Azərbaycan Tibb Universitetində Vətən müharibəsinin şəhid və qazilərinin ailə üzvləri üçün oftalmoloji aksiya keçirilib

Tarix:11-06-2022, 02:48 Baxış Sayı:25 Kateqoriya:cemiyyet

Azərbaycan Tibb Universiteti (ATU) ölkəmizdə tibb üzrə yeganə ali məktəb olmaqla yanaşı, cəmiyyətə xidmət istiqamətində təmənnasız fəaliyyəti ilə də yadda qalır. Həmin fəaliyyət çərçivəsində iyunun 10-da Vətən müharibəsinin şəhid və qazilərinin ailə üzvləri üçün növbəti humanitar aksiya keçirilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, universitetin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının dəstəyi ilə Tədris Cərrahiyyə Klinikasında şəhid və qazi ailələrinin üzvləri üçün oftalmoloji müayinə-müalicə aksiyası keçirilib. Aksiya zamanı xəstələrin laborator müayinələrindən tutmuş əməliyyat xərclərinə kimi lazım olan bütün vəsait universitet tərəfindən qarşılanıb.

Yüksəkixtisaslı həkim briqadasının iştirakı ilə keçirilən aksiyada 34 nəfər tam müayinə, xəstəlik aşkar olunduğu halda yerindəcə müalicə edilib. İyirmi altı şəxsə ambulator müalicə təyin edilib və uyğun eynəklər hədiyyə olunub. Onlara xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib.

Aksiya zamanı ehtiyacı olanlar üzərində göz əməliyyatları da icra olunub. Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun sözlərinə görə, Azərbaycanın müxtəlif regionlarından - Ağdam, Lənkəran, Lerik, Quba, Qax, Qazax və s. rayonlardan olan səkkiz nəfər üzərində əməliyyat həyata keçirilib: “Şəkərli diabet diaqnozu qoyulan iki nəfərə göz dibində arqon lazer fotokoaqulyasiyası icra edilib. Altı şəhidimizin anasının gözündə isə katarakta əməliyyatı aparılıb. Bütün əməliyyatlar uğurla başa çatıb, xəstələr lazımi dərman preparatları ilə təmin olunublar. Biz Vətən müharibəsi şəhidlərinin ailələrinə və iştirakçılarına qulluq etməyə daim hazırıq”.

Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə müəyyən təbəqələrdən olan vətəndaşlar üçün pulsuz göz əməliyyatlarının keçirilməsi ənənə halını alıb. Eləcə də hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar aksiyalar çərçivəsində aztəminatlı ailələrdən olan tələbələr üçün pulsuz göz əməliyyatları keçirilir.

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir