Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi Azərbaycan Hərb Tarixi Muzeyi ilə birgə Hərbi İdaretmə İnstitutunun Hərb oyunlarıMərkəzində 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş “Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirib.
İki hissədən ibarət tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin rəsmi hissəsində Azərbaycan Hərb Tarixi Muzeyininrəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə “Xalqımızı Qalibiyyətə aparan Ordu” mövzusunda məruzə edib. Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivi rəngarəng proqramla çıxış edib. Sözləri və musiqisi: Şahin Musaoğluna aid “İgid əsgər” mahnısını Selcan Qarazadə, sözləri Cəlal Qurbanova, musiqisi Rauf Məmmədova məxsus “Yaşa Azərbacan” mahnısınıSəidə Orucova ifa edib, onları tarda Vətən müharibəsi qazisi Fərid Atazadə,kamançada Fərid Babayev müşayiət edib. Vətən müharibəsi Qazisi Məbud Əhmədovun ifasında“Qarabağ” mahnısı tamaşaçılara xüsusi ruh verib. Qabil Ədalətin “Ordu” şeirini Günel Babayeva səsləndirib. Kollektivin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.