Bakıda “Bir peşənin sirri” festivalı keçiriləcək. Bu haqda 23 iyun tarixində AZƏRTAC xəbər verib.
İçərişəhər Qoşa Qala meydanında iyulun 2-də “Bir peşənin sirri” festivalı təşkil olunacaq. Tədbirin məqsədi peşə təhsilinin əhatə dairəsinin daha da genişləndirilməsi, maraqlı tərəflərin bu prosesə cəlb olunmasıdır.
Festivala gələnləri peşə məktəblərinin tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Həmçinin tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyunlar və viktorinaların keçirilməsi nəzərdə tutulub.