Şəhid ailələrinə ödəmə kartları evlərində verilib - FOTO

Tarix:1-02-2019, 15:25 Baxış Sayı:310 Kateqoriya:cemiyyet

Şəhid ailələrinə ödəmə kartları evlərində verilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam etdirilir.
Milliirs.az metbuat.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bank hesablarına birdəfəlik ödənişin köçürüldüyü vərəsələrdən ikisi – Bakının Suraxanı rayon sakini, şəhid anası Hüseynova Məryəm Əbdül qızı 84 yaşında və Şamaxı rayon sakini, şəhid atası Nuhov Cüməli Seyidəli oğlu 83 yaşındadır. Bu amil nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, onlara birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edilib.
Müvafiq bankın əməkdaşı hər iki şəhid valideyninə plastik kartları təqdim edib.
Qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu sosial siyasət şəhid ailələrinə dövlət qayğısının da mütəmadi olaraq artırılmasına səbəb olur. Dövlət başçısının müvafiq Fərmanları ilə 12 268 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi də bunun əyani təsdiqidir. İndiyədək onlardan 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və artıq 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib. Bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi cari il ərzində başa çatdırılacaq.
M.Hüseynova və C.Nuhov şəhid ailələrinə göstərilən yüksək qayğıya, şəhid vərəsələrinə humanist yanaşmanın təzahürü kimi onlara birdəfəlik ödəmənin verilməsinə, 30 yanvar 2019-cu il tarixli Fərmanla isə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılaraq 242 manatdan 300 manata çatdırılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib