ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib

Tarix:9-07-2019, 17:22 Baxış Sayı:30 Kateqoriya:tehsil

ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edibAzərbaycanda Alman Dili Birliyinin (ABD) rəhbəri, Azərbaycan Dillər Universitetinin Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Gülənbər Pirnəzərova bu beynəlxalq təşkilatın Hallendə keçirilən qurultayında ölkəmizi təmsil edərək çıxış edib.

O, çıxışında qeyd edib ki, vaxtilə bütün dünyada olduğu kimi Azərbaycanda da alman dili birinci əsas xarici dil kimi keçirilməsinə baxmayaraq, artıq ingilis dilinə göstərilən maraq üstünlük təşkil edir. Buna baxmayaraq, ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ADU-da alman dilinin inkişafı üçün xeyli işlər görüb. Onun təşəbbüsü ilə ADU-da Germanistika İnstitutu yaradılıb. Almaniyada universitetlərlə əlaqə yaradılması istiqamətində müəyyən işlər görülüb. ADU-da Germanistika İnstitutunun direktoru xanım professor Hartmannın rəhbərliyi ilə bir çox tədbirlər keçirilir.

Gülənbər Pirnəzərova çıxışında əlavə edib ki, hər il ADB Alman dili gününə həsr olunmuş tədbir keçirir. O, Beynəlxalq Müəllimlər Birliyinin Azərbaycandakı sədri Lətifə Qurbanova ilə sıx əməkdaşlıq etməyə səy göstərir. Çünki hər iki Birliyin məqsədi alman dilinin inkişaf etdirilməsi, yayılmasıdır.

Çıxışda orta məktəblərdə və Azərbaycanın müxtəlif bölgələrində də Alman Dili Gününə həsr olunmuş tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Eyni zamanda Ştefani Matzer və Maraliza Gezerin də ADU-da bir çox seminarların və tədbirlərin təşkilindəki rolu xüsusilə vurğulanıb.

Qeyd edək ki, ADB Almaniyada 1997-ci ildə yaradılıb, dünyada təxminən 36.000 üzvü var.

Azərbaycanda isə ADB 2004-cü ildən yaradılıb, 400-dən çox üzvü var.
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub