BDU-da 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş respublika elmi konfransı

Tarix:14-06-2022, 05:52 Baxış Sayı:71 Kateqoriya:cemiyyet

Bakı Dövlət Universitetində (BDU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Dahi şəxsiyyət və müdrik lider” adlı respublika elmi konfransı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları BDU-da Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Konfransın plenar iclasını giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, xalqların və dövlətlərin taleyində tarixi günlərin, yeni reallıqlar yaradan və inkişafa təkan verən ictimai-siyasi proseslərin olduqca böyük əhəmiyyəti var. Zaman keçdikcə fenomenal liderlərin, tarixi yaradan şəxsiyyətlərin ən çətin situasiyalardakı misilsiz rolları, qəbul etdikləri müdrik qərarların qüdrəti bir daha aydınlaşır.

Rektor 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, 1991-ci ildə xalqımız uzun illər arzusunda olduğu dövlət müstəqilliyini bərpa etsə də, təəssüf ki, qısa zaman kəsiyində müstəqilliyin itirilməsi sınağı ilə üz-üzə qaldı. Müstəqil Azərbaycan inkişaf və rifah əvəzinə günü-gündən tənəzzülə uğradı. Xalqımız vətəndaş qarşıdurmasına yuvarlandı. 1991-1992-ci illərdə hakimiyyətdə olan qüvvələr ölkə daxilində siyasi prosesləri tənzimləməyi bacarmır, respublikada sabitlik, əmin-amanlıq yaratmaq əvəzinə, səriştəsizlikləri ilə yaratdıqları böhranı daha da dərinləşdirirdilər. Belə bir dözülməz şəraitdə xalqımızı və ölkəmizi bu acınacaqlı vəziyyətdən yalnız fenomenal şəxsiyyət – ulu öndər Heydər Əliyev çıxara bilərdi. Qədirbilən xalqımız müdrik qərar verdi. Bu qərar dünyaya xilaskarlıq missiyası ilə gəlmiş ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya – ölkənin siyasi mərkəzinə dəvət edilməsi idi.

Rektor bildirib ki, 1993-cü ilin 9 iyununda xalqının təkidli tələbi ilə Bakıya dönən Heydər Əliyev mahiyyətcə, məzmunca yeni və daha parlaq bir tarixin yaradıcısı oldu. Bu dönüş, bu qayıdış bütün mənalarda milli qurtuluşumuz, nicatımız idi. Bu mənada ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildiyi 1993-cü ilin 15 iyun tarixinin Milli Qurtuluş Günü adlandırılması xalqımızın müdrik rəhbərinə verdiyi tarixi qiymət, öz sabahını müəyyənləşdirmək baxımından böyük tarixi qərardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan tarixinin dönüş nöqtəsi” adlandırdığı Milli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməli, məhək daşı oldu. 1997-ci ildən etibarən rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix ilk növbədə XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin xilası kimi olduqca böyük əhəmiyyət daşıyır. Məhz bu parlaq tarixdən sonra Ulu Öndərin yorulmaz səyləri nəticəsində dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olan ölkəmiz ardıcıl rifah və tərəqqi yoluna qədəm qoydu. Ulu Öndərin rəhbərliyi ilə qısa zaman ərzində aparılan siyasi-iqtisadi islahatlar, peşəkar ordu quruculuğu, bütün bunların fonunda yaranmış əmin-amanlıq, sabitlik, rifah xalqımızın sabaha olan ümidlərini artırdı. Onu müdrik və cəsarətli rəhbərinin ətrafında yumruq kimi birləşməyə sövq etdi. Eyni zamanda, xalqın inamından güc alan Ulu Öndər müstəqil Azərbaycan dövlətinin siyasi və hüquqi təsisatlarını, inkişaf strategiyasını müəyyənləşdirdi.

2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərimizin xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirdi. Ölkəmiz daha da qüdrətləndi, əsası Ulu Öndər tərəfindən qoyulan siyasi idarəçilik sistemi inkişaf etdirildi. Balanslaşdırılmış siyasət yürüdən dövlətimiz dayanıqlı və davamlı rifaha nail odu. Azərbaycanı günbəgün qüdrətləndirən Prezident İlham Əliyev apardığı siyasət nəticəsində Vətən müharibəsində qazanılan Zəfər ilə layiqli davamçısı olduğu Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirdi.

Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Kamilə Əliyeva çıxışında 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və ölkənin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd edib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır.

Konfransda Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Heydər Əliyev: 1969-1982-ci illər intibah dövrünün banisi, BDU-nun kafedra müdiri akademik Yaqub Mahmudov “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, BDU-nun kafedra müdiri professor İradə Hüseynova “Heydər Əliyev və Qafqazda sülh prosesi”, Tarix fakültəsinin II kurs magistrantı Sarışan Adışova “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələr ediblər.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir