Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi Aygün Ələkbərova.

Tarix:8-03-2021, 12:29 Baxış Sayı:406 Kateqoriya:gundem / musahibe

Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi Aygün Ələkbərova.

Hamıya məlumdur ki, sentyabrın 27-də ölkəmizdə möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü başladı. Yeni tarixi salnamə yazan prezidentimiz və düşmənə dağ çəkdirən Azərbaycan oğulları öz canları, qanları bahasına xalqımıza qələbə sevinci yaşatdılar.
Prezident İlham Əliyev cənablarının qətiyyəti, ordumuzun rəşadəti Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu Ermənistanın 30 ilə yaxın qurduğu silahlı qüvvələrini darmadağın etdi. Düşmən texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ağır məğlubiyyətə uğrayan Ermənistan təslim oldu. Ermənilərin illərlə planlaşdırdığı Dağlıq Qarabağda dövlət qurmaq arzusu alt – üst edildi. Ermənistan hakimiyyətinin erməni ictimaiyyətində “ qalib ordu “ obrazı yaratmaq cəhdi puça çıxdı.
Bütün imkanlarını Azərbaycan xalqının rifahının yaxşılaşmasına, ölkəmizin inkişafına sərf edən İlham Əliyevin yüksək iradəsi və uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımızın qısa müddətdə geri alınması dünya ölkələrinin diqqətini cəlb etdi. “Qarabağ Azərbaycandır! “, - deyən vətənpərvər, daim xalqını düşünən prezidentimizin bütün proseslərdə Azərbaycanı diktə edən tərəf mövqeyində tutması tezliklə sübut olundu. Bu isə İlham Əliyevin çox güclü, yüksək səviyyəli lider olduğunu dünyaya bir daha bəyan etdi.
26 Fevral Xocalı soyqırımının 29 – cu ildönümü tarixində keçirilmiş mətbuat konfransında 4 saat, 4 dildə yorulmadan, əzmkarlıqla, vətənpərvərlik nümayiş etdirərək yerli və xarici jurnalistlərin suallarını cavablandırmaqla Prezident yeni rekorda imza atdı və bununla da dünya liderləri içərisində fərqləndi.
35 media qurumunun sualını cavablandıran hörmətli İlham Əliyev Qarabağda ermənilərin törətdikləri vəhşilikləri, dağıntıları diqqətə çatdırdı. Eyni zamanda işğaldan azad edilən ərazilərdə bərpa – quruculuq işləri barədə ətraflı məlumat verdi.
Mətbuat konfransında Prezident həmçinin güclü, müzəffər ordumuzun şücaəti barədə yerli və xarici media nümayəndələrinə məlumat verdi. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan Ordusu onun qarşısında duran vəzifənin öhdəsindən yüksək səviyyədə gələrək öz hədəfinə çatmış oldu. Eyni zamanda Prezident döyüşərək, qan tökərək düşməndən intiqamımızı döyüş meydanında alan Azərbaycan əsgərinin əsl qəhrəmanlıq göstərdiyini diqqətə çatdırdı, Azərbaycan xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz igidliyi, şücaəti nəticəsində qələbənin qısa müddət ərzində əldə edilməsini xüsusi vurğuladı.
Bəli, bu danılmaz faktdır ki, ordu nə qədər güclü, müasir, dəqiq və böyük dağıdıcı gücə malik olan silahlarla silahlansa da, döyüş meydanında son sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və onun uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Bu mənada Vətən müharibəsində zəfər qazanmağımızda böyük rolu olan Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, qələbə əzmi, döyüş əhval – ruhiyyəsi, Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, igidlik, həmçinin qanı – canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizin qəlbini fərəhlə doldurdu.
Dövlət başçısı mətbuat konfransında kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz komikadzelər və ordu korpuslarının qələbə qazanmağımızda rolu, xüsusilə ordumuzun peşəkarlığı haqqında da qürurla danışdı.
Azərbaycan Ordusunun ən yüksək texnologiyalara məxsus hərbi texnikalarla silahlanması və ölkəmizin inkşaf etmiş hərbi sənaye kompleksinə malik olması artıq hamıya məlumdur. Ordumuz həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə bu gün nəinki bölgədə, dünya miqyasında da güclü ordular sırasındadır. Son illərdə ordu quruculuğunda əhəmiyyətli islahatlar həyata keçirilmiş, dövlət başçısı tərəfindən yüksək səviyyəli addımlar atılıb ki, bunun da 44 günlük Vətən müharibəsində şahidi olduq. Bütün bunlar isə güclü iqtisadiyyat, dayanıqlı inkişaf və böyük maliyyə resursları hesabına həyata keçirilib.
Biz fəxr edirik ki, Azərbaycanın hər bir vətəndaşının qürur duyduğu belə güclü və qəhrəman ordusu var. O ordu ki, Vətənini hər şeydən üstün tutaraq torpaq sevgisini, mərdliyini dünyaya sübut etdi, misilsiz qəhrəmanlığı ilə dünya ordu quruculuğuna örnək oldu.

Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi Aygün Ələkbərova.

SON XƏBƏRLƏR
"Xəritəyə də baxanda görürük ki, Xocalıya ən yaxın yol Ağdamdan keçir" - deputat
Ötən ay atasından, bu ay isə özündən şikayət olunan deputat kimdir? - DOSYE
Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR? - AKTUAL
“Rusiya və Qərb Ermənistanda toqquşacaq, bunun ərəfəsindəyik” - GƏLİŞMƏ
Azərbaycanda benzin BAHALAŞDI - Kasıbsansa, maşın sürmə...
"Taliban"a böyük şəhərləri ələ keçirmək hava və su kimi lazımdır - TƏHLİL
Toyda partiya sədrlərinin "COVID pasportu"nu yoxlayan olub? - Bir cibində nəmər, birində pasport...
Vergi dərəcələrinin aşağı salınması ilk növbədə kirayəçilərin xeyrinədir - ekspert
Rusiya bu dəfə “KARTOFLA VURDU” – Bunu “Pomidor zərbəsi”dən az ağrı ilə yaşamaq olarmı?
Monitorinq Mərkəzi Qarabağda nələr görür? - ƏGƏR GÖRÜRSƏ...
Qəbiristanlıq kül oldu - Şəhidin məzarı və türk bayrağı YANMADI (VİDEO)
"Ali təhsil mənəvi dəyər yaradan bir sərvətdir" - Ədalət Muradov
Bodrumdakı yanğını görməməzlikdən gəlib, fotosunu paylaşdı
"Qazi olmaqla deyil ki..." - Videosu yayılan baş həkimdən AÇIQLAMA
Rus sülhməramlıları erməni keşişlərini Amarasa gətirdi
Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA
Eldəniz Səlimovu hansı cəza gözləyir? – Mandatın ləğvi, həbs...
Deputat döydüyü polisi əvvəlcə "RAZBORKA”YA çağırıb... - VİDEO
Ordumuz Xocavənddə 19 erməni əsgərini mühasirəyə salaraq, məhv edib? - İDDİA
"Arka sokaklar"ın aktyorunu Eynşteynə bənzətdilər - FOTO
Meşələri qəsdən yandıran şəxslər zirehli polis maşını ilə aparıldı
Süveyş kanalını bağlayan "Ever Green" gəmisindən XƏBƏR VAR
5 540 şəhid ailəsi üzvünə vəsiqələr verildi
Azərbaycanda deputat sərxoş olub polisə hücum etdi
Prezidentdən 600 min manatlıq SƏRƏNCAM
“Tərtər İstirahət Mərkəzi”nin sahibinə cinayət işi AÇILDI
"Dedi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?" - Əməkdar artist
Kərim Babayevi İnterpola verdilər - YA AZƏRBAYCANDA, YA TÜRKİYƏDƏ GİZLƏNİR...
Müəllimlər üçün test tapşırıqlarının çətinliyi ilə bağlı narazılıqlara REAKSİYA
Beyləqan ATS qazidən 182 manat tələb edir - GİLEY