Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub

Tarix:12-07-2019, 10:00 Baxış Sayı:30 Kateqoriya:tehsil

Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunubİyulun 11-də Azərbaycan Dillər Universitetində (ADU) Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.
Rektorun ictimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov tələbələrin xarici dil biliklərinə yiyələnməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, universitetin rektoru, akademik Kamal Abdulla tələbələrin məhz bu istiqamətdə bilik və bacarıqlarının inkişafına xüsusi önəm verir. Bu kimi təlimlər davamlı olaraq həyata keçiriləcək, bundan sonra da tələbələrə yeni imkanlar yaradılacaqdır. Universitet rəhbərliyi tərəfindən hər zaman tələbə və müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində zəruri addımların atıldığı, bunun da həm müəllimlərin, həm tələbələrin imkanlarının genişləndirilməsində əhəmiyyətli dərəcədə rola malik olduğu vurğulanıb.
Rus dili kursunun təlimçisi, Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımova yaradılan şəraitə görə rəhbərliyə, təşkilatçılara təşəkkürünü bildirib, kursun tələbələr üçün əhəmiyyətindən danışıb. Universitet rəhbərliyi tərəfindən yaradılan şərait həm müəllimlərin, həm də tələbələrin öz üzərlərində işləməsi üçün əlverişlidir. Bu da nəticə etibarilə müəllim və tələbələrin mövcud bilik və bacarıqlarının inkişaf etdirilməsinə kömək edir.
Tələbə Həmkarlar Komitəsinin sədri Şahin Sərdarlı tələbələri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu edib. Tələbələrin dil imkanlarının geniş olması həm də onların karyera imkanlarına müsbət təsir edir. Təqdim olunacaq sertifikatların tələbələrin dil biliklərinin bundan sonra da artırılması yolunda mühüm əhəmiyyət kəsb olunacağı söylənilib.
Tədbir tələbələrə sertifikatların verilməsi ilə başa çatıb.
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub