Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniya və Herseqovinada təcili tibbi yardım mərkəzinin yeni binası istifadəyə verilib

Tarix:11-09-2018, 12:33 Baxış Sayı:161 Kateqoriya:gundem

Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniya və Herseqovinada təcili tibbi yardım mərkəzinin yeni binası istifadəyə verilib
AzTv az. istinad
Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində sosial yönümlü layihələrin reallaşdırılması davam edir. Fondun dəstəyi ilə Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində inşa olunan Təcili Tibbi Yardım Mərkəzinin yeni binası istifadəyə verilib.

Azərbaycanın birinci vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xeyirxah əməlləri ilə seçilir. Fondun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində irimiqyaslı layihələr reallaşdırlır. Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan və istifadəyə verilən Təcili Tibbi Yardım Mərkəzinin yeni binası da görülən işlərdəndir. Binanın açılışında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov tədbir iştirakçılarına Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırdı. Qeyd etdi ki, Heydər Əliyev Fondu Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində təhsil, mədəniyyət, səhiyyə sahələrində layihələr, xeyriyyə tədbirləri həyata keçirir. Dini tolerantlığın hökm sürdüyü Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdirilən layihələr çərçivəsində xeyli sayda dini məbəd təmir və bərpa edilib, həmçinin mütəmadi olaraq multikulturalizmi və tolerantlığı təbliğ edən elmi konfranslar və forumlar keçirilir. “Bosniya və Herseqovina Azərbaycanla dost ölkədir və hər iki ölkə arasında dərin qarşılıqlı münasibətlər mövcuddur” deyən Anar Ələkbərov əlavə etdi ki, Fondun reallaşdırdığı bu layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsinə şərait yaradacaq. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniç isə çıxışında ölkəsində növbəti sosial və səhiyyə yönümlü layihənin uğurla başa çatdırıldığına görə Azərbaycan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi.

Kotor Varoş Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç də Heydər Əliyev Fondunun müxtəlif ölkələr, o cümlədən Bosniya və Herseqovinada həyata keçirdiyi mühüm sosial-humanitar layihələri xalqlarımız arasında həmrəyliyin təzahürü kimi qiymətləndirdi. O, Heydər Əliyev Fondunun rəhbərliyinə dərin təşəkkürünü bildirərək, bu mərkəzin son dövrlər ərzində Kotor Varoşda ərsəyə gətirilən ən müasir və yüksək standartlara cavab verən tikinti layihəsi olduğunu, yerli əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacağını dedi.

Şəhər meri Zdenko Sakan Kotor isə Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının inşasına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun Kotor Varoş Bələdiyyə Məclisinin qərarı əsasında bu ilin aprelində “Qızıl Diplom” ilə təltif edildiyini diqqətə çatdırdı. O, bələdiyyənin mükafatını Fondun icraçı direktoru Anar Ələkbərova təqdim etdi. Sonra Kotor Varoş şəhərinin Səhiyyə Mərkəzi nəzdində Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılışı oldu. Kotor Varoş şəhər sakinləri yaşadıqları bölgəyə göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildirdilər

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub