Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb

Tarix:10-07-2019, 17:41 Baxış Sayı:35 Kateqoriya:tehsil

Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülübAzərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Yubiley medalı bu gün Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən Xalq yazıçısı Kamal Abdullaya təqdim olunub. ADU-nun rektoru medalın ona təqdim olunmasını rəhbərlik etdiyi universitetin kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib:

“Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda Azərbaycan Dillər Universitetinin kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezidentimiz İlham Əliyevə öz adımdan və kollektivimiz adından səmimi minnətdarlığımı bildirir, bu yüksək təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm”.

Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis edilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub