Qazi adından istifadə edərən şəxs neft ərazisini zəbt edib - VİDEO

Tarix:19-06-2021, 10:24 Baxış Sayı:22 Kateqoriya:gundem / cemiyyet

Qazi adından istifadə edərən şəxs neft ərazisini zəbt edib - VİDEO

Son günlər sosial şəbəkələrdə və xəbər saytlarında qazi adından sui-istifadə edilməsi halları geniş müzakirə edilir, müharibə ilə əlaqəsi olmayan veteran və əlillərin törətdiyi qanuna zidd əməllər barədə məlumatlar və videolar paylaşılır. Belə bir müzakirələrin getdiyi vaxtda qazi adından istifadə edib qanunsuz əməllərin törədilməsi ilə bağlı yeni fakt qeydə alınıb.

"Report"un xəbərinə görə, Qarabağ uğrunda gedən döyüşlərdə könüllü iştirak etdiyini deyən Elvin Zeynalov evinin olmadığını, illərdir kirayələrdə yaşadığını əsas gətirərək neft sənayesinə aid torpaq sahəsini zəbt edib qanunsuz tikinti işləri aparmağa başlayıb.

Onun zəbt etdiyi ərazi Balaxanı Əməliyyat şirkətinin neft mədəninin sahəsində, 200 mm-lik Sabunçu-Böyükşor yerüstü neft kəmərindən cəmi 6 metr məsafədə yerləşir. Halbuki qanunla boru xəttindən azı 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağan edilir.

Əməlinin qanuna zidd olması barədə Elvin Zeynalova mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunub, lakin o tikintinin dayandırılmasını tələb edən mühafizəçilərə bıçaqla hücum çəkib. Elvin Zeynalov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib.

Elvin Zeynalovun gecəqondusunda inşaat işləri sona yaxınlaşdıqca tikilinin ev yox, obyekt olduğu məlum olub. Sən demə “evim yoxdu, illərdir kirayələrdə sürünürəm” deyən Elvin özünə ev yox, obyekt tikdirirmiş. Qarabağ adından, şərəfli qazi ünvanından istifadə edib qanunsuz əməllərinə göz yumulmasını tələb edən Elvinin daha bir yalanını isə ətrafda yaşayan sakinlər üzə çıxardı. Onların dediyinə görə Elvinin tikinti apardığı ərazini bir neçə il əvvəl özünü polis əməkdaşı kimi təqdim edən Əzizov Cəmaləddin Fərzalı oğlu zəbt edib. O 2020-ci ilin avqust ayında zəbt etdiyi ərazidə tikinti işləri aparmağa çalışsa da, aidiyyəti qurumlar tərəfindən buna icazə verilməyib. Daha sonra Cəmaləddin Əzizov tikinti işlərini başa çatdırmaq üçün nələrinsə müqabilində Elvin Zeynalovu bu işlərə cəlb edib. Ondan tələb olunan isə budur ki, hərbi forma geyinib tikinti ərazisində görünsün, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazi aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməz.

Görünən odur ki, qazi adından istifadə edib xalqa məxsus torpaqları zəbt edən, bu şərəfli adı əlində bayraq edib çirkin niyyətlərini gerçəkləşdirməyə çalışanlara cəmiyyət olaraq sərt reaksiya bildirməsək, hələ uzun müddət bu məsələ geniş müzakirələrə səbəb olacaq.

SON XƏBƏRLƏR
"Xəritəyə də baxanda görürük ki, Xocalıya ən yaxın yol Ağdamdan keçir" - deputat
Ötən ay atasından, bu ay isə özündən şikayət olunan deputat kimdir? - DOSYE
Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR? - AKTUAL
“Rusiya və Qərb Ermənistanda toqquşacaq, bunun ərəfəsindəyik” - GƏLİŞMƏ
Azərbaycanda benzin BAHALAŞDI - Kasıbsansa, maşın sürmə...
"Taliban"a böyük şəhərləri ələ keçirmək hava və su kimi lazımdır - TƏHLİL
Toyda partiya sədrlərinin "COVID pasportu"nu yoxlayan olub? - Bir cibində nəmər, birində pasport...
Vergi dərəcələrinin aşağı salınması ilk növbədə kirayəçilərin xeyrinədir - ekspert
Rusiya bu dəfə “KARTOFLA VURDU” – Bunu “Pomidor zərbəsi”dən az ağrı ilə yaşamaq olarmı?
Monitorinq Mərkəzi Qarabağda nələr görür? - ƏGƏR GÖRÜRSƏ...
Qəbiristanlıq kül oldu - Şəhidin məzarı və türk bayrağı YANMADI (VİDEO)
"Ali təhsil mənəvi dəyər yaradan bir sərvətdir" - Ədalət Muradov
Bodrumdakı yanğını görməməzlikdən gəlib, fotosunu paylaşdı
"Qazi olmaqla deyil ki..." - Videosu yayılan baş həkimdən AÇIQLAMA
Rus sülhməramlıları erməni keşişlərini Amarasa gətirdi
Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA
Eldəniz Səlimovu hansı cəza gözləyir? – Mandatın ləğvi, həbs...
Deputat döydüyü polisi əvvəlcə "RAZBORKA”YA çağırıb... - VİDEO
Ordumuz Xocavənddə 19 erməni əsgərini mühasirəyə salaraq, məhv edib? - İDDİA
"Arka sokaklar"ın aktyorunu Eynşteynə bənzətdilər - FOTO
Meşələri qəsdən yandıran şəxslər zirehli polis maşını ilə aparıldı
Süveyş kanalını bağlayan "Ever Green" gəmisindən XƏBƏR VAR
5 540 şəhid ailəsi üzvünə vəsiqələr verildi
Azərbaycanda deputat sərxoş olub polisə hücum etdi
Prezidentdən 600 min manatlıq SƏRƏNCAM
“Tərtər İstirahət Mərkəzi”nin sahibinə cinayət işi AÇILDI
"Dedi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?" - Əməkdar artist
Kərim Babayevi İnterpola verdilər - YA AZƏRBAYCANDA, YA TÜRKİYƏDƏ GİZLƏNİR...
Müəllimlər üçün test tapşırıqlarının çətinliyi ilə bağlı narazılıqlara REAKSİYA
Beyləqan ATS qazidən 182 manat tələb edir - GİLEY