Qarabağda çəkilən filmin prodüserlərinə etiraz məktubu göndərilib

Tarix:5-01-2019, 13:05 Baxış Sayı:110 Kateqoriya:publisist

Qarabağda çəkilən filmin prodüserlərinə etiraz məktubu göndərilib
Milliirs.az reyting.az-n xəbər verir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal olunmuş ərazilərimizdə çəkilən “Gate to Heaven” adlı filmin prodüserlərinə etiraz məktubu ünvanlayıb.
Tural Gəncəliyev işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "Cənnətə aparan yol" filminin çəkilişində iştirak etdiklərinə görə Kestutis Drazdauskasa və Anqelika Şulerə göndərdiyi məktubunda yazır:
“Bu filmi "Cəhənnəmə aparan yol" kimi adlandırmaq daha doğru olardı, çünki çəkilişin aparıldığı ərazilər güc tətbiqi nəticəsində işğal edilmiş və tarixən orada yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi qovulmuşdur.
Siz, yəqin ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin, Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonun işğal edilməsindən xəbərdarsınız. Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlı əhalinin etnik təmizləməsini həyata keçirməsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hazırda Dağlıq Qarabağın azərbaycanlı icmasının 80 mindən çox üzvü 30 ildən çox müddət ərzində Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşamağa məcbur olmuşdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı adlanan kiçik bir şəhərin azərbaycanlı əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı faciəni, oxşarı olmayan qırğını xatırlatmaq kifayətdir ki, bir gecə ərzində - 1992-ci il fevralın 26-da 613 nəfər xüsusi qəddarlıqla öldürülmüş, onlaradan 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlılar idi. Bu faciə Xocalı soyqırımı kimi tanınmış və bu soyqırım barədə ətraflı məlumatları müxtəlif veb-səhifələrdən, o cümlədən http://www.karabakh.az/ səhifəsindən əldə etmək olar”
Tural Gəncəliyev
Qarabağda çəkilən filmin prodüserlərinə etiraz məktubu göndərilib
Məktubda xatırladılıb ki, BMT Təhlükəsizlik Şurasının (1993-cü il) qətnamələri Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu tələb ATƏT, NATO, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələri və qərarlarında təsdiqlənib: “Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması, işğal olunmuş torpaqlarımızda film çəkilməsi təşəbbüsü ilə bağlı dərin təəssüf hissi keçirir, bu addımın artıq erməni hərbi işğalı nəticəsində dağıdılan bölgədə separatizmi və irredentizmi dəstəkləyəcəyini düşünürük. Utandırıcı haldır ki, sizin iştirak etdiyiniz layihə Ermənistanın hərbi təcavüzü nəticəsində məcburən öz torpaqlarından qovulmuş minlərlə azərbaycanlının əsas insan hüquqlarının (öz vətənlərində yaşamaq hüququ, mülkiyyət hüququ və s.) kobud şəkildə pozulmasına məhəl qoymur. Əslində, qeyd olunan filmin çəkilişində iştirak etməklə siz Azərbaycan ərazilərinin işğalının möhkəmlənməsinə şüursuz şəkildə kömək etmiş olursunuz.

Biz münaqişənin tezliklə sülh yolu ilə həll olunması və Azərbaycanlı icmasının Dağlıq Qarabağ bölgəsinə ən qısa zamanda qayıdışına inanaraq sizi və bu təşəbbüsə qoşulan bütün şəxsləri Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı, separatizmin dəstəklənməsi və təşviq edilməsini dayandırmağa çağırırıq. Əksinə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının tarixən birgəyaşayışına dair filmlərin çəkilməsi ideyası regionda sülh, sabitlik, tərəqqi və davamlı inkişafa töhfə verə bilər.

Biz Dağlıq Qarabağ ərazisində hal-hazırda yaşayan insanların bu ərazilərdə baş vermiş ədalətsizliyi və qan töküldüyünü bildiyini və bəzilərinin buna şahid olmalarına rəğmən necə normal yaşadıqlarını həmişə sorğu edirik.

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub