Rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi

Tarix:22-05-2019, 16:26 Baxış Sayı:306 Kateqoriya:incesenet

Rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirildiMilliirs.az azpress.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May- Respublika günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərcivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi yaş qrupları üzrə 12-17 yaş arası uşaqlar üçün 21 may 2019-cu il saat 16:00-da baş tutdu.Müsabiqəyə yaş kateqoriyası üzrə ümumilikdə 1065 uşaq əsər göndərmiş və ilkin seçimdə 12-17 yaş arası uşaqların 170 əsəri sərgiləndi.O cümlədən, “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş hər yaş kateqoriyasından 10 əsər, həmçinin “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər nümayiş olunmaq üçün dəvət olunmuşdur.O cümlədən, “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş hər yaş kateqoriyasından 10 əsər, həmçinin “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər nümayiş olunmaq üçün dəvət olunmuşdur.
Sərgilənən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq həmçinin müxtəlif təşkilatların nominasiyalar üzrə mükafatlandirildilar.
Müsabiqədə Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 Nömrəli UİM, Vəfa Art Studiya, 1Nömrəli UGİM, Sumqayıt Ə.Bakıxanov adına UİM, 108 nömrəli tam orta məktəb, Yeni Nəsil Tədris Mərkəzi, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, 1 saylı UİM, Şamaxı Şəhər Uşaq Rəssamlıq Məktəbi, Rəngli Duyğular Rəsm Studiyası, Şəki Şəhər Uşaq Rəssamlıq Məktəbi, Respublika UİM, Bilik Yolu Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.
1. Həmrəyliyə çağırış – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
2. Məktəb həyatı – Azərbaycan Respublikası Təhsil Nazirliyi
3. Dostluq mövzusu – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
4. Maraqlı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası
5. Vətənin tərənnümü – Xətai Rayon İcra Hakimiyyəti
6. Mövzu seçimi – Azərbaycan Rəssamlar İttifaqı
7. Rəng həlli – Xətai Sənət Mərkəzi
8. Vətənpərvərlik mövzusu – Naxçıvan MR Bakıdakı Nümayəndəliyi
9. Təbiət mövzusu – Az Tv
10. "Nəsimi İli"nə töhfə – Lider TV
11. Qəhrəmanlıq mövzusu – Yeni Gallery
12. Ən yaxşı kompozisiya həlli – Bakı gallery
13. Obraz təsviri –Sənətşünaslar birliyi
14. Ən yaxşı işıq və kölgə həlli – İncəsənət Kolleci
15. Əsərə çəkilmiş illüstrasiya – Şərq-Qərb Nəşriyyat Evi
Festival üçün hər yaş qrupu üzrə 15 əsər olmaqla ümumilikdə 30 əsər seçilərək və həmin əsərlərin müəllifləri festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq.
Mükafatlandırma fondu:
I yer – stol molbert və yağlı boya dəsti
II yer – molbert və akril dəsti
III yer – planşetli molbert və sulu boya dəsti
Həvəsləndirici mükafat 10 nəfər – yağlı boya dəsti
• Festivalın gündəliyi:
10.00 – Canlı şəkil çəkmək
11:30 – Furşet
12:00 – Muzeyə getmək
14:00 – Günorta yeməyi
15:30 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı
• Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda