Azərbaycanda Startap olmaq asandır!

Tarix:22-01-2017, 13:41 Baxış Sayı:345 Kateqoriya:tarix / cemiyyet / tehsil

Azərbaycanda Startap olmaq asandır!


Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb. Yanvarın 18-də Mərkəz rəhbərliyi ilə Barama startapları arasında görüş keçirilib. Görüşdə eyni zamanda 30-a yaxın gənc startapçı iştirak edib. Görüş zamanı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələr və mərkəz nəzdində fəaliyyət göstərən azexport.az portalı barədə müzakirələr aparılıb. Ölkədə biznesin inkişafına dəstək məqsədilə yaradılan azexport.az portalının rəhbəri Zaur Qardaşov startapçılara portalın məqsədi və imkanları barədə danışıb, gənc sahibkarlarlın suallarını cavablayıb. İştirakçılara həmçinin azexport.az portalının texniki xarakteristikası və oraya məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov son illər Azərbaycanda startup sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra uğurlu layihələrin həyata keçirildiyini qeyd edərək bildirib ki, Azexport.az portalının ixrac imkanları geniş olduğu üçün bura xidmət və məhsulların əlavə edilməsi yeni imkanlar yaradacaq. Həmçinin portalla əməkdaşlıq ölkədə İKT sektorunda investisiya mühitininin yaxşılaşdırılmasına ən yaxşı İnternet və İT layihələrin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım edəcək. Bu da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Azərbaycan gənclərinin xaricdə tanınması üçün əlavə şərait deməkdir.

Şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya da öz növbəsində qeyri-neft sektorunun inkişafının vacibliyini və ölkəmizdə bunun üçün hər bir şəraitin olduğunu vurğulayıb. Azercellin gəncləri sahibkarliq və peşəkar inkişaf yolunda daima dəstəklədiyini qeyd edərək, onları təqdim olunmuş imkanlardan yararlanmağa çağırıb.

Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və “Startup”ları dəstəkləyərək onların şirkət kimi formalaşmasına kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, hal-hazırda fəaliyyətdə olan 10-dan çox uğurlu şirkət yaranıb.



Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda