Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri cənab İlham Əliyevin 59 yaşı tamam olur.

Tarix:25-12-2020, 07:59 Baxış Sayı:216 Kateqoriya:gundem / cemiyyet

Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri cənab İlham Əliyevin 59 yaşı tamam olur.

Doğum günü münasibətilə Möhtərəm cənab Prezidentimizi ürəkdən təbrik edirəm, ölkə başçımıza uzun ömür, möhkəm can sağlığı, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsinə yönəlmiş şərəfli və məsuliyyətli fəaliyyətində davamlı uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram.
Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət uğurla davam etdirilmiş, ölkəmiz surətlə inkişaf etmiş, xalqın rifahı daha da yüksəlmiş, Respublikamız regionda lider dövlətə çevrilmişdir. Həmin dövrdə enerji strategiyası gerçəkləşdirilmiş, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə salınmış, Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi ilə bağlı 2050-ci ilə qədər yeni kontrakt imzalanmışdır. Azərbaycan qazının Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir ki, onlardan üçü - “Şahdəniz-2” qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Kəməri, TANAP yekunlaşmışdır. Qaz dəhlizin dördüncü layihəsi olan TAP isə yekunlaşmaq üzrədir.
Cənab Prezidentin təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üçün əhəmiyyətli işlər aparılmış, qeyri neft sektorunun inkişaf dinamikasının artırılması məqsədilə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye, azad ticarət zonaların yaradılması və digər sahələr təşviq edilmişdir.
Azərbaycanın əlverişli geo-siyasi məkanda yerləşməsindən məharətlə istifadə edən cənab Prezidentimiz, ölkəmizin regionda nəqliyyat qovşağına çevrilməsi istiqamətində mühüm işlər görmüşdür. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilmişdir. Yaxın gələcəkdə Cənub-Şimal dəmir yolunun da istismara verilməsi nəzərədə tutulur ki, bu nəqliyyat dəhlizi vasitəsilə Cənubi Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən Rusiya və Şimali Avropa ölkələrinə nəqli asanlaşdırılacaqdır. Bütün bunlarla yanaşı Azərbaycan Çinin təşəbbüsü olan Bir Kəmər Bir Yol meqa layihəsini də dəstəkləmişdir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar danılmaz faktdır. Ölkəmizin dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar ilə əlaqələri genişlənmiş və möhkəmləndirilmişdir. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT TŞ-nin 2012-2013-cü il üçün qeyri-daimi üzvlüyünə seçilməsi, eləcə də Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilməsi və ölkəmizin bu təşlilata sədrlik etməsi aparılan xarici siyasətin uğurunun bariz göstəricisidir.
Bu il Azərbaycan və bütövlükdə regionumuz üçün vacib sayılan hadisə baş vermişdir. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bu böyük qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq qızıl həriflərlə tarixin məhək daşına yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi.
Prezidentimizin ətrafında sıx birləşən xalqımız əmindir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü-gündən çiçəklənəcək, inkişaf edəcək, işğaldan azad olunan rayonlarımızda bərpa-quruculuq işləri aparılacaq və ölkəmiz dünyanın ən zəngin və inkişaf etmiş regionuna çevriləcəkdir.

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir