İranın qazancları əlindən çıxır - Molla rejiminin ƏNDİŞƏSİ...

Tarix:1-12-2020, 11:56 Baxış Sayı:107 Kateqoriya:gundem / cemiyyet

İranın qazancları əlindən çıxır - Molla rejiminin ƏNDİŞƏSİ...

Azərbaycan İran sərhədindəki bütün ərazilərinə tam nəzarət edir. Üstəlik, üçlü Bəyanata görə, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında Ermənistan üzərindən koridorun açılması da nəzərdə tutulur. “BBC”-nin paylaşdığı məqalədə İran tərəfinin bu dəhlizdən narahat olduğu iddia edilir. Media orqanının yazdığına görə, bunun səbəbi Azərbaycanla Naxçıvan arasında ticarətin 30 ildir İran üzərindən aparılmasıdır. Bunun sayəsində İran həm Azərbaycan üzərində siyasi təsirə sahib olur, həm də bu ticarətdən pul qazanırdı. Vurğulanıb ki, Türkiyə sərhədindən İran ərazisinə daxil olub Türkmənistan sərhədinədək gedən hər bir yük maşını 1800 kilometrlik yol üçün İrana 700-800 dollar məbləğində keçid haqqı ödəyirdi. Ermənistanda açılacaq dəhliz bu trafiki xeyli dərəcədə azalda bilər.

İranda yayımlanan mühafizəkar “Maşrek” veb saytına görə, dəhlizin İrana bir çox mənfi geosiyasi təsiri olacaq. “Maşrek” həmin təsirləri təhlil edib və bildirib ki, Azərbaycan İran üzərindən Naxçıvana göndərdiyi qazın 15 faizini tranzit haqqı qismində İrana ödəyirdi. Türkiyə ilə İran arasında 1996-cı ildə qaz satışına dair bir anlaşma imzalanmışdı. Həmin anlaşma əsasında Türkiyə illərdir İrandan bahalı qaz alırdı. Türkiyə İrana min kubmetr qaz üçün 490 dollar ödədiyi halda, Azərbaycan qazını 335 dollara ala bilər. Əgər bu koridor üzərindən Azərbaycandan Türkiyəyə bir qaz xətti çəkilərsə, İranın qaz gəlirindən itkisi böyük ola bilər.

İranın rəsmi İRNA agentliyi isə yazıb ki, Azərbaycanın İranla sərhəddə işğal altında olan yaşayış məntəqələrini geri qaytarması İranın şimalı ilə ticarətin artacağını ehtimal etməyə əsas verir. İran bu sərhəddə yeni gömrük qapıları açmağı düşünür: “İranın sərhədlərinin əhəmiyyəti Ermənistanda açılacaq kiçik bir dəhlizlə azaldıla bilməz. İranın bölgədəki fəal iştirakı həm İrana, həm də Azərbaycana daha çox fayda gətirə bilər”.

İddiaları “Şərq”ə dəyərləndirən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, Naxçıvana dəhlizin bərpası bir sıra problemlərin həllinə yardım edər. Politoloqun sözlərinə görə, ilk növbədə Azərbaycan Naxçıvanla əlaqə saxlamaqda 3-cü tərəfdən asılı olmayacaq. Bu baxımdan dəhlizin bərpası və fəaliyyəti iqtisadi baxımdan Azərbaycana faydalıdır:

“Heç şübhəsiz, bu məsələnin həllində başlıca amil təhlükəsizlikdir. Azərbaycana qarşı olan və çalışan xarici qüvvələr də dəhlizin təhlükəsizliyini təhdid edə bilər. Nəzərə alaq ki, bu dəhliz iqtisadi baxımdan Türkiyə ilə birbaşa əlaqələrin qurulması deməkdir. O zaman Gürcüstan da Azərbaycana minnət qoya və ya təbii qazın qiyməti, ixracatı məsələsində onu şantaj edə bilməz.

Türkiyənin də bu məsələdə maraqlı olduğu istisna edilmir. Bu baxımdan dəhlizin təhlüksizliyinə Türkiyəni sevməyənlər, ilk növbədə terrorçu PKK kimi qruplaşmalar və onların havadarları problem yarada bilər. Hələ keçmiş SSRİ dövründə bu yoldan Tehran-Moskva qatarı hərəkət edib. Sovet rəhbəri Stalin 1943-cü ildə Tehranda keçirilən konfransa bu yolla getmişdi”.

S.Soltan vurğulayıb ki, perspektivdə bu xətdən ən etibarlı quru yolu kimi Rusiya da istifadə edə bilər:

“İran işğal dövründə Naxçıvan bölgəsi, Türkiyə ilə Azərbaycan arasında vasitəçilik edir və bundan qazanırdı. Tehran bir sıra hallarda tranzit missiyasından öz siyasi maraqlarını təmin etmək üçün də istifadə edirdi.

Artıq İran bu siyasi alətindən məhrum olacaq. Uzun illərdir İran Astara-Astara dəmiryol xəttinin istismarında maraqlı olmayıb. Bu yol Yaxın və Orta Şərqi Rusiya və Avropa ilə yaxınlaşdırar.

Ona görə ehtimal etmək olar ki, öz əhəmiyyətini artırmaq üçün İran bu yolun istifadəsinə ciddi yanaşar. Bütün hallarda Zəngəzurdan keçən yol keçmiş əlaqələri bərpa və inkişaf etdirər. Bu yoldan İranın da faydalanma imkanları az deyil”.

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ