Kitabxanada Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Tarix:27-02-2019, 09:45 Baxış Sayı:235 Kateqoriya:tehsil

Kitabxanada Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
Fevral ayının 26-da ADU-nun kitabxanasının Oxu zalında pedaqogika kafedrasının baş müəllimi Məhbubə Ələkbərova və təhsil fakültəsinin 211a və 211b qrup tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.

Kitabxananın müdiri Nuranə Qafarova, şöbə müdiri f.f.d., Zümrüd Qasımova, bölmə müdiri Güllüzar Məmmədova, Pedaqogika kafedrasının baş müəllimi Məhbubə Ələkbərova çıxış edərək söyləyiblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları SSRİ adlı imperiyanın şovinist rəhbərlərinin tabeliyindəki 4-cü ordunun 23-cü diviziyasının 366-cı alayının köməyi ilə Xocalıya hücuma keçdilər.

Şəhər yerlə-yeksan edildi, Xocalının yüzlərlə sakini güllələndi, əsir götürülən qız-gəlinlər, azyaşlı uşaqlar, qocalar, düşmənə qarşı son anadək qəhrəmanlıqla döyüşən oğullar amansız işgəncələrə məruz qaldılar. Xocalı şəhərində erməni vandalları tərəfindən törədilmiş cinayətlər nəinki burada görənləri sarsıtmışdı, eləcə də bu əməllər barədə eşidənləri belə dəhşətə gətirir. Ermənilərin törətdiyi Xocalı soyqırımı bir tərəfdən hərbi cinayətdirsə, digər tərəfdən dinc əhaliyə qarşı törədilmiş kütləvi terror aktıdır. Dövlətimizin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində apardığı geniş miqyaslı işləri xüsusi qeyd edən Nuranə Qafarova bununla dünya ictimaiyyətinin Xocalı soyqırımı və erməni vəhşilikləri haqqında əsl həqiqətləri biləcəyini və bununla bağlı öz kəskin mövqelərini bildirəcəklərini vurğulayıb.

Tələbələr Zivər Niyazova, Zeynəb Verdiyeva və Nərgiz Humaylı də öz növbəsində Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlərin həyata keçirildiyini söyləyiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında törədilən bu kütləvi qırğının amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu deyən tələbələr ölkəmizin ərazi bütövlüyünün hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmizlə bərpa ediləcəyinə inamlarını və bu faciənin təbliği istiqamətində əzmlə çalışacaqlarını bildiriblər.

Sonda erməni vandallarının Azərbaycanın qədim yaşayış məntəqəsi olan Xocalı şəhərində həyata keçirdikləri soyqırıma dair kitablar, fotoşəkillər və dövri mətbuat materialları ilə bağlı sərgilərlə tanış olublar.

SON XƏBƏRLƏR
Yevlaxda Şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirildi
Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb - TƏFƏRRÜAT
Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...
Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
Oksigen aparatına qoşulan Səyyad Əlizadə və xanımının SON DURUMU
"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev
"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY
Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq - Diqqət!
Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb
3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - Azərbaycanda ŞOK OLAY
Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: - Prokurorluq işə qarışdı
Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB
Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI
Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Təhsil Nazirliyindən AÇIQLAMA
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” - Politoloqdan sensasiyalı TƏKLİF
9 illik bazadan kolleclərə qeydiyyat başlayıb - Diqqət!
Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
“Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur” - ekspert
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - deputat
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorladı - İSTİNTAQ MATERİALLARI
"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 4 995-ə çatıb
“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”
Keçmiş hakimin yarım milyonluq dələduzluğu - Axundu da işə qatıb
Nikol və Anna Moskvaya qarşı: - Paşinyanın Tiflisdəki davranışına Rusiyanın cavabı olacaq
Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ