Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq

Tarix:10-07-2019, 17:16 Baxış Sayı:24 Kateqoriya:tehsil

Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaqAzərbaycan dili Serbiyanın ən böyük və qədim ali təhsil ocağı olan Belqrad Universitetində tədris olunacaq. Bu barədə Serbiyanın aparıcı mətbu orqanları məlumat yayıb. Həmin məlumatlarda qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın başçılıq etdiyi Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti iyunun 17-də Belqrad Universitetinin rəhbərliyi ilə görüşlər keçirib.

Həmin görüşlərdə Azərbaycan alimlərinin iştirakı ilə müştərək elmi layihələrin hazırlanması, professor müəllim heyəti üzvlərinin qarşılıqlı səfərləri barədə məsələlər müzakirə edilib.

Görüşlərdə qeyd olunub ki, bir müddət əvvəl Belqrad Universitetində Azərbaycan dilinin tədris olunması barədə müzakirələr aparılıb. Həmin müzakirələrin nəticəsi olaraq Azərbaycan dilinin bu universitetdə öyrənilməsi ilə bağlı razılıq əldə olunub. 2019-2020-ci tədris ilindən başlayaraq Belqrad Universitetinin filologiya fakültəsində tələbələrə keçiləcək Azərbaycan dili 200 ildən çox tarixi olan nüfuzlu ali məktəbdə akkreditasiyadan keçib.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və Azərbaycanın Serbiya Respublikasındakı Səfirliyinin birbaşa dəstəyi ilə 2018-ci il aprelin 26-da Belqrad Universitetinin filologiya fakültəsində Azərbaycan dili və mədəniyyəti mərkəzi təntənə ilə açılıb. Bunun qarışılığı olaraq mayın 21-də ADU-da Serb dili və mədəniyyəti mərkəzi istifadəyə verilib.

Mərkəzin açılışında Serbiya prezidenti Aleksandr Vuçiç iştirak edib. 2018-2019-cu tədris ilindən etibarən isə ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri Serb dilini xarici dil kimi öyrənirlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan dilini Serbiyada uzun müddət yaşayan professor Zərifə Əlizadə tədris edəcək.
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub