Ərzaq təhlükəsizliyi üçün: “Hökumət kəndə pul xərcləməlidir” - AKTUAL

Tarix:29-09-2022, 18:52 Baxış Sayı:47 Kateqoriya:cemiyyet

"Azərbaycan bankları üçün kənd təsərrüfatı subyektləri, onları maliyyələşdirmək maraqlı görünmür".

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyilə keçirilən “Aqrobiznes:yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirədə ASK-nın prezidenti Məmməd Musayev bildirib. "Odur ki, bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının işini genişləndirmək lazımdır. Fermerlərin inkişafında bu maliyyə qurumlarının fəaliyyətinə daha çox ehtiyac var. Bu sahədə qanunvericiliyin təkmilləşməsinə də ehtiyac duyulur",- deyən M.Musayevin sözlərinə görə, hazırda Azərbaycanda aqrar sektorun ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi 3,8 %, kənd təsərrüfatı məhsulları emalına ayrılan kreditlərin ümumi kredit qoyuluşunda payı isə 3,1 %-dir:

"Bu rəqəmlər göstərir ki, aqrar sektoru inkişaf etdirmək, onun ÜDM-dəki xüsusi çəkisini artırmaq, həm də bu sahəni kreditləşdirmək üçün böyük potensialımız var".

Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı xərclərinin 1 202,1 milyon manat olması nəzərdə tutulub ki, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,5% çoxdur. Qeyd edək ki, cari ildə dövlət büdcəsindən aqrar sektora vəsaitin, eləcə də fermerlərə müəyyən subsidiyaların ayrılmasına baxmayaraq, ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həllini gözləyən məsələlər var.

Əgər bu gün banklar üçün kənd təsərrüfatı subyektlərini maliyyələşdirmək maraqlı deyisə bu, həmin sahədə mövcud problemlərin olmasından xəbər verir.

Ərzaq təhlükəsizliyinin əsas tərkib hissəsi hesab edilən kənd təsərrüfatına banklar kredit vermirsə, çıxış yolu dövlət korporativ istehsal müəssisələrin yaradılmasıdırmı? Millirs.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, son illər ölkədə fermer təsərrüfatları, aqroparklar yaradıldı və dövlət şirkətlərinin yaradılması son 6-7 ildə özünü doğrultmur:

“Hesab edirəm ki, hökumət dövlət müəssisələri yaratmaqdansa, kənd təsərrüfatına əsaslı investisiya qoymalıdır ki, həmin investisadan yararlanaraq özəl sektora aid böyük fermer təəsrrüfatları yaransın. Bu gün banklar kənd təsərrüfatına ona görə kredit vermək istəmir, etibar etmir ki, onların rentabelli işi yoxdur. Gəlir əldə edə bilmirlər, tez-tez müflis olurlar, qanuni əsaslarla işlərini qurmayıblar. Digər tərəfdən, dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan vəsait çox azdır. Burada infrastruktur, institusional quruluşda ciddi islahatlara ehtiyac var. Hökumətin verdiyi vəsait gəlib fermerə çatmalı, digər tərəfdən vəsait artırılmaldıır. Yəni özəl sektor dirçəldilməlidir, bunun başqa yolu yoxdur”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə, bölgələrdə kiçik satış məntəqələrinin yaradılması kompleks tədbirlərinin içində nəzərdə tutula bilər:

“Ancaq ilk növbədə fermeri dəstəkləməliyik ki, bol məhsul istehsal edə bilsin. Bol məhsul istehsal etmək üçün kəndlinin əlində kapital olmalıdır. Aqrar sektorla bağlı güzəştlərə, ayrılan subsidiyalara gəldikdə isə korrupsiya şəbəkələri yaradılıb ki, subsidiya kimi yardımların çoxu gedib fermerə çatmır. Digər tərəfdən, səmərəsiz yardımlardır, struktur dəyişməlidir”.

SON XƏBƏRLƏR
Sülhməramlılara sərt xəbərdarlıq: "Ermənilərə verilən dərs bəs olmadı?" - İNCƏLƏMƏ...
Yeni Azərbaycan Partiyası saf amallar üzərində qurulmuş bir partiyadır.
Uşaq evində böyüyən şəhidin qardaşı Sənana 2-otaqlı ev verilə bilərmi? - AÇIQLAMA
Ərzaq təhlükəsizliyi üçün: “Hökumət kəndə pul xərcləməlidir” - AKTUAL
 "GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT
Paşinyanın NATO xülyası: Rusiya seyr edəcək? - Ekspert danışır
Azərbaycanda DSK sədri qəflətən vəfat edib
Rəhim Rəhimli vəfat etdi
Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır.
Xankəndi, Xocalı və Ağdərəni azad etməyin vaxtı yetişir - deputat
“İnnən belə Ermənistanla “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq çətin olacaq…” - NƏ ETMƏLİ?
MİDA-dan narazılıq artır: `Ayrı-seçkilik edilir` - BUNLARA XEYRİ YOXDUR...
Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER
İran xalqı bezib: üzdə sistemə sadiqlik, arxada azadlıq arzusu - NƏ BAŞ VERİR?
“Zəngəzur və Qazax tərəfdən kəndlərin çoxu bizə keçməlidir” - Paşinyanın xəritə oyunu...
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Roza Zərgərlinin Ərinin Gizli Yaşadığı XANIM GÖRÜN KİM İMİŞ – Hər Şey Üzə Çıxdı
Xalqımız öz haqq savaşında zəfər çalması ilə qalib xalq olduğunu dünyaya sübut etdi.
Xalq-iqtidar-ordu birliyi bu gün də öz möhkəmliyini qoruyub saxlayır
"Bizim regionda sülh bütün ölkələr üçün zəruridir" - İlham Əliyev
Azərbaycanda istehsal edilən maşınların sayı AÇIQLANDI
Tələbə olan şəhid övladlarına pul mükafatı verildi - FOTO
Düşmən tərəfindən basdırılmış minalar zərərsizləşdirildi - FOTO
Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...
Daha bir «tender çempionu» tapıldı: - «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?
Azərbaycanda ərzaq bahalaşacaq, bəs kasıblar nə etməlidir? - İqtisadçıdan vacib tövsiyələr
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR