Akademik: Ulu Öndər öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, inkişafının təməlini qoydu

Tarix:14-06-2022, 05:52 Baxış Sayı:82 Kateqoriya:cemiyyet

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdən əvvəl AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova gənclərlə görüşüb, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətindən bəhs edib. Bu gün gənclərin ölkənin elmi, ictimai və digər sahələrində aparıcı qüvvə olduğunu vurğulayan akademik qeyd edib ki, AMEA-nın bir çox gənci xarici ölkələrin nüfuzlu universitetlərində, elm mərkəzlərində öz təhsil və elmi işlərini uğurla davam etdirir. Azərbaycan elmi sürətlə inkişaf edir, bu sahədə ciddi islahatlar aparılır, qabaqcıl texnologiyalar tətbiq olunur. Müasir dövrdə Azərbaycan elmi qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilir.

Sonda akademik İradə Hüseynova gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətinin stimullaşdırılması istiqamətində öz məsləhətlərini bölüşüb, gənclərə elmi və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.

Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə akademik İradə Hüseynova Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu günün əhəmiyyətindən bəhs edib. Bildirilib ki, ölkədə özbaşınalığın hökm sürdüyü, orduda vəziyyətin acınacaqlı olduğu bir zamanda, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət, xalqımızın yeganə ümid yeri Heydər Əliyev olub. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Lider problemlərin həlli üçün ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. Əminliklə demək olar ki, Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın hər bir sahəsində gənclər xüsusi şövq və sevgi ilə dövləti yüksək səviyyədə təmsil etməyin məsuliyyətini dərk edirlər.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova, Veteranlar Şurasının sədri İbrahim Əzizov isə bu tarixi hadisənin xalqımızın həyatında mühüm dönüş nöqtəsi olduğunu, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sosial-iqtisadi və siyasi inkişafın baş verdiyini vurğulayıblar.

Tədbirdə gənc alimlərin “Dövlətçilik tariximizin qızıl səhifəsi - Milli Qurtuluş Günü”, “Azərbaycan dövlətində uğurlu qadın siyasətinin həyata keçirilməsində Heydər Əliyevin rolu”, “Müstəqilliyin qurucusu, xalqının xilaskarı”, “Qurtuluşdan zəfərə gedən yol”, “Milli Qurtuluşdan müstəqil enerji siyasətinə doğru” və “Müasir gəncliyin mənəvi inkişafının başlanğıc tarixi” mövzularda məruzələri dinlənilib. Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları Fəxri xiyabanda müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və akademik Cəlal Əliyevin məzarını ziyarət ediblər.

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir