Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!

Tarix:20-06-2021, 15:04 Baxış Sayı:25 Kateqoriya:gundem / cemiyyet

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!

Milliirs.AZ: - “Azercell Telekom” MMC Bakıda keçirilən AVRO-2020 oyunlarında abunəçilərini müasir və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edir. Bu il futbol üzrə Avropa çempionatı çərçivəsində 4 oyunun paytaxtımızda təşkil edildiyini diqqət mərkəzində saxlayan lider mobil operator Bakı Olimpiya stadionunda, eləcə də ətraf ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirib.

Milliirs.AZ xəbər verir ki, futbol azarkeşlərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən Azercell ərazidə şəbəkənin tutumunu dəfələrlə artırıb. Qeyd edək ki, stadion daxilində ümumi mobil şəbəkə infrastrukturu məhz Azercell tərəfindən quraşdırılıb. Məkan innovativ şəbəkə həlləri ilə təchiz edilib. Həmçinin hazırda ərazidə Azercell-in səyyar mobil Radio Baza Stansiyası da fəaliyyət göstərir. Stadionda yüksəksürətli mobil internet xidmətləri təqdim edən Azercell tamaşaçılara oyunlardan təəssüratlarını dərhal paylaşmaq, sosial şəbəkələrdə canlı yayım etmək imkanı yaradıb.

AVRO-2020 çempionatına texniki hazırlıq çərçivəsində aparılan işlər qonaqların yerləşdiyi otelləri də əhatə edib. Belə ki, mehmanxanalara xidmət verən stansiyalarda şəbəkənin keyfiyyətinin yoxlanılması istiqamətində aktiv işlər aparılır. Əlavə olaraq, Azercell paytaxtımızın qonaqlarına yüksəkkeyfiyyətli rominq xidmətləri təqdim etmək üçün tərəfdaş operatorlarla daima əlaqədədir və mütamadi olaraq müvafiq test işləri həyata keçirir.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran “Azercell Telekom” MMC-nin ölkə ərazisi üzrə əhatə dairəsi 94%, ölkə əhalisi üzrə isə 98,7% təşkil edir. Təkcə son 2 il ərzində lider mobil operator LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsini 35,9%-dən 85,5%-ə, coğrafi dairəsini isə 22,5%-dən 73,3%-ə qədər genişləndirib. Hazırda bu texnologiya ilə işləyən Radio Baza Stansiyaların ümumi sayı isə 2775-ə çatdırılıb.

SON XƏBƏRLƏR
"Xəritəyə də baxanda görürük ki, Xocalıya ən yaxın yol Ağdamdan keçir" - deputat
Ötən ay atasından, bu ay isə özündən şikayət olunan deputat kimdir? - DOSYE
Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR? - AKTUAL
“Rusiya və Qərb Ermənistanda toqquşacaq, bunun ərəfəsindəyik” - GƏLİŞMƏ
Azərbaycanda benzin BAHALAŞDI - Kasıbsansa, maşın sürmə...
"Taliban"a böyük şəhərləri ələ keçirmək hava və su kimi lazımdır - TƏHLİL
Toyda partiya sədrlərinin "COVID pasportu"nu yoxlayan olub? - Bir cibində nəmər, birində pasport...
Vergi dərəcələrinin aşağı salınması ilk növbədə kirayəçilərin xeyrinədir - ekspert
Rusiya bu dəfə “KARTOFLA VURDU” – Bunu “Pomidor zərbəsi”dən az ağrı ilə yaşamaq olarmı?
Monitorinq Mərkəzi Qarabağda nələr görür? - ƏGƏR GÖRÜRSƏ...
Qəbiristanlıq kül oldu - Şəhidin məzarı və türk bayrağı YANMADI (VİDEO)
"Ali təhsil mənəvi dəyər yaradan bir sərvətdir" - Ədalət Muradov
Bodrumdakı yanğını görməməzlikdən gəlib, fotosunu paylaşdı
"Qazi olmaqla deyil ki..." - Videosu yayılan baş həkimdən AÇIQLAMA
Rus sülhməramlıları erməni keşişlərini Amarasa gətirdi
Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA
Eldəniz Səlimovu hansı cəza gözləyir? – Mandatın ləğvi, həbs...
Deputat döydüyü polisi əvvəlcə "RAZBORKA”YA çağırıb... - VİDEO
Ordumuz Xocavənddə 19 erməni əsgərini mühasirəyə salaraq, məhv edib? - İDDİA
"Arka sokaklar"ın aktyorunu Eynşteynə bənzətdilər - FOTO
Meşələri qəsdən yandıran şəxslər zirehli polis maşını ilə aparıldı
Süveyş kanalını bağlayan "Ever Green" gəmisindən XƏBƏR VAR
5 540 şəhid ailəsi üzvünə vəsiqələr verildi
Azərbaycanda deputat sərxoş olub polisə hücum etdi
Prezidentdən 600 min manatlıq SƏRƏNCAM
“Tərtər İstirahət Mərkəzi”nin sahibinə cinayət işi AÇILDI
"Dedi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?" - Əməkdar artist
Kərim Babayevi İnterpola verdilər - YA AZƏRBAYCANDA, YA TÜRKİYƏDƏ GİZLƏNİR...
Müəllimlər üçün test tapşırıqlarının çətinliyi ilə bağlı narazılıqlara REAKSİYA
Beyləqan ATS qazidən 182 manat tələb edir - GİLEY