Bakıdan Qubaya köçən 84 yaşlı aktyor: "Əbülfəs Qarayev deyib ki, Məcnun Hacıbəyovu tanımıram" - MÜSAHİBƏ - VİDEO

Tarix:4-07-2019, 12:23 Baxış Sayı:40 Kateqoriya:medeniyyet

Bakıdan Qubaya köçən 84 yaşlı aktyor: "Əbülfəs Qarayev deyib ki, Məcnun Hacıbəyovu tanımıram" - MÜSAHİBƏ - VİDEOAzərbaycanın Əməkdar artisti Məcnun Hacıbəyovun 84 yaşı var. O, 1935-ci ilin oktyabrın 5-də Quba rayonunun II Nügədi kəndində doğulub. 1965-ci ildə M.F.Axundov adına Bakı Teatr Məktəbinin bazasında Teatr İnstitutunun (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq fakültəsini bitirib.

M.Hacıbəyov “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” və s. film və tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Milliirs.az Report.az-a istinadən xəbər verir ki, Aktyor 60 il Bakıda yaşayıb-işlədikdən sonra Quba rayonuna köçüb. Hazırda Qubada yaşayır.

Məcnun Hacıbəyov müsahibə verib.

- Məcnun müəllim, necəsiniz?

- Belə də, günümü keçirirəm.

- Səhhətiniz necədir?

- Sağlamlığım normaldır. Bircə qulağım eşitmir. Bunun üçün eşitmə cihazından istifadə edirəm, amma yenə də zəif eşidirəm.

- Uzun müddət Bakıda yaşamısınız, indi burada darıxmırsınız?

- Xeyr, darıxmıram. Nəvələrim, uşaqlarım yanıma gəlir, burada yaxın qohumlarım da var. Ömrümün 60 ilini Bakıda yaşamışam, hərbi xidməti də Bakıda keçmişəm. Amma Quba mənim dünyaya göz açdığım yerdi, ata ocağımdı. Ona görə də darıxmıram.



- Bəs burada kiminlə yaşayırsınız?

- Tək yaşayıram, yoldaşım 19 il əvvəl rəhmətə gedib. Məişət işlərini də özüm görürəm. Qışda isə Bakıya, uşaqlarımın yanına gedirəm, bir neçə ay orada qalıram. Yaz gələn kimi öz yuvama qayıdıram.

- Kiminsə sizə dayaq olmağını istəyərdinizmi? Yəni həyat yoldaşınızı itirdikdən sonra yenidən ailə qurmaq barədə düşünmüsünüzmü?

- Bəli, bir neçə il əvvəl yenidən ailə qurmaq istəyirdim, ancaq tayımı tapa bilmədim. Övladlarım evlənməyimi istəyir, ancaq indi mən istəmirəm. Çünki hər yaşın öz dövrü, öz qanunları, öz gözəlliyi var.

- Məcnun müəllim, necə oldu ki, aktyorluq sənətini seçdiniz?

- Mən ilk dəfə Sumqayıtda işləyirdim, daha sonra Quba teatrında məni çox aşağı maaşla işə qəbul etdilər. Sonra 1965-ci ildə M.F.Axundov adına Bakı Teatr Məktəbinin bazasında Teatr İnstitutuna daxil oldum. “İmtahan” tamaşasında yaxşı oynadığım üçün, Tofiq Kazımov məni Akademik Milli Dram Teatrına işə qəbul etdi. 40 il orada işlədim. Daha sonra isə işdən çıxdım.



- Bəs teatrdan niyə getdiniz? Bu, yaşla əlaqədar idi, yoxsa, nəyəsə etiraz idi?

- İncidim.. Lev Tolstoyun bir əsərində qulluqçu Tolstoyun müəllimi Karla deyir ki, Tolstoyun atası onu Moskvaya oxumağa aparır, səni işdən qovacaqlar. O da fikirləşir və Tolstoyu yanına çağırıb deyir ki, gəl, imla yazacağıq. Müəllimi söyləyir ki, ”Həyatda olan qüsurların ən ağırı qədirbilməzlikdir” cümləsini yaz. Mən də qədrimin bilinmədiyini gördüm və üzüsulu uzaqlaşdım. Bir məsələni deyim ki, yaxşı ilə yamanın yeri bilinmir.

- Maddi çətinliyiniz vardı?

- Xeyir, mən Akademik Milli Dram Teatrında işləyəndə Prezident İlham Əliyevin tapşırığı ilə 1 il akademik maaş aldım. İndi pensiyaçıyam. Həm də Əməkdar artistəm, buna görə ayda 100 manat pul alıram.

- Həmin dövrdə olan həmkar dostlarınızdan sizi axtaranlar varmı?

- Xalq artisti İlham Əhmədov ilə ailəvi dost idik. Hər il yanıma gəlirdi. Gedib dağları gəzirdik. Qoca adamam kim axtarsın, kimə lazımam axı?



- Bəs siz kiminləsə əlaqə saxlayırsınız?

- Əlbəttə. Hacı İsmayılov, Əli Nur, Rafiq Əzimov, Elxan Quliyev mənim dostlarımdır. Həm yaxşı aktyor, həm də yaxşı insandırlar. Biz hər dəfə bayramlarda zəngləşir, hal-əhval tuturuq və bayramlaşırıq. Teatrdan məlumat almaq üçün həmişə Hacı İsmayılova zəng edirəm. O, da öz növbəsində mənə hər zaman hörmət nümayiş etdirib.

- Mədəniyyət Nazirliyindən sizinlə maraqlanan olurmu?

- Xeyr. Bir dəfə bir neçə deputat mənim barəmdə Mədəniyyət naziri Əbülfəs Qarayevə danışıblar. Əbülfəs Qarayev də məni tanımadığını deyib.

- Sizcə, buna səbəb nədir?

- Bəlkə də Əbülfəs Qarayev həmin dövrdə teatrın nə olduğunu bilmirmiş. Mən isə həmin dövrdə qocaman aktyorlarla işləmişəm. O, 1970-1980-ci illərdə cavan oğlan olub, bəlkə də heç teatrla maraqlanmırmış. Yəqin buna görə də məni tanımır.

- Son illərdə teatr və ya kinoya dəvət almısınızmı?

- Gəncədə film çəkilişinə dəvət etdilər, mən gələ bilməyəcəyimi dedim. Çünki yol uzaqdı, yaşlı adamam. Oğlum uzaq yerlərə getməyə mənə icazə vermir. İndi çəkilən filmlərə, ümumiyyətlə, televiziyaya az baxıram. Ancaq muğam müsabiqəsini və xəbərləri izləyirəm. Bir də futbola həvəsim var, çünki cavanlıqda futbolçu olmuşam.

- Məcnun müəllim, Xalq artisti adı almamağınızı necə qiymətləndirirsiniz?

- Verməyiblər, almamışam (gülür). Mən elə adamam ki, bu barədə heçnə deyə bilmərəm. Heç təəssüflənmirəm. Fəxri addır, Əməkdar artist olanda nə olur ki? Axı Xalq artisti olub nə edəcəksən? Küçədə gedəndə mənə rast gələn bütün adamlar məni Xalq artisti kimi tanıyırlar. Mən isə Xalq artisti olmadığımı onların nəzərinə çatdırıram. Təbii ki, ad alanlara görə də sevinirəm.

Bolqarıstanda hüquq işi ilə məşğul olan mütəxəssislər müşavirədə azərbaycanlı hüquq elmləri doktoru İlham Rəhimova xüsusi medal təqdim edirlər. O, bir məqaləsində belə bir hadisəni təsvir edir ki, Krımın hakimi orada şəxsiyyətlərə heykəllər qoyur. Camaat hakimdən soruşur ki, hamıya heykəl qoyulduğu halda bəs sənə niyə qoyulmur? O isə “Mənə elə bu söz bəsdir”,- deyə cavab verir. Mənə niyə Xalq artisti adı verilmədiyi ilə bağlı deyə bilərəm ki, deməli, mən buna layiqəm. Sadəcə olaraq vermirlər. Canları sağ olsun. Hər dəfə bu suallara cavab verməkdən o qədər yoruldum ki, sonda bunu atamın müharibədə əsir düşməsi ilə əlaqələndirdim. Guya buna görə mənə fəxri ad düşmür. Ondan sonra məndən əl çəkdilər (gülür) .

- Sizcə, ümumiyyətlə, fəxri adların əhəmiyyəti nə qədərdir?

- Adlar SSRİ-dən qalan bir şeydir və başqa ölkələrdə yoxdur. Yaponiyanın Xalq artisti, Kanadanın Əməkdar artisti. Görün necə qəribə səslənir. Bu, ancaq keçmiş SSRİ ölkələrindədir. İndi nağaraçı da, zurnaçı da Xalq artistidi, Arif Məlikov, Zeynəb Xanlarova da Xalq artistidir. Məlik Dadaşov deyirdi ki, filankəs də Xalq artistidir, mən də? Bu necə olur axı. Ən yaxşısı xalqın artisti olmaqdır.

- Canlandırdığınız rollardan özünüzü hansı obraza bənzədirsiniz?

- Yaddaşım zəifləyib deyə xatırlaya bilmirəm. Mən teatrdan gedəndə gözucu teatrın tamaşa siyahısına baxdım. Repertuarda 11 tamaşa var idi: Siyavuş Aslan, Yaşar Nuri teatrın aparıcı aktyorları idi. Siyavuş Aslan 3, Yaşar Nuri 4 tamaşada iştirak edirdi. Mən də aparıcı aktyor sayılırdım və 11 tamaşadan 8-də oynayırdım. Elə vaxt olub ki, mən roldan imtina etmişəm, çünki istirahət edə bilmirdim.



- Məcnun müəllim, ən sevdiyiniz obrazınız hansı olub?

- Bəzən aktyorlara bu sualı verəndə bütün rollarını sevdiyini deyirlər. Bu, təbii ki, yalandır. Aktyor bütün obrazları sevə bilməz. “Təhminə və Zaur” tamaşasında Cəbi rolunu çox həvəslə ifa edirdim. “Oqonyok” jurnalının redaktoru Mirzə İbrahimovun “Kişilərə İnanmayın” komediyasını tərcümə etmişdi. Əliağa Ağayev tamaşa üçün ona verilən roldan imtina etmişdi. O, Hökümə Qurbanova ilə oynaya bilmədiyini dedi və bundan sonra onun rolunu mənə verdilər. Sonradan jurnalın redaktoru yoldaşı ilə birlikdə Bakıya gəldi və tamaşaya baxdı. Hündürboy kişi idi, məni qucağına aldı, bütün səhnəni gəzdirdi, tamaşaçılar da əl çalırdı. Mən həyatımda bununla fəxr edirəm.

Həmin vaxt Moskvadan gələn tənqidçi qadın 7 tamaşamıza baxdıqdan sonra ümumi iclas etmişdi. Truppa müdiri ilə aram yox idi deyə məni qəsdən çağırmamışdı. Qadın məni bəyənmişdi. Həsənağa Turabov da deyib ki, Məcnunu tapın. Məni buna görə Amaliya Pənahova və Siyavuş Aslan təbrik etdi. Birgə çörək yediyimiz, dostluq etdiyimiz aktyorlar məni təbrik etmədilər. Həyatımda belə şeylər də olub. Amaliya rəhmətə gedəndə mən ağladım, elə indi də ağlayıram.. Sənətini çox sevirdi, insan da sənətə bu qədər bağlı olarmı?

- Nədən peşmansınız?

- Bu dünyanın işindən peşmanam. Məni bir şey maraqlandırır: Qaydasız oyunların nümayiş etdirildiyi xüsusi bir televiziya kanalı var. Bir-birini döyürlər, ağızlarından qan axır. Camaat da buna bilet alıb, baxır, alqışlayır. Deməli, camaat bundan həzz alır? Güclülər gücsüzləri hədələyir, bu, yaxşı hal deyil. Afrikalılar bir parça çörək üçün Avropaya qaçırlar. Avropalılar da etiraz edir ki, miqrantları ölkəyə buraxmayın. Olmazmı ki, bu dünya alimləri kosmosa uçmaq yerinə, birləşərək Afrikanın çöllərinə su çəksinlər və məhsul yetişdirsinlər? Dünyada nizamsızlıq var. Mən yaşlı adamam, bunları dünyada qoyub gedəcəyimə görə çox narahatam. Bir yalan danışmaq, bir də tamah yaşayırsa dünya düzələn deyil.

- Sonda əlavə dəcəyiniz nəsə varmı?

- Heç əlinə alma əsa,

Yetmişində batma yasa,

Kim 100 il yaşamasa,

Günah onun özündədir...

Ruhanə Mirzəyeva

Aydın Adıgözəlov

Foto-video Aydın Adıgözəlov
Bakıdan Qubaya köçən 84 yaşlı aktyor: "Əbülfəs Qarayev deyib ki, Məcnun Hacıbəyovu tanımıram" - MÜSAHİBƏ - VİDEO
Bakıdan Qubaya köçən 84 yaşlı aktyor: "Əbülfəs Qarayev deyib ki, Məcnun Hacıbəyovu tanımıram" - MÜSAHİBƏ - VİDEO
Bakıdan Qubaya köçən 84 yaşlı aktyor: "Əbülfəs Qarayev deyib ki, Məcnun Hacıbəyovu tanımıram" - MÜSAHİBƏ - VİDEO

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub