Baş Prokuror xarici ölkələrdəki həmkarlarına müraciət edib - SƏBƏB

Tarix:24-07-2020, 08:36 Baxış Sayı:169 Kateqoriya:gundem / cemiyyet

Baş Prokuror xarici ölkələrdəki həmkarlarına müraciət edib - SƏBƏB

Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilmişdir.

Bu barədə DİA.AZ-a Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru Vilyam Barr, Kaliforniya Ştatının Baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin Baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilmişdir.

Həmin müraciətlərdə qeyd edilmişdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına suni əngəllər törədir, habelə terrorçu siyasətinin təzahürü kimi bu ilin iyulun 12-də Azərbaycanla Ermənistanın sərhədində yerləşən Tovuzda təxribat törətmiş, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutmuşdur.

Eyni zamanda göstərilmişdir ki, iyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

Baş Prokuror diplomatik nümayəndələrimizin və həmsoydaşlarımızın təhlükəsizliklərinin təmin edilməsini xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirmişdir.

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ