Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb

Tarix:9-07-2019, 11:04 Baxış Sayı:26 Kateqoriya:tehsil

Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıbAzərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin-Huzhou Universitetinin tələbələri üçün Azərbaycan-Çin linqvistik-mədəni yay düşərgəsinin açılışı olub. Bu ilki ənənəvi hadisə “Bir kəmər – bir yol” – mədəni səyahət şüarı altında keçirilir.

Düşərgənin məqsədi xarici dillərin öyrənilməsi, Azərbaycan mədəniyyəti və ənənələri ilə tanışlıqla yanaşı, iki universitetin tələbələrini müxtəlif tədbirlərdə və müsabiqələrdə özünü sınamaq, yeni dostlar tapma imkanı ilə təmin etməkdir. Düşərgə iştirakçıları üçün Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyalar, eləcə də mədəni-əyləncəli tədbirlər təşkil olunur.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın Çin və Avropa arasındakı mühüm tranzit rolu və transxəzər beynəlxalq nəqliyyat marşrutunun yaradılmasından danışaraq, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən ADU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan və Çin universitetləri arasında əməkdaşlığın genişləndirilməsinin öz həmyaşıdlarına qədim zamanlardan bəri Çin ilə sıx bağlı olan Azərbaycanın qədim tarixi və mədəniyyəti haqqında məlumat verəcəklərinə ümidvar olduğunu bildirib.

Mərasimdə çıxış edən bir qrup Çinli tələbələrin rəhbərləri, Huzhou Universitetinin Rəssamlıq fakültəsinin katibi Qing Vey və müəllim Cheng Chenglin Azərbaycan və Çin arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya ölkəmizin nadir mədəni irsi ilə tanış olmaq imkanı verdiyinə görə minnətdarlığını bildirib.

Onlar həmçinin düşərgənin işinə, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə, ADU Konfutsi İnstitutu ilə ADU-nun ortağı olan Huzhou Universitetinin tələbə mübadiləsinə köməklik göstərəcəyinə ümid etdiyini bildiriblər.
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub