ADU professorunun yeni kitabı işıq üzü görüb

Tarix:10-07-2019, 09:07 Baxış Sayı:32 Kateqoriya:tehsil

ADU professorunun yeni kitabı işıq üzü görübAzərbaycan Dillər Universitetinin (ADU) professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Müasir ingilis, rus və Azərbaycan dillərinin müqayisəli tipologiyası” kitabı ingilis dilində Serbiyanın Belqrad şəhərində “Total Trade International” nəşriyyat tərəfindən işıq üzü görüb.

Kitabda qeyd olunub ki, müasir dünyada ingilis dili – qlobal dildir, rus dili ilə yanaşı beynəlxalq dildir, Azərbaycan dili isə ana və dövlət dili olduğundan belə monoqrafiyanın yazılması təsadüfi deyil. Çoxmədəniyyətli kommunikasiyanın intensiv inkişafı zamanında bir-birinə qohum olmayan dillərin effektiv öyrənilməsi ilə dilin bütün səviyyələrində araşdırılması bu gün də aktualdır.

Uzun illər ADU-nun tarixində Azərbaycan və rus bölmələrində “Müxtəlif sistemli dillərin müqayisəli tipologiyası” – əsas nəzəri fənn kimi üçüncü kursda tədris olunub. Boloniya təhsil sisteminə keçəndən sonra və hal-hazırda ADU-nun magistr pilləsində təhsil alan tələbələr üçün dərs vəsaiti seçmə fənn kimi nəzərdə tutulan “Müqayisəli tipologiya” fənnindən otuz mühazirənin toplusudur. Adı çəkilən dilləri öyrənmək və öz biliklərini yoxlamaq istəyənlər üçün yüz sualdan ibarət “Questions in Typology” da əlavə verilir.

Eyni zamanda, kitab ingilis, rus və Azərbaycan dillərinin müəllimləri, dilçi alimlər, doktorant-dissertantlar üçün də faydalı vəsait rolunu oynaya bilər.

Kitabın rəyçiləri filologiya elmlər doktoru, professor Əfqan Abdullayev, filologiya elmlər namizədi, professor Arif Hüseynov, filologiya elmlər doktoru, professor Azad Məmmədovdur.
ADU professorunun yeni kitabı işıq üzü görüb

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub