Tarixdə baş vermiş bəzi hadisələrin unudulması mümkünsüzdür

Tarix:16-06-2020, 10:35 Baxış Sayı:1 031 Kateqoriya:tarix

Tarixdə baş vermiş bəzi hadisələrin unudulması mümkünsüzdür


Tarixdə baş vermiş bəzi hadisələrin unudulması mümkünsüzdür. Bunlardan biri də 1918-ci ildə və tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu bildirib.

Tarixboyu Azərbaycan və Türkiyə türklərinin məruz qaldıqları soyqırımları yad etməyin bu hadisələrin təkrarlanmaması, dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılması baxımından hər birimizin borcu olduğunu vurğulayan dərnək sədri deyib: “Bu qanlı hadisələrdən biri də 1918-ci il martın 31-də baş verib. Həmin gün Azərbaycan türkləri tarixin ən qanlı hadisələrindən olan soyqırımına məruz qalıblar. Bu tarix yalnız Azərbaycanda deyil, bütün dünyada, eləcə də Türkiyədə rəsmi olaraq soyqırımı günü kimi anılmalıdır. Belə ki, bu qanlı hadisələri törədənlər də, buna məruz qalanlar da bəllidir”.

S.Qaraqoyunlu qeyd edib ki, türklər ermənilər tərəfindən törədilmiş bir çox qətliamları hər platformadan dünya ictimaiyyətinə çatdırmalıdırlar. Bunu törədənlər dünya ictimaiyyəti qarşısında cavab verməli, həyata keçirdikləri cinayətin cəzasını çəkməlidirlər. Ermənilər istər Azərbaycanda, istərsə də Anadoluda minlərlə günahsız insanı vəhşicəsinə qətlə yetiriblər. Bu hadisələrdən biri olan 31 mart soyqırımı günlərlə davam edib, insanlar diri-diri kütləvi şəkildə torpağa basdırılıb. Bu vəhşiliyin qarşısı Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana daxil olması və xalqın dəstəyi ilə alınıb. Bu hərbi müdaxilə Türkiyə-Azərbaycan qardaşlığının tarixinə qızıl hərflərlə yazılıb və bu qardaşlıq əlaqələrinin əbədiyyətə qədər davam etməsinin əsası olub.

Bu qırğınların “Sən türksən, ya erməni?” sualından sonra başladığını vurğulayan S.Qaraqoyunlu deyib: “Ermənilər tərəfindən türklərə qarşı beş böyük soyqırımı aktı törədilib. Bu soyqırımları 1905-1906, 1918-1920, 1948-1953, 1988-1989 və 1992-ci illərdə baş verib. Həmin tarixlərdə insanların etnik təmizləmə və zorakılığa məruz qalmaları bu yanaşmanı təsdiqləyir”.

1918 və 1992-ci illər arasında baş vermiş faciəli hadisələrin türk millətinin yaddaşında əbədi qalacağını deyən S.Qaraqoyunlu bildirib: “Birinci Dünya müharibəsi və 1917-ci ildə çar Rusiyasındakı fevral və oktyabr inqilabları ilə əlaqədar beynəlxalq aləmdə yaranan xaos ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətlərini davam etdirmələri üçün fürsət olub. Bununla da 1918-ci ilin martından etibarən bolşevik inqilabını qurmaq istəyənlər Azərbaycan ərazisində qırğınlar törədiblər. 1918-ci il mart ayının son üç günündə bu qanlı hadisələr ən yüksək həddə çatıb və həmin müddətdə yalnız Bakıda 30 min günahsız insan vəhşicəsinə qətlə yetirilib. Bakı ilə yanaşı, Azərbaycanın Şamaxı, Quba və digər şəhərlərində də törədilmiş bu qırğınlar zamanı, ümumilikdə, 120 minə yaxın insan öldürülüb”.

Yaxın vaxtlarda Qubadakı kütləvi qəbirləri ziyarət etdiyini xatırladan dərnək sədri deyib: “Orada gördüyüm mənzərə qarşısında deməyə söz tapmadım. Soyqırımı iddialarını inkar edənlərin oranı ziyarət etmələri mütləqdir. Bu müsibətlər o dövrdə yalnız Azərbaycanda deyil, Türkiyənin İğdır, Qars, Ərdahan, Ərzurum və digər şəhərlərində də törədilib. Bu soyqırımları zamanı vəhşicəsinə qətlə yetirilən bacı və qardaşlarımızı sonsuz ehtiramla yad etmək hər birimizin borcudur”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

SON XƏBƏRLƏR
Baş nazirin istefası tələb edilir - İsraildə
Moskvada daha 29 nəfər koronavirusdan öldü
Sabah 35 dərəcə isti olacaq
Niyazi Bayramov vətəndaşlarla onlayn görüş keçirib
Xatirə də əsgərlərimizə dəstək yürüşünə qatıldı: "Müharibəyə də gedərəm"
BDU-nun müəllimi vəfat etdi
General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub
Döyüşlər başlayandan Azərbaycana açıq dəstək verən QARDAŞ ÖLKƏLƏR - BUNU UNUTMARIQ!!!
Pandemiya Bakı sakinlərinin 44%-nin - Maddi Durumuna Təsir Edib
“Komandir də yatarmı, ay oğul?!” - İlqar Mirzəyevin anası ÜRƏKLƏRİ DAĞLADI
İnam Kərimov bu sahəyə diqqət ayırmalıdır - Cəmiyyət sədri həyəcan təbili çaldı
“Döyüş yoldaşlarımızın yanına qayıtmaq istəyirik” - Yaralanan əsgərlər
Qonşu ölkədən Azərbaycana həkimlər gələcək
Qonşu ölkədə koronavirusa yoluxanların sayı mini ötdü
General Polad Həşimov və polkovnik dəfn olundu
Azərbaycanda rayonlar üzrə koronavirusa yoluxma faizi AÇIQLANDI
Zibillikdən toplanan maskalar yenidən satılır - İranda
"Semaşko"nun direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Ukraynalı deputatlardan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BƏYANAT
ABŞ-da bir gündə 400 nəfər koronavirusdan öldü
Qondarma Kosovonun prezidenti beynəlxalq tribunalda ifadə verdi
“Minsk Qrupunun bir üzvü yanımızda oldu” - Xəzər İbrahim
ÇAĞIRIŞ : Zəfər üçün birləşək! – Nicat Həsənzadə
Abşeron rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib
Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib
Sabirabadda tüfənglə qonşusunu güllələyən şəxs saxlanıldı
Nişanlı olan şəhid Elçinlə vida mərasimi keçirildi
SAVAŞ QAPIDADIR!!! - ƏMR VERİLƏCƏK!!!
Şəhidlərimizin qanı yerdə qalmayacaq - Azərbaycan Müdafiə Nazirliyi
Aktrisanın itkin düşdüyü göldən meyit tapıldı