Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR? - AKTUAL

Tarix:31-07-2021, 14:12 Baxış Sayı:37 Kateqoriya:gundem / cemiyyet

Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR? - AKTUAL

Azərbaycanla İsrail arasında birgə komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə səfərdədir. “Yeni Müsavat”ın məlumatına görə, M.Cabbarov artıq İsrailin xarici işlər naziri Yair Lapidlə və inşaat və mənzil siyasəti naziri Zeev Elkinlə görüşüb.

Görüşlərdə ikitərəfli münasibətlər və yeni əməkdaşlıq imkanları, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi barədə müzakirələr aparılıb. İsrail şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirakda marağı ifadə olunub. Səfər çərçivəsində Azərbaycanın İsraildə Ticarət Nümayəndəliyinin açılışı olub.

İsrailin Bakıdakı səfiri Corc Dik nümayəndəliyin açılmasını tarixi hadisə və diplomatik nümayəndəliyin (səfirliyin) açılması yönündə mühüm addım adlandırıb. “İlk dəfə olaraq İsraildə rəsmən Azərbaycan bayrağı dalğalanacaq”, - səfir deyib.

Ancaq aydındır ki, Ticarət Nümayəndəliyi səfirlik deyil. O da məlumdur ki, İsrail-Azərbaycan strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf edir. Bunu 44 günlük müharibə zamanı bir daha gördük. Azərbaycanlı nazirin İsrail səfəri bunun növbəti sübutudur.

Bir müddət əvvəl israilli politoloq Mixail Finkel bildirmişdi ki, İsraildə Azərbaycandan gələn yəhudilərin və azərbaycanlıların böyük icması mövcuddur. Onun sözlərinə görə, onlar bu tarixi anı illərdir səbirsizliklə gözləyirlər: “Biz İsrailin müdrik vətəndaşları olaraq Azərbaycanı anlayırıq. Cənubi Qafqazın sadə region olmadığını, Azərbaycanın hansı qonşularla əhatə olunduğunu yaxşı bilirik. Biz İsraillə dostluq münasibətləri saxlamayan bəzi müsəlman və türk dövlətlərinin də bu mövzuya isti yanaşmadığını anlayırıq. Həmin dövlətlərin əksəriyyəti ilə Azərbaycanın yaxşı əlaqələrinin olduğunu nəzərə alsaq, Bakının Qüdsdə səfirlik açması asan görünmür”.

Onu da demək lazımdır ki, İsrailə Azərbaycan nefti ixrac olunur, müxtəlif sahələri əhatə edən əlaqələr var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın İran və Türkiyə kimi yaxın qonşuları var. Digər müsəlman dövlətlərini də unutmaq olmaz. İsrailin Fələstinlə yanaşı, Tehranla da problemləri mövcuddur.

Yəni təkcə bunlar səbəbdirmi? Səfirliyimiz niyə açılmır? Yenə İran amili mane olur? İranla ən isti münasibətlərdə olan Ermənistan da Tehranın qıcığına məhəl qoymadan ötən il Təl-Əvivdə səfirlik açdı. Bəs biz nəyi gözləyirik? Üstəgəl, Prezident İlham Əliyev bir sıra ölkələrə, o cümlədən ABŞ və İngiltərəyə yeni səfirlər təyin etdi. Bəs İsrailə nə vaxt səfir təyinatı olacaq?

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, İsraildə səfirliyin açılmasına nə mane olduğunu söyləməkdə çətinlik çəksə də, bunu zəruri və qaçılmaz addım hesab edir: “Bizim İsraillə çoxşaxəli əməkdaşlığımız, tərəfdaşlığımız var. Ona görə bu istiqamətdə yaxın vaxtlarda addım atılmasını gözləyirəm. Ümidvaram ki, bu yöndə qərar veriləcək. Çünki İsraillə xoş əlaqələr var və səfirliyin açılması zəruridir”.

Deputat Fazil Mustafa bildirdi ki, Azərbaycanın İsraildə səfirliyinin açılması istiqamətində qətiyyətli addım atılmalıdır. Onun sözlərinə görə, Qarabağ müharibəsində bizə ciddi şəkildə dəstək verən dövlətlə dostluq münasibəti var və səfirliyin açılması məsələsində tərəddüd etməməliyik: “Madam ki, Ermənistan İsraildə səfirlik açıb, onda biz nəyi gözləməliyik? Bu addımına görə İran Ermənistanla düşmən olmayıb. Belə çıxır ki, onda kim İsraildə səfirlik açırsa, İran onunla düşmən olmalıdır? Niyə İranı bizə tez-tez xatırladırlar? Biz bu ölkənin daxili işlərinə qarışmırıq, onlar da bizim daxili işlərə müdaxilə edə bilməz. Ona görə İsraildə səfirliyimizin açılması lazımdır”.

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Ticarət Evinin açılması başlanğıcdır və səfirlik açılması yönündə atılan ilk addımdır. Onun fikrincə, Azərbaycan tərəfi bu prosesi davam etdirəcək və yekunda səfirlik açılmasını reallaşdıracaq: “Bakı bir qədər tərəddüd edirdi. Amma 44 günlük müharibədən sonra bəzi mətləblərə işıq salındı. Azərbaycan indi daha müstəqil siyasət yürüdür və Ticarət Nümayəndəliyinin ardınca səfirlik gələcək. Buna qədər Bakı Tehran və Ankaranı nəzərə alırdı, müəyyən məsələlərdə ehtiyatlı hərəkət edirdi, amma bundan sonra bizə dost və dost olmayanlar aydınlaşdı”.

Siyasi ekspertin sözlərinə görə, Ticarət Evinin açılması İsrail-Azərbaycan arasında turizm və digər sahələrdə əlaqələri inkişaf etdirəcək: “Gələcəkdə İsraildə səfirlik açılması ilə iki ölkə arasında viza rejiminin götürülməsi də mümkündür. Əgər dost ölkələriksə, niyə də Türkiyə və İran kimi, İsrailə də vizasız səfərlər olmasın?! Təbii ki, bütün bunlar zamanın məsələsidir”.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda