ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib

Tarix:5-07-2019, 15:18 Baxış Sayı:33 Kateqoriya:tehsil

ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilibİyulun 5-də Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyası ilə bağlı növbəti mediatur keçirilib.

ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib. İmtahan sessiyasının nəticəsi barədə məlumat verən universitet rəhbəri apelyasiyaya müraciət edən tələbələrin sayında azalmanın müşahidə olunduğu diqqətə çatdırıb. O, imtahanla bağlı statistika barədə də məlumat verib.

İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan akademik Kamal Abdulla imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması və hər bir imtahan otağında lüğət və proqramın qoyulduğunu sözlərinə əlavə edib. Rektor imtahanları tədris prosesinin davamı və komponenti kimi dəyərləndirib.

Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev ali məktəblərdə diskusiyaların böyük əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, imtahanlar nə qədər şəffaf və obyektiv keçirilirsə, birmənalı şəkildə tədris prosesinə də öz müsbət təsirini göstərir. Təhsil eksperti mətbuatda ADU haqqında neqativ halların çox az eşidildiyini vurğulayıb və bunu ADU-da son dövrlərdə aparılan islahatların müsbət nəticəsi kimi dəyərləndirib.

ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Əfqan Abdullayev universitetdə Keyfiyyətin təminatı və karyera mərkəzinin fəaliyyətindən söz açıb.

Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Sevinc Zeynalova ADU-nun Dil və tərcümə xidmətləri mərkəzinin fəaliyyətindən söz açıb, yenicə başa çatmış PETRA və NİZAMİ layihələrində ADU-nun çox fəal iştirak etdiyini bildirib.

Görüşdə məzunların əmək bazarının tələblərinə cavab verməsi ilə bağlı fikir mübadiləsi aparılıb və dillərin tədrisi ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Qeyd olunub ki, ADU rektorunun imzaladığı əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, imtahan nəzarətçiləri və fənn müəllimləri ilə hər bir imtahandan əvvəl müvafiq izahat işlərinin aparılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil edilməsi, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.

ADU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı da fəaliyyət göstərib.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və info@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub