DİM: Adımızdan istifadə edən bəzi qruplar fəallaşıblar

Tarix:28-01-2019, 11:56 Baxış Sayı:211 Kateqoriya:tehsil

DİM: Adımızdan istifadə edən bəzi qruplar fəallaşıblar
Dövlət İmtahan Mərkəzi (DİM) intellektual mülkiyyətindən qanunsuz istifadə edilməsi barədə açıqlama yayıb.
Milliirs.az Report.az-a istinadən verilən məlumata görə, son vaxtlar sosial şəbəkələrdə DİM-in adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşıblar.
Onlar imtahana hazırlaşan abituriyentlərə və bakalavrlara elmi metodik kömək göstərmək məqsədilə DİM əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədi ilə istifadə edir, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar.
Məsələn, Facebook sosial şəbəkəsində fəaliyyət göstərən “İngilis dili müəllimləri üçün imtahana hazırlıq” adlı qapalı qrup DİM-in ingilis dili üzrə hazırlayıb internet saytında yerləşdirdiyi və kurikulum əsasında hazırlayıb çap etdiyi siniflər üzrə vəsaitdə verilmiş dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulmuş audioyazıları, hətta onların mətn versiyasını və onlar əsasında test tapşırıqlarını müəyyən ödəniş müqabilində (7 - 10 manata) qrup üzvlərinə satırlar.
“Facebook”da fəaliyyət göstərən “Salamzade’s English” adlı digər bir açıq qrupda isə Android platformalı telefonlar üçün “apk” formatlı mobil proqram yerləşdirilib, proqramda DİM-in intellektual mülkiyyəti olan materiallardan, o cümlədən DİM-in internet saytında pulsuz olaraq yerləşdirilmiş audioyazılardan DİM-in razılığı olmadan istifadə edilib.
DİM-in yoxlama-ölçmə materiallarını icazəsiz yayan internet saytlarından biri də www.xaricidil.com saytıdır. Burada da DİM-in razılığı olmadan ona məxsus materiallar yerləşdirilib.

Bəzi tədris mərkəzləri və kurslar isə buraxdıqları hazırlıq vəsaitlərində və keçirdikləri sınaq imtahanlarında DİM-in hazırladığı yoxlama-ölçmə materiallarından qanunsuz olaraq istifadə edir, eyni zamanda onları internet resursları vasitəsilə yayırlar.

Belə insanların nəzərinə bir daha çatdırılır ki, Dövlət İmtahan Mərkəzinin rəsmi razılığı olmadan onun hazırladığı yoxlama-ölçmə materiallarının, dərc etdiyi elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə vasitələrinin hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.

İmtahana hazırlaşan şəxslərə, onların valideynlərinə və müəllimlərinə isə tövsiyə edilir ki, hazırlıq zamanı Təhsil Nazirliyinin təsdiq etdiyi rəsmi dərsliklərdən və DİM-in imtahan iştirakçılarına elmi-metodik kömək məqsədi ilə hazırlayıb nəşr etdiyi rəsmi materiallardan istifadə etsinlər.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda