Məktəbə qəbul qaydalarında dəyişiklik - Mənfi halların qarşısı alınacaq

Tarix:3-03-2017, 15:24 Baxış Sayı:314 Kateqoriya:gundem

Məktəbə qəbul qaydalarında dəyişiklik - Mənfi halların qarşısı alınacaq
Məktəbə qəbul qaydalarında dəyişiklik - Mənfi halların qarşısı alınacaq

Bununla bağlı bir neçə valideyn Milliirs.Az-a müraciət edərək narahatlıqlıqlarını bildiriblər.
Onların sözlərinə görə, müraciət etdiklərində bir neçə məktəbdə onlara deyiblər ki, məktəbə qəbulla bağlı yeni sistem yaradılacaq. "Əvvəl demişdilər ki, qəbul fevralın əvvəlində başlayacaq, sonra fevralın sonuna dedilər. İndi artıq martın əvvəlidir, amma hələ də xəbər yoxdur. Bu azmış kimi deyirlər ki, Təhsil Nazirliyi bu ildən birinci sinfə qəbulu yalnız yaşayış yerinə görə edəcək".
Valideynlərin narahatlığına aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən bildirdilər ki, məsələ ilə bağlı hələlik yenilik yoxdur, onlar da Təhsil Nazirliyindən xəbər gözləyirlər. Lakin yenilik olan kimi ictimaiyyətə dərhal məlumat veriləcək.
Milliirs.Az-ın Təhsil Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə isə, şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında qaydalarda, həqiqətən də, dəyişikliklər olacaq və qəbulun gecikməsinin səbəbi də məhz bununla bağlıdır. Bununla əlaqədar yaxın günlərdə ayrıca əmrin imzalanacağı və prosesə start veriləcəyi gözlənilir.
Mənbə yenilikləri tam açıqlamasa da, yeni sistemin məktəbə qəbulda şəffaflığın təmin olunmasına yönəldiyini, qəbul zamanı valideynlərin işinin xeyli yüngülləşdirəcəyini, valideyn-məktəb ünsiyyətini minimuma endirəcəyini, bununla da bir sıra neqativ halların və süründürməçiliyin qarşısını alacağını bildirib
Qeyd edilib ki, məktəbə qəbulla bağlı vahid elektron baza olacaq və valideynlər də övladlarının sənədlərini birbaşa elektron yolla təqdim edəcəklər. Valideyn internet vasitəsilə məktəbi seçəcək və sənədləri elektron qaydada yollayacaq. Hətta qəbul prosesində uşağın psixoloji durumu da məktəbdə yoxlanılmayacaq, uşağı əvvəlcə görüb onunla söhbət etməyi də heç kim tələb etməyəcək. Sadəcə bu barədə təqdim olunan müvafiq tibbi arayışa etibar olunacaq.
Ərazi məsələsinə gəlincə, təbii ki, üstünlük məktəbin yaxınlığında yaşayan uşaqlara veriləcək, amma digərlərinin də həmin məktəbə qəbulu üçün hər hansı məhdudiyyət olmayacaq. Bununla yanaşı, məktəblərin bir neçə kateqoriyaya bölünəcəyi də istisna edilmir.

Orta məktəblərə qəbul qaydalarındakı yeniliklərin bütövlükdə nədən ibarət olması böyük ehtimalla müvafiq əmrin imzalanmasından sonra ən qısa müddətdə ictimiayyətə açıqlanacaq.

SON XƏBƏRLƏR
"Xəritəyə də baxanda görürük ki, Xocalıya ən yaxın yol Ağdamdan keçir" - deputat
Ötən ay atasından, bu ay isə özündən şikayət olunan deputat kimdir? - DOSYE
Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR? - AKTUAL
“Rusiya və Qərb Ermənistanda toqquşacaq, bunun ərəfəsindəyik” - GƏLİŞMƏ
Azərbaycanda benzin BAHALAŞDI - Kasıbsansa, maşın sürmə...
"Taliban"a böyük şəhərləri ələ keçirmək hava və su kimi lazımdır - TƏHLİL
Toyda partiya sədrlərinin "COVID pasportu"nu yoxlayan olub? - Bir cibində nəmər, birində pasport...
Vergi dərəcələrinin aşağı salınması ilk növbədə kirayəçilərin xeyrinədir - ekspert
Rusiya bu dəfə “KARTOFLA VURDU” – Bunu “Pomidor zərbəsi”dən az ağrı ilə yaşamaq olarmı?
Monitorinq Mərkəzi Qarabağda nələr görür? - ƏGƏR GÖRÜRSƏ...
Qəbiristanlıq kül oldu - Şəhidin məzarı və türk bayrağı YANMADI (VİDEO)
"Ali təhsil mənəvi dəyər yaradan bir sərvətdir" - Ədalət Muradov
Bodrumdakı yanğını görməməzlikdən gəlib, fotosunu paylaşdı
"Qazi olmaqla deyil ki..." - Videosu yayılan baş həkimdən AÇIQLAMA
Rus sülhməramlıları erməni keşişlərini Amarasa gətirdi
Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA
Eldəniz Səlimovu hansı cəza gözləyir? – Mandatın ləğvi, həbs...
Deputat döydüyü polisi əvvəlcə "RAZBORKA”YA çağırıb... - VİDEO
Ordumuz Xocavənddə 19 erməni əsgərini mühasirəyə salaraq, məhv edib? - İDDİA
"Arka sokaklar"ın aktyorunu Eynşteynə bənzətdilər - FOTO
Meşələri qəsdən yandıran şəxslər zirehli polis maşını ilə aparıldı
Süveyş kanalını bağlayan "Ever Green" gəmisindən XƏBƏR VAR
5 540 şəhid ailəsi üzvünə vəsiqələr verildi
Azərbaycanda deputat sərxoş olub polisə hücum etdi
Prezidentdən 600 min manatlıq SƏRƏNCAM
“Tərtər İstirahət Mərkəzi”nin sahibinə cinayət işi AÇILDI
"Dedi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?" - Əməkdar artist
Kərim Babayevi İnterpola verdilər - YA AZƏRBAYCANDA, YA TÜRKİYƏDƏ GİZLƏNİR...
Müəllimlər üçün test tapşırıqlarının çətinliyi ilə bağlı narazılıqlara REAKSİYA
Beyləqan ATS qazidən 182 manat tələb edir - GİLEY