Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Tarix:24-06-2022, 16:56 Baxış Sayı:66 Kateqoriya:cemiyyet

"Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində 21-23 iyun 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin rəhbərliyi ilə Balakən rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Sadiq Bəkirli, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib. Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Sadiq Bəkirli fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. S.Bəkirli qeyd edib ki, rayon ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.

Müşavirədə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Balakən rayon Polis şöbəsinin, rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 212 nəfər şəxsi heyəti və 41 ədəd texnikası cəlb edilib.

SON XƏBƏRLƏR
Daha bir «tender çempionu» tapıldı: - «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?
“Siyahıda olmayan sənəd tələb edildi deyə, transfer hüququm məhdudlaşdı” - GİLEY
Coğrafiya İnstitutu Kəlbəcərdə baş vermiş təbiət hadisəsinə aydınlıq gətirib
Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR - Bir milyon manatlıq MAXİNASİYA
Kilosu 4 manata olan kolbasalar... - AQTA buna niyə göz yumur?
Zabuxdakı ermənilərdən yeni hoqqa: `Kənd alternativ dəhlizə salınsın!..` - BU NƏDİ BELƏ?
Həbs edilən `Broker Əbülfəs"in həyat yoldaşı ERMƏNİDİRMİ? - İddia var, inkar yoxdur...
"Mehdinin nökərləri" İrana müxalifdirsə... - GƏLİŞMƏ
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır - Diqqət!
Anzovun qəhrəman oğulları
Şuşada Bülbülün ev muzeyinin həyətində Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüşən mədəniyyət və incəsənət xadimləri təəssüratlarını bölüşüblər.
"Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb" - Konqresmen
Nazirin etiraz yaradan çıxışı: İstirahətsiz məktəb - BU NƏDİ BELƏ?
"Necə söz təxribatları olurdusa onu bir Allah bilir, bir də mən özüm"
"Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var" - Etibar Məmmədov
Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...
“Qarabağ ərazisində silahlı ermənilərin olması təxribat mənbəyidir” - Korotçenko
"Azərbaycan Ordusu təxribatın qarşısını alıb" - Prezident İlham Əliyev
"Arayış veriblər ki, guya camaatın bütün pulları ödənilib..." - Aldanmış əmanətçilər...
“ASCO Logistics” MMC-nin direktoru vəzifəsindən azad edilib - ƏMR
Laçın dəhlizində əməliyyat gedir? - MN rəsmisindən AÇIQLAMA
Azərbaycanda daha 512 nəfər COVID-19-a yoluxub, vəfat edən yoxdur
Goranboyda iki dəfə qaçırılan 17 yaşlı qızın valideynləri danışdı: - “Geri qayıtmaq istəmir”
Okeanın o tayından ifraz olunan təhlükəli QARABAĞ SSENARİSİ - Ağ Evin QARA FİKİRLƏRİ...
 Ermənistan itkin düşən hərbçimizi təhvil verdi - TƏFƏRRÜAT
“Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirəcək” - Başqa yolu YOXDUR!
İranın Cənubi Qafqaz PLANI... - Ekspert danışır
"Əksər partiyaların üzvləri işsizdir"
Ucarda yabanı halda bitmiş çətənə bitkiləri məhv edildi
Azərbaycanda yeni BOKT yaradılıb