Siyasi partiyalarınYAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir.

Tarix:8-03-2021, 12:26 Baxış Sayı:102 Kateqoriya:gundem / musahibe / cemiyyet

Siyasi partiyalarınYAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir.


Hər zaman demokratik prinsiplərə sadiqlik nümayiş etdirən Azərbaycan dövləti özünün hüqüqi dövlət quruculuğu prosesində məhz demokratik elementlərə istinad etməkdədir. Bunun nəticəsidir ki, müasir inkişafının yeni mərhələsini yaşayan ölkəmizdə siyasi plüralizm, söz və fikir azadlığı hökm sürməkdədir. Ötən ilin fevralından başlayaraq ölkəmizdə yaranan yeni siyasi konfiqurasiya isə siyasi münasibətlər sistemində dialoq mühitinin daha da yüksəldilməsində əsaslı rol oynayıb. Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxış edən Prezident İlham Əliyev də bildirdi ki, ölkədəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb oldu. Qeyd edilməlidir ki, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul etməsi də dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə təkan vermiş olacaqdır. Digər tərəfdən isə, bu, cəmiyyətin Yeni Azərbaycan Partiyasına olan hörmətinin və etimadının növbəti təcəssümüdür. Vurğulanmılıdır ki, "xalq partiyası" statusu qazanmış Yeni Azərbaycan Partiyası müasir dövlətçiliyimizin inkişafında əsaslı rol oynamışdır və 6 siyasi parityanın belə bir qərar verməsi həm də siyasi-ictimai təşkilatların, partiyaların iqtidarın, Yeni Azərbaycan Partiyasının Sədyri cənab İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinə müsbət münasibətinin göstəricisidir. Birmənalı qeyd edilməlidir ki, siyasi partiyalar sistemində müşahidə olunan bu kimi tendensiyalar YAP-ın gücündən və elektorat potensialından xəbər verir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamdan irəli gəlir.
Ümumiyyətlə, son dövrlərdə ölkəmizdə milli həmrəyliyin, siyasi birliyin güclənməsi, sağlam dialoq mühitinin inkişaf etdirilməsi partiyalararası münasibətlərin də inkişafına yeni rəng qatıb. Siyasi partiyaların dövlətin, xalqın milli maraqlarını hər şeydən üstün tutması, ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirməsi, möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətini dəstəkləməsi ölkəmizin qarşısındakı ən böyük problemin – ərazi bütövlüyümüzün təmin olunmasında, Vətən müharibəsində müzəffər qalibiyyətin əldə olunmasında əsaslı şərtə çevrilidi. Vətən müharibəsində qazanılmış Qələbə ölkəmizdə milli birliyi daha da gücləndirdi. Bu mənada, qarşılıqlı etimad mühitinin daha da güclənməsi ölkəmizin siyasi həyatında yeni demokratik məzmunlu presedentin yaranmasını da şərtləndirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük" fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Qeyd etmək gərəkir ki, məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaq.

Tahir Yusifov
Salyan Suvarma Sistemləri idarəsinin rəisi

SON XƏBƏRLƏR
"Xəritəyə də baxanda görürük ki, Xocalıya ən yaxın yol Ağdamdan keçir" - deputat
Ötən ay atasından, bu ay isə özündən şikayət olunan deputat kimdir? - DOSYE
Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR? - AKTUAL
“Rusiya və Qərb Ermənistanda toqquşacaq, bunun ərəfəsindəyik” - GƏLİŞMƏ
Azərbaycanda benzin BAHALAŞDI - Kasıbsansa, maşın sürmə...
"Taliban"a böyük şəhərləri ələ keçirmək hava və su kimi lazımdır - TƏHLİL
Toyda partiya sədrlərinin "COVID pasportu"nu yoxlayan olub? - Bir cibində nəmər, birində pasport...
Vergi dərəcələrinin aşağı salınması ilk növbədə kirayəçilərin xeyrinədir - ekspert
Rusiya bu dəfə “KARTOFLA VURDU” – Bunu “Pomidor zərbəsi”dən az ağrı ilə yaşamaq olarmı?
Monitorinq Mərkəzi Qarabağda nələr görür? - ƏGƏR GÖRÜRSƏ...
Qəbiristanlıq kül oldu - Şəhidin məzarı və türk bayrağı YANMADI (VİDEO)
"Ali təhsil mənəvi dəyər yaradan bir sərvətdir" - Ədalət Muradov
Bodrumdakı yanğını görməməzlikdən gəlib, fotosunu paylaşdı
"Qazi olmaqla deyil ki..." - Videosu yayılan baş həkimdən AÇIQLAMA
Rus sülhməramlıları erməni keşişlərini Amarasa gətirdi
Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA
Eldəniz Səlimovu hansı cəza gözləyir? – Mandatın ləğvi, həbs...
Deputat döydüyü polisi əvvəlcə "RAZBORKA”YA çağırıb... - VİDEO
Ordumuz Xocavənddə 19 erməni əsgərini mühasirəyə salaraq, məhv edib? - İDDİA
"Arka sokaklar"ın aktyorunu Eynşteynə bənzətdilər - FOTO
Meşələri qəsdən yandıran şəxslər zirehli polis maşını ilə aparıldı
Süveyş kanalını bağlayan "Ever Green" gəmisindən XƏBƏR VAR
5 540 şəhid ailəsi üzvünə vəsiqələr verildi
Azərbaycanda deputat sərxoş olub polisə hücum etdi
Prezidentdən 600 min manatlıq SƏRƏNCAM
“Tərtər İstirahət Mərkəzi”nin sahibinə cinayət işi AÇILDI
"Dedi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?" - Əməkdar artist
Kərim Babayevi İnterpola verdilər - YA AZƏRBAYCANDA, YA TÜRKİYƏDƏ GİZLƏNİR...
Müəllimlər üçün test tapşırıqlarının çətinliyi ilə bağlı narazılıqlara REAKSİYA
Beyləqan ATS qazidən 182 manat tələb edir - GİLEY