“Milli adət-ənənələrimizi yaşadaq”

Tarix:29-03-2017, 21:42 Baxış Sayı:5 010 Kateqoriya:video

“Milli adət-ənənələrimizi yaşadaq”

“Milli adət-ənənələrimizi yaşadaq”
7 mart 2017-ci il tarixdə saat 12:00-da Azərbaycan Dillər Universitetində “Mili adət-ənənələrimizi yaşadaq” adlı musiqili-ədəbi tədbir keçirilmişdir. Tədbir Universitetin rektor əvəzi, professor Əfqan Abdullayevin tələbələrilə milli-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli adət-ənənələrə bağlılığın daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsi məqsədilə irəli sürdüyü “Milli adət-ənənələrimizi yaşadaq” təşəbbüsü ilə ayda 1 dəfə keçirilən tədbirlər silsiləsi çərçivəsində baş tutmuşdur. Tədbirdə xarici ölkələrin respublikamızdakı səfirliklərinin təmsilçiləri, ali təhsil müəssisələrinin rektorları, kütləvi informasiya vasitələrinin tanınmış nümayəndələri, eləcə də ADU-nun professor, müəllim və tələbə heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Universitetin rektor vəzifəsini icra edən, professor Əfqan Abdullayev açmışdır. O, milli gün ilə bağlılığın mahiyyətindən danışmış, hər ayın bir günündə universitet əməkdaşlarının və tələbələrinin könüllü sürətdə dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlmələrindən söhbət açmışdır. Ə.Abdullayev milli adət-ənənələrimizin qorunması baxımdan bu tipli tədbirlərin əhəmiyyətini qeyd etmişdir.Sonra universitetin həmkarlar təşkilatının sədri Əməkdar Mədəniyyət Xadimi Misgər Məmmədov da çıxış edərək milli adət-ənənələrimiz, soy-kökümüz haqqında fikirlərini bildirmiş, universitetdə çalışan xanımları, tələbə qızları 8 mart-beynəlxalq qadınlar günü münasibətilə təbrik etmişdir. ADU rəhbərliyi tərəfindən universitetin əmək fəaliyyətində fərqlənən xanım əməkdaşları 8 Mart-Beynəlxalq Qadınlar günü münasibəti ilə müxtəlif mükafatlara layiq görülmüşdülər. Universitetin rektor vəzifəsini icra edən professor Əfqan Abdullayev bütün iştirakçıları qarşıdan gələn Novruz ayramı münasibətilə təbrik edərək, onlara həyat və fəaliyyətlərində uğurlar arzulamışdır. Daha sonra tədbir bədii hissə ilə davam etdirilmişdir. Bayram əhval-ruhiyyəli bu konsertdə respublikamızın tanınmış xanəndələri, gənc müğənnilər çıxış etmişlər. Xalq artisti Nəzakət Teymurovanın, əməkdar artist Gülüstan Əliyevanın, Naxçıvanın əməkdar artisti Ehtiram Əliyevin, gənc müğənnilər, Vüsal Muradovun və başqalarının ifa etdikləri mahnı və təsniflər hərarətlə, alqışlarla qarşılanmışdır.

Rəşad Abbasov
Milliirs

SON XƏBƏRLƏR
Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər
"Sənəddə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bağlı birbaşa müddəa yoxdur"
Qazi adından istifadə edərən şəxs neft ərazisini zəbt edib - VİDEO
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazara bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub
Azərbaycan-NATO yaxınlığı kimlərdə QICIQ YARADIR?
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Həmin icra başçısına demək lazımdı ki, sənin adamlarının biri müharibəyə getməyib, ay əclaf"
Türkiyə hərbi bazalarına Kremldən mümkün cavab: - “Siyasi təzyiq, deportasiya, separatçıların fəallaşması...”
İbtidai sinif şagirdindən Makrona şok sual: - "Şillə necə idi?"
Nazirlik diplomları tanımır, məzunlar məhkəmə çəkişmələrində qalıblar - PROBLEM
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Petrosyan yol göstərdi: - ““Artsax” ideyasından imtina etmək lazımdır”
"Gitaranı passivləşməyə qoymuram" - Sərxan Sərxanla 69 yaşın müsahibəsi
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
Naxçıvanın həbsdə olan sabiq təhsil naziri AZADLIĞA BURAXILIB
Masallıda atmosferi çirkəndirən avtomobillərin sürücüləri cərimələnib
“Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir”
Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ - ƏMR
“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - AÇIQLAMA
"Diplomatiyamız və xarici siyasətimiz iflasa uğrayıb" - Erməni ekspert
Tərtər məhkəməsinin qarşısında arvadını öldürən şəxs müəllimdir, üç övladı var
Nazilə Səfərli saxlanılması xəbərindən danışdı: - "Xoşqədəmə minnətdaram"
"Paşinyanın, həm də Levon Ter-Petrosyanın tərəfdarları arasında regional əməkdaşlığa meyil edənlər çoxdur"
Bəzi qaraciyər, bağırsaq, qida borusu xəstəlikləri zamanı əlillik müddətsiz təyin olunacaq - Diqqət!
İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Kəlbəcərə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi
Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış edib
Qubada qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərə ağır cəza verildi - Cəmi 102 il
Tələbə kreditləri 20 il ərzində hissə-hissə qaytarılacaq - AÇIQLAMA