AVRO-2020-nin bilet satışına başlanacağı tarix çempionata 500 gün qalmış açıqlanıb

Tarix:29-01-2019, 16:44 Baxış Sayı:280 Kateqoriya:idman

AVRO-2020-nin bilet satışına başlanacağı tarix çempionata 500 gün qalmış açıqlanıb
2020-ci il Avropa çempionatının final mərhələsinə bilet satışına iyunun 12-də başlanacaq.

Milliirs.az Report.az-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında çempionatın startına 500 gün qalmasına dair yerləşdirilmiş yazıda bildirilir. Nüfuzlu yarışın qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68700 nəfərlik arenada oyunlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda keçiriləcək.

Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək üçün turnirin bir və ya iki ölkədə keçirilməsi deyil, bütün qitəni əhatə etməklə genişləndirilməsi məqsədilə 2012-ci ildə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Həmin vaxt UEFA-nın baş katibi vəzifəsində çalışan hazırkı FIFA prezidenti Canni İnfantino bu qərarı belə şərh edib: “Bir ölkədə bir bayram əvəzinə, 2020-ci ilin yayında biz bütün Avropada bayram edəcəyik”.

2020-ci ildə Avropa Çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi oyunu və 1 play-off mərhələsi oyunu təşkil olunacaq. Avro 2020-nin final oyununu Londondakı Uembli Stadionu qəbul edəcək. AVRO-2020-nin seçmə mərhələsi 2019-cu ilin martından noyabrına qədər olan müddəti əhatə edəcək və növbəti mərhələyə 20 komanda yüksələcək. Digər 4 yeri play-off oyunları 2020-ci ilin martında keçirilməsi nəzərdə tutulan Millətlər Liqasından çıxacaq komandalar tutacaq.
UEFA üzvü olan 55 ölkənin hər birinin milli komandasının seçmə mərhələdə yarışmaq hüququ var və komandalar 10 qrupa bölünüb. 5 qrupda 5 komanda və 5 qrupda 6 komanda yer alıb və hər qrupdan ən yaxşı 2 komanda növbəti mərhələyə vəsiqə qazanacaq.Qeyd edək ki, Avropa çempionatının açılış oyunu iyunun 12-də İtaliyanın paytaxtı Romadakı "Olimpico" stadionunda olacaq.

SON XƏBƏRLƏR
Yevlaxda Şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirildi
Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb - TƏFƏRRÜAT
Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...
Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
Oksigen aparatına qoşulan Səyyad Əlizadə və xanımının SON DURUMU
"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev
"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY
Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq - Diqqət!
Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb
3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - Azərbaycanda ŞOK OLAY
Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: - Prokurorluq işə qarışdı
Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB
Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI
Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Təhsil Nazirliyindən AÇIQLAMA
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” - Politoloqdan sensasiyalı TƏKLİF
9 illik bazadan kolleclərə qeydiyyat başlayıb - Diqqət!
Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
“Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur” - ekspert
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - deputat
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorladı - İSTİNTAQ MATERİALLARI
"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 4 995-ə çatıb
“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”
Keçmiş hakimin yarım milyonluq dələduzluğu - Axundu da işə qatıb
Nikol və Anna Moskvaya qarşı: - Paşinyanın Tiflisdəki davranışına Rusiyanın cavabı olacaq
Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ