Azərbaycan Dillər Universiteti və Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Tarix:25-01-2019, 07:36 Baxış Sayı:245 Kateqoriya:tehsil

Azərbaycan Dillər Universiteti və Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb7
Yanvarın 24-də Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) arasında elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.

Ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokol ADU-nun rektoru akademik Kamal Abdulla və Aİİ-nin rektoru Ceyhun Məmmədov tərəfindən imzalanıb.

Protokolda hər iki ali təhsil müəssisəsi tərkibindəki mövcud fakültələr və kafedralar arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, layihələrin yerinə yetirilməsi, professor-müəllim heyəti, doktorantlar üçün təkmilləşdirmə kurslarının, sərgi və elmi konfransların təşkili, elmi araşdırmaların aparılması, təlim kurslarının keçirilməsi və seminarlar vermək məqsədi ilə universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi, tələbə mübadiləsi, doktorantura tələbələrinə elmi rəhbərliyin edilməsi, araşdırma işlərinin yerinə yetirilməsi üçün ədəbiyyat və kitabxana materiallarının təmin edilməsi nəzərdə tutulub.

Rektor K.Abdulla bildirib ki, ölkə universitetlərinin xarici universitetlərlə yanaşı, respublikada fəaliyyət göstərən təhsil müəssisələri ilə ciddi əlaqələr qurmasına böyük ehtiyac var. Rektor əlavə edib ki, Prezident İlham Əliyevin Aİİ-nin yaradılması təşəbbüsü Azərbaycan xalqının ziyalılığı, mənəviyyatı üçün çox ciddi addımdır. K. Abdulla yeni yaranmış təhsil ocağının öz məramına uyğun olaraq Azərbaycanda bir sıra xeyirli işlər görəcəyindən əmin olduğunu söyləyib: “İlahiyyat İnstitutunun yaranması xalqın qəlbində dinə təmiz münasibətin qorunub saxlanmasına işarədir. Təhsil naziri cənab Ceyhun Bayramov yerli universitetlərlə əlaqələrin qurulmasının vacibliyini dəfələrlə qeyd edib. İlahiyyat İnstitutu ilə əməkdaşlıq bu istiqamətdə atılan vacib addımlardan biridir”.

K.Abdulla C.Məmmədovun bilik və bacarığı nəticəsində İlahiyyat İnstitutunun fəaliyyətinin həddindən artıq uğurlu olacağına və dini-ruhani səviyyənin daha da kamilləşəcəyinə inandığını bildirib.

ADU-nun rektoru deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb, multikultural mühit elə bir inkişaf səviyyəsinə çatıb ki, ölkəmizdəki məzhəblərin nümayəndələri də bir-biri ilə son dərəcə isti və mehriban münasibətdədirlər.

Aİİ rektoru C.Məmmədov əməkdaşlıq təklifini qəbul etdiyinə görə ADU rəhbərliyinə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verən C.Məmmədov ölkənin digər təhsil müəssisələri ilə əlaqələrin qurulması istiqamətində təşəbbüs göstərdiklərini qeyd edib. C.Məmmədov ADU ilə Aİİ-nin əməkdaşlıq edəcəyi bir çox istiqamətlərin mövcudluğundan, böyük tarixə malik olan universitetin təcrübəsindən yararlanmağın faydalarından da söz açıb.
Azərbaycan Dillər Universiteti və Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb
İmzalanma mərasimindən sonra qonaqlar universitetlə tanış olublar.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda