? – Mandatın ləğvi, həbs...
Deputat döydüyü polisi əvvəlcə "RAZBORKA”YA çağırıb... - VİDEO
Ordumuz Xocavənddə 19 erməni əsgərini mühasirəyə salaraq, məhv edib? - İDDİA
"Arka sokaklar"ın aktyorunu Eynşteynə bənzətdilər - FOTO
Meşələri qəsdən yandıran şəxslər zirehli polis maşını ilə aparıldı
Süveyş kanalını bağlayan "Ever Green" gəmisindən XƏBƏR VAR
5 540 şəhid ailəsi üzvünə vəsiqələr verildi
Azərbaycanda deputat sərxoş olub polisə hücum etdi
Prezidentdən 600 min manatlıq SƏRƏNCAM
“Tərtər İstirahət Mərkəzi”nin sahibinə cinayət işi AÇILDI
"Dedi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?" - Əməkdar artist
Kərim Babayevi İnterpola verdilər - YA AZƏRBAYCANDA, YA TÜRKİYƏDƏ GİZLƏNİR...
Müəllimlər üçün test tapşırıqlarının çətinliyi ilə bağlı narazılıqlara REAKSİYA
Beyləqan ATS qazidən 182 manat tələb edir - GİLEY