Fərahim Sadıqov: "Azərbaycan muğamları"

Tarix:29-01-2017, 23:17 Baxış Sayı:434 Kateqoriya:tehsil

Fərahim Sadıqov: "Azərbaycan muğamları"



Muğam bizim hamımıza ilham verən və eyni zamanda ruhunu oxşayan ecazklar aləmdir. Bu hamımızın zənginliyi deməkdir.



Mehriban Əliyeva,
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,
YUNESKO və ISESKO-nun xoşməramlı səfiri, Millət Vəkili




...Muğam həmişə Azərbaycanın incisi olub. Azərbaycan xalqı muğamı həmişə sevib və qiymətləndirib. Bizim üçün muğam bir növ genetik koddur. O, dilimiz, incəsənətimiz və ədəbiyyatımızla yanaşı durur...



Leyla Əliyeva
Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin başçısı



Azərbaycan xalqı özünün yaratdığı bir neçə bənzərsiz milli-mənəvi dəyərlərilə dünya xalqlarından fərqlənir. Hansı ki, onlardan biri də muğamlardı. Muğamlarımız lirik, həzin, ürəyəyatımlı, zövq oxşayan, mədəni istirahət bəxş edən, düşündürən, bəzən şad əhval-rühiyyə, bəzən qəmqin-qəmqin ruh bəxş edən improviziyalı, simfonik poema xarakterli bir janrdır. Bu janrın ən böyük üstünlüklərindən biri məhz onun söz və musigi melodiyası tərəflərinin olmasından ibarətdir.
Təsəvvür edəndə ki, muğamın birinci tərəfində melodik fəlsəfə, ikinci tərəfində isə söz fəlsəfəsi yerləşir, düşünməmək olmur ki, milli-mənəvi dəyərlərimizin sən demə, bir yox, iki böyük dünyası varmış. Onun birinci böyük dünyası musigi melodiyalarından yəni muğamatdan, ikinci isə qəzəliyyatdan ibarətdir. Əbəs yerə demirlər ki, klassik şairlərimiz həmdə muğam şairləridir. Hansı ki, onların önündə Məhəmməd Füzuli və Əliağa Vahid dayanır. Əgər əl-Fərabi təxminən min il bundan əvvəl muğamatımızın böyük bir sisteminin nəzəri əsaslarını işləyərək cild-cild əsərlər yazmışdırsa, Səfiyyədin Urməvi ondan təxminən 300 il sonra muğamatlarımızı səma cisimləri, yəni planetlər gədər dəyərli hesab etmiş, onların adlarını ay, günəş və ulduzlarla adlandırmışdır. XX əsrdə isə Üzeyirbəy Hacıbəyli muğam operası yaratmışdır. Maraqlıdır ki, bu operanın bir müəllifi də azərbaycanın görkəmli şairi Məhəmməd Füzuli hesab olunur. Çünki Üzeyirbəy bu opera üçün poemanı secərkən böyük Füzuliyə istinad etmiş, onun əsərini seçmişdir.
XXI əsrin birinci onilliyində azərbaycan muğamatına göstərilən dövlət qayğısı onun millilik arenasını genişləndirərək ümumibəşəri səviyyəyə yüksəldmiş oldu. Şərq Xatunu Mehriban Əliyevanın "muğam möcüzə"si nəinki Şərqliləri, hətta Qərbliləridə təlatümə qətirdi. Muğamımız YUNESKO-da qızıl fonda daxil edildi. Bakıda inşa edilən "muğam evi"ndə Beynəlxalq muğam Festivalı keçirildi. Muğam aləmi adı altında keçirilən bu festivalda ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Özbəkistan, Mərakeş, İran, Misir, Hindistan kimi ölkələrin iştirak etməsi bu tədbirin sanbalından xəbər verir.

Milliirs.az saytıda təqdim olunan "Muğam" adlı kitabda muğamatlarımızın tarixi yaranma və təşəkkül tapma, formalaşma və təkmilləşmə mərhələlərini şərh etmiş onların etimoloji mənaları aydınlaşdırılmışdır. Hətta bu problemlə bağlı bir sıra mubahisəli məsələlərə də aydınlıq qətirilmişdir.
Kitabda həmçinin muğamatlarımızın tərbiyəvi əhəmiyyəti, pedaqoji, psixoloji əsasları barədə ilk dəfə olaraq məlumat verilmiş, muğam ünsiyyəti, muğam identifikasiyası barədə də fikir söylənilmişdir.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda