Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib

Tarix:24-06-2022, 21:21 Baxış Sayı:66 Kateqoriya:cemiyyet

İyunun 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə kitabxana əməkdaşları, fəal oxucular, qazilər Kənan Bayramov, ehtiyatda olan polkovniklər Elşən Məhərrəmov, Ənvər Qarayev, şəhid Fəxri Qəribovun anası Mehparə Qəribova, Ay Media company-nin əməkdaşı Süsən Hüseynova iştirak ediblər.

İlk öncə Azərbbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Günay Süleymanova şanlı ordumuzun tarixi və bu günü, 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verib. O, bildirib ki, müstəqilliyi əbədi, dönməz olan Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer almaqla yanaşı, regionda sülhün, sabitliyin qorunmasında da mühüm rol oynayır.

Tədbir zamanı çıxış edən qazilərimiz ordumuzun qüdrəti, əsgərlərimizin cəsarəti haqqında danışıb, həmçinin döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirdə kitabxananın fəal oxucuları Zeynəb Cəfərli, Mələk Quliyeva, Mədinə Quluzadə və Məryəm Cəfərzadə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər və Silahlı Qüvvələr Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Kitabxana tərəfindən qazilərimizə kitablar hədiyyə edilib. Qazilərimiz tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə təşəkkürlərini bildiriblər.

SON XƏBƏRLƏR
Daha bir «tender çempionu» tapıldı: - «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?
“Siyahıda olmayan sənəd tələb edildi deyə, transfer hüququm məhdudlaşdı” - GİLEY
Coğrafiya İnstitutu Kəlbəcərdə baş vermiş təbiət hadisəsinə aydınlıq gətirib
Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR - Bir milyon manatlıq MAXİNASİYA
Kilosu 4 manata olan kolbasalar... - AQTA buna niyə göz yumur?
Zabuxdakı ermənilərdən yeni hoqqa: `Kənd alternativ dəhlizə salınsın!..` - BU NƏDİ BELƏ?
Həbs edilən `Broker Əbülfəs"in həyat yoldaşı ERMƏNİDİRMİ? - İddia var, inkar yoxdur...
"Mehdinin nökərləri" İrana müxalifdirsə... - GƏLİŞMƏ
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır - Diqqət!
Anzovun qəhrəman oğulları
Şuşada Bülbülün ev muzeyinin həyətində Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüşən mədəniyyət və incəsənət xadimləri təəssüratlarını bölüşüblər.
"Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb" - Konqresmen
Nazirin etiraz yaradan çıxışı: İstirahətsiz məktəb - BU NƏDİ BELƏ?
"Necə söz təxribatları olurdusa onu bir Allah bilir, bir də mən özüm"
"Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var" - Etibar Məmmədov
Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...
“Qarabağ ərazisində silahlı ermənilərin olması təxribat mənbəyidir” - Korotçenko
"Azərbaycan Ordusu təxribatın qarşısını alıb" - Prezident İlham Əliyev
"Arayış veriblər ki, guya camaatın bütün pulları ödənilib..." - Aldanmış əmanətçilər...
“ASCO Logistics” MMC-nin direktoru vəzifəsindən azad edilib - ƏMR
Laçın dəhlizində əməliyyat gedir? - MN rəsmisindən AÇIQLAMA
Azərbaycanda daha 512 nəfər COVID-19-a yoluxub, vəfat edən yoxdur
Goranboyda iki dəfə qaçırılan 17 yaşlı qızın valideynləri danışdı: - “Geri qayıtmaq istəmir”
Okeanın o tayından ifraz olunan təhlükəli QARABAĞ SSENARİSİ - Ağ Evin QARA FİKİRLƏRİ...
 Ermənistan itkin düşən hərbçimizi təhvil verdi - TƏFƏRRÜAT
“Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirəcək” - Başqa yolu YOXDUR!
İranın Cənubi Qafqaz PLANI... - Ekspert danışır
"Əksər partiyaların üzvləri işsizdir"
Ucarda yabanı halda bitmiş çətənə bitkiləri məhv edildi
Azərbaycanda yeni BOKT yaradılıb