Həkim Günel İsmayılova: Koronavirusla mübarizədə tibbi maskalardan istifadə və sosial məsafənin gözlənilməsi vacib şərtdir

Tarix:16-06-2020, 10:42 Baxış Sayı:1 068 Kateqoriya:sehiyye

Həkim Günel İsmayılova: Koronavirusla mübarizədə tibbi maskalardan istifadə və sosial məsafənin gözlənilməsi vacib şərtdir


“Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri iyunun 9-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılmış modul tipli xəstəxana komplekslərinin açılışı zamanı həkim kollektivi ilə görüşündəki çıxışında söyləyib. Dövlətimizin başçısı həmişə olduğu kimi, yenə də nümunə göstərdi. Dünyanı bürümüş koronavirus təhlükəsinin ölkəmizdə də yayıldığı bir vaxtda tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etmək vacibdir. Bununla həm özümüzü, həm də ətrafdakıları qorumuş olarıq.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Günel İsmayılova bildirib.

Günel İsmayılova qeyd edib ki, koronavirus pandemiyasının daha ağır fəsadlar törətməsinin qarşısının alınmasında modul tipli xəstəxanalar olduqca mühüm əhəmiyyət kəsb edir. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə, 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir. Belə xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Bütün bunlarda əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir. Məlum olduğu kimi, modul tipli birinci xəstəxana mayın 7-də açılmışdı. Hazırda belə xəstəxanaların sayı dördə çatıb. Dövlətimizin başçısının tapşırığına əsasən, modul tipli xəstəxanaların sayı 10-a çatmalıdır. Bununla da koronavirusla bağlı mübarizədə imkanlarımız daha da genişlənəcək. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkəmizin koronavirusla mübarizəsini, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirir. Bunu ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevə ünvanladığı təşəkkür məktublarında da vurğulayıb. O, Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib və respublikamızı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirib. Baş direktor, eyni zamanda, Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezidentimizin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib. ÜST-nin Baş direktoru 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə COVID-19-la bağlı Türk Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşünün əməkdaşlığı daha da gücləndirdiyini və hər iki təşkilat arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Qoşulmama Hərəkatının videokonfrans formatında təşkil olunan Zirvə görüşünə toxunan T.A.Qebreyesus tədbirin çox uğurla keçirilməsinə görə Azərbaycan Prezidentini təbrik edib və bunu mükəmməl bir təşəbbüs adlandırıb. Eyni zamanda, Baş direktor COVID-19-un səbəb olduğu təhdidlərlə mübarizədə qlobal, regional və ölkə səviyyəsində ÜST-nin Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib. Ümumiyyətlə, Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması tədbirləri çərçivəsində “COVID-19 müraciəti” Fonduna 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı edib. Ümumdünya Səhiyyə Təşkilatı qrupu zəruri səhiyyə xidmətləri və iş davamlılığı, milli sınaq laboratoriyalarına nəzarət strategiyası, xəstəxanaların hazırlığı, infeksiyanın qarşısının alınması və bu prosesə nəzarət, zəruri dərman, diaqnostika və sağlamlıq üçün avadanlıqların olmasını təmin etmək, məlumatı paylaşmaq, riskləri minimuma endirmək üçün tövsiyə olunan tədbirlər barədə məsləhət vermək və digər istiqamətlər üzrə iş aparır. Qürurverici haldır ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığı davam etdirir və koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biridir.

“Faktlar da təsdiqləyir ki, dövlətimizin başçısı əhalinin sağlamlığının qorunması istiqamətində bütün imkanlardan istifadə edir. Son illər ərzində Azərbaycanın səhiyyə sistemində köklü islahatların aparılmasında, həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində də əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır. Son 16 ildə 750-dən çox səhiyyə ocağının tikilməsi və ya tam təmir olunması bu sahədə əsaslı dönüş yaradıb, biz həkimlərin məsuliyyətini daha da artırıb. Möhtərəm Prezidentimizin tapşırığına əsasən, hər il ölkəmizdə 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Dövlətimizin başçısı həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndirib. Bu sahədə çalışan həkimlərimizin, demək olar ki, gecəsi-gündüzü yoxdur. Onlar aylarla evlərinə, ailələrinə baş çəkə bilmir, xəstəxanalarda qalırlar. Bütün bunlar ölkə Prezidentinin diqqətindən yayınmır. Dövlətimizin başçısı çıxışlarında həkimlərin fədakarlığını yüksək qiymətləndirib. Eləcə də koronavirusla mübarizədə iştirak edən həkimlərin aylıq məvacibləri artırılıb. Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında möhtərəm Prezidentimizin çıxışından bir məqamı xatırlatmaq yerinə düşərdi: “Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”, - deyə ATU-nun həkimi bildirib.

Günel İsmayılova vurğulayıb ki, hər bir vətəndaş gigiyenik qaydalara ciddi riayət etməli, tibbi maskalardan, digər qoruyucu vasitələrdən istifadəni unutmamalıdır. Bütün bunlar hər birimizin sağlamlığı üçün çox vacibdir. Qısa müddətdə ölkəmizdə tibbi maska istehsal edən fabrik və sex quraşdırıldı. Hazırda bütün apteklərdə kifayət qədər tibbi maska var. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da koronavirusla bağlı əhaliyə müraciətində bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb. Birinci xanım əminliklə bildirib ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Hər birimizin qarşısında bir tələb var: Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, gigiyenik qaydalara riayət etmək, məsafə saxlamaq və qapalı şəraitdə tibbi maskadan və digər qoruyucu vasitələrdən yararlanmaq. Koronavirus pandemiyasından qorunmaq üçün tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə, sosial məsafənin gözlənilməsi vacib şərtdir. Ona görə də hər kəs maksimum məsuliyyət nümayiş etdirərək bu qaydalara ciddi əməl etməlidir və bu yolla biz koronavirusa qalib gəlməliyik.

SON XƏBƏRLƏR
Moskvada daha 29 nəfər koronavirusdan öldü
Sabah 35 dərəcə isti olacaq
Niyazi Bayramov vətəndaşlarla onlayn görüş keçirib
Xatirə də əsgərlərimizə dəstək yürüşünə qatıldı: "Müharibəyə də gedərəm"
BDU-nun müəllimi vəfat etdi
General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub
Döyüşlər başlayandan Azərbaycana açıq dəstək verən QARDAŞ ÖLKƏLƏR - BUNU UNUTMARIQ!!!
Pandemiya Bakı sakinlərinin 44%-nin - Maddi Durumuna Təsir Edib
“Komandir də yatarmı, ay oğul?!” - İlqar Mirzəyevin anası ÜRƏKLƏRİ DAĞLADI
İnam Kərimov bu sahəyə diqqət ayırmalıdır - Cəmiyyət sədri həyəcan təbili çaldı
“Döyüş yoldaşlarımızın yanına qayıtmaq istəyirik” - Yaralanan əsgərlər
Qonşu ölkədən Azərbaycana həkimlər gələcək
Qonşu ölkədə koronavirusa yoluxanların sayı mini ötdü
General Polad Həşimov və polkovnik dəfn olundu
Azərbaycanda rayonlar üzrə koronavirusa yoluxma faizi AÇIQLANDI
Zibillikdən toplanan maskalar yenidən satılır - İranda
"Semaşko"nun direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Ukraynalı deputatlardan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BƏYANAT
ABŞ-da bir gündə 400 nəfər koronavirusdan öldü
Qondarma Kosovonun prezidenti beynəlxalq tribunalda ifadə verdi
“Minsk Qrupunun bir üzvü yanımızda oldu” - Xəzər İbrahim
ÇAĞIRIŞ : Zəfər üçün birləşək! – Nicat Həsənzadə
Abşeron rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib
Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib
Sabirabadda tüfənglə qonşusunu güllələyən şəxs saxlanıldı
Nişanlı olan şəhid Elçinlə vida mərasimi keçirildi
SAVAŞ QAPIDADIR!!! - ƏMR VERİLƏCƏK!!!
Şəhidlərimizin qanı yerdə qalmayacaq - Azərbaycan Müdafiə Nazirliyi
Aktrisanın itkin düşdüyü göldən meyit tapıldı
UNEC-in Zaqatala filialında konfrans keçirildi